Icma.az
close
up
RU
Yeni inflyasiya gözləntiləri

Yeni inflyasiya gözləntiləri

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

“S&P Global” (S&P) beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 4 faiz səviyyəsində olacağını proqnozlaşdırır. Təşkilatın dünya ölkələrində qiymət indeksi ilə bağlı yeni hesabat sənədində qlobal inflyasiya göstəricisinin cüzi artacağına dair ehtimallar əksini tapıb. “S&P”nin proqnozlarına görə, ölkəmizdə inflyasiya cari ilin sonunda azalmağa doğru istiqamətlənəcək, 2026-cı ildə isə bu rəqəm 3 faizə düşəcək.

Digər beynəlxalq maliyyə institutlarının gözləntiləri də təxminən eynidir. Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanla bağlı inflyasiya gözləntiləri cari il üzrə 3,6 faiz, 2026-cı il üzrə isə 3,1 faizə bərabərdir. Niderlandın “ING Group”unun apardığı qiymətləndirmədə isə ölkəmizdə istehlak qiymətlərinin 2025-ci ildə 4,8 faiz, 2026-cı ildə isə 4,7 faiz olacağına dair ehtimallar yer alıb.

İqtisadiyyat Nazirliyinin proqnozlarında isə ölkəmizdə illik inflyasiyanı 2025-ci ildə 4,6 faiz, 2026-cı ildə 4 faiz səviyyəsində olacağı fərz edilir.

Dünyada baş verən geosiyasi və iqtisadi proseslər qiymətlərə təsir edir

İnflyasiya proqnozları ilə bağlı fərz edilən dəhliz bir sıra xarici və daxili inflyasiya amillərinin dəyişməsindən asılı olaraq formalaşır. Burada əsas amillər kimi manatın nominal effektiv məzənnəsi, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin tarifləri rol oynayır. Qiymət indeksində başlıca risk balansı isə tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyindən asılıdır. Aparıcı iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması qlobal inflyasiyanı azaldacaq amillərdən biridir. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə yerli xərc amilləri, eləcə də məcmu tələbin izafi artımı ilə əlaqədardır. Bu səbəbdən ortamüddətli dövrdə büdcə xərclərinin genişlənməsi və kredit aktivliyinin artması inflyasiyaya təsirlərini artıra bilər. Eyni zamanda, iqlim dəyişiklikləri və istehsal xərclərinin artımı kənd təsərrüfatı istehsal qiymətləri indeksi vasitəsilə inflyasiyaya təsir edə bilər.

İnflyasiya gözləntiləri sırasında xidmət sektorundakı qiymət dalğalanmaları da təsiredici rol oynayır. Real sektorun monitorinqinin nəticələrinə əsasən, cari ilin ötən dövrü ərzində sahələr üzrə ən yüksək qiymət artımı gözləntisi də məhz xidmət sektorunda qeydə alınıb. Ona görə də, növbəti aylarda xidmət sferasının tarazlıq əmsalı qiymət indeksində yenə də təsiredici funksiyasını davam etdirə bilər. Digər sektorlardan tikinti və ticarət üzrə gözləntilər də son 2 ayda mənfi zonada qalmaqda davam edib. Qeyri-neft sənaye sektorunda il ərzində dəyişkənlik müşahidə edilib və gözləntilərdə mənfi zonadan müsbət zonaya keçid yer alıb.

İnflyasiya portfelində ən fundamental amillərdən biri olan xarici mühitin təsiri də qalmaqdadır. Belə ki, xarici mühitin yüksək həssaslığı, dünyada geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi, beynəlxalq logistika zəncirlərinin qeyri-ahəngdarlığı, bir çox ölkələrdə inflyasiyanın hədəf səviyyələrindən yuxarıda dövr etməsi yenə də müşayiət edilir. Rusiya-Ukrayna müharibəsinin yaratdığı şoklar, yaxın Şərqdə baş verən münaqişələr çox güman ki, hələ bir müddət davam edəcək, nəticədə bu hallar qlobal bazarlara mənfi təsirlərini göstərəcək və qiymət dalğalanmaları gözləniləndir.

Zəruri nəzarət alətləri davam etdiriləcək

Bütün bu amilləri ümumi təsnifləşdirdikdə, 2025-ci ildə daxili və xarici bazarlarda baş verəcək dəyişikliklərdən asılı olaraq istehlak qiymətləri dəhlizinin formalaşacağı istisna deyil. Bu baxımdan inflyasiyanın azalacağına arxayın olub prosesi nəzarətsiz buraxmaq qeyri-mümkündür. Mərkəzi Bank öz mandatına uyğun olaraq zəruri nəzarət alətlərini davam etdirəcək. Nazirlər Kabinetinin 15 iyul 2023-cü il tarixli sərəncamı 2025-ci ildə də əsas yol xəritəsi kimi diqqətdə saxlanılacaq. Həmin sənədə əsasən, ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlanılması və bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi tədbirləri növbəti il üçün də aktualdır. Nəzərə alsaq ki, gələn il büdcə xərclərinin irihəcmli artımları da nəzərdə tutulub və bu, inflyasiya təzyiqlərini yüksəldə bilər. Ona görə də hökumət bu riskləri də nəzərə alaraq xərclərdə maksimum ehtiyatlı davranaraq izafi xərclər və pul kütləsi yaranmasının qarşısını almağa çalışacaq. Xüsusilə də monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində görülmüş səmərəverici tədbirlər yenə də əsas çağırış kimi iqtisadi blokun masasında qalacaq.

E.Cəfərli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Mart 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see328

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see307

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see288

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see282

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see253

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see249

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see238

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see232

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see201

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see197

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see196

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see192

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see190

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see188

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see187

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see178

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see175

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri