Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Müller yenidən Messinin qarşısına çıxır

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Yeni siyasi konfiqurasiya: Cəmiyyətin gözləntiləri və nəticələr

Yeni siyasi konfiqurasiya: Cəmiyyətin gözləntiləri və nəticələr

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq siyasi partiyaların fəallaşması ilə müşahidə olunur.  

Əvvəlki illərlə müqayisədə bu canlanma daha çox siyasi proseslərə marağın və inamın artması ilə diqqəti  cəlb edir. Lakin partiyaların aktivliyini yalnız seçkilərlə əsaslandırmaq olmaz. Çünki seçkilər siyasi təşkilatların fəaliyyətinin əsas məqsədlərini təşkil etsə də, onun iştirakçılıq səviyyəsini təmin edən yeganə səbəb deyil. 

Sistemsizliyin aradan qaldırılması

İstənilən siyasi sistemdə partiyaların mövcudluğu və proqram məqsədlərinə çatmasında qanunvericilik bazası mühüm amil kimi çıxış edir. Bu baxımdan, hazırda Azərbaycanda partiyaların  fəaliyyətində nəzərə çarpan siyasi dinamika hüquqi-normativ prinsiplərlə izah oluna bilər.

“Azərbaycanda siyasi partiyalar haqqında” yeni qanunun  qəbulu  və Prezident İlham Əliyevin qanunu imzalaması ilə həyata keçirilməsinə vəsiqə qazanması bu mənada xüsusi əhəmiyyət kəsb edir. 

Belə ki, sözügedən qanunun qüvvəyə minməsi siyasi partiyaların fəaliyyətinin də  hüquqi və siyasi cəhətdən tənzimlənməsinə şərait yaratdı. Bir sıra partiyaların fəaliyyətində müşahidə olunan sistemsizlik və hüquqi boşluqlar aradan qaldırıldı. Bu isə öz növbəsində hakimiyyət-müxalifət münasibətlərinin yenidən qurulmasına təkan verdi. 

Qanunu vacib edən məqamlar

“Azərbaycanda siyasi partiyalar haqqında” Qanunun qəbulunu və realizəsini vacib edən səbəblərdən biri  həmin təşkilatların öz fəaliyyətini müasir çağırışlara uyğunlaşdırmaq zərurəti ilə bağlıdır. Hələ də bəzi partiyalar klassik müxalifətin 1990-cı illərdən qalmış siyasi ənənəsini təqlid edir, müasir dövrün tələblərinə cavab vermirdi. 2023-cü ilin yanvar ayında adıçəkilən qanunun təsdiqi isə artıq öz müsbət nəticələrini verməkdədir.

Qanunvericilik bazasının tamamilə yeni əsaslarla təkmilləşdirilməsi Azərbaycanda siyasi partiyaların fəaliyyətinə stimul verdi. Həm seçkilər, həm də qeyri-seçkilər dövründə siyasi aktivlik və sağlam rəqabət mühitinin mövcudluğu  artıq cəmiyyətdə siyasi mədəniyyətin formalaşmasının  aparıcı elementlərindən birinə çevrilib. 

Siyasi pərakəndəliyin sona çatması 


 Partiyaların fəaliyyətində özünü göstərən siyasi pərakəndəlik aradan qalxıb. Bir sıra siyasi təşkilatlar özünü ünvansız və qeydiyyatsız elan edir, üzvlərinin sayını qeyri-dəqiq, yaxud şişirdilmiş rəqəmlərlə  göstərirdilər. Yeni qanunun qəbulundan sonra isə siyasi partiyalar dövlət qeydiyyatına alındı.

Eyni zamanda, hər bir partiyanın  üzvlərinin sayı  dövlət reyestrindən keçməklə dəqiq müəyyən edildi. Bu da seçkilər zamanı partiyaların siyasi potensialını, topladıqları səslərin iddiası ilə uyğunluğunu aydınlaşdırmağa imkan verir.

Yeni qanunun qəbulundan sonra partiyalar ofislə, yəni hüquqi  ünvanla təmin olundular. Nəticədə, hər bir siyasi partiyaya normal fəaliyyət göstərməsi üçün şərait yaradıldı. 

Cəmiyyətin siyasi partiyalara münasibəti dəyişdi

Siyasi partiyalarla bağlı aparılan hüquqi islahat paralel olaraq,  cəmiyyətdə həmin  təşkilatlara münasibətin dəyişməsinə səbəb olub. Əvvəllər xalq arasında  istehza ilə səslənən “cırtdan partiyalar”, “bir sədri, bir qovluğu olan partiya”, “çayxana müxalifəti” kimi ifadələr artıq siyasi leksikondan çıxmağa başlayıb. 

Çünki yeni qanunvericilik bazasının formalaşması siyasi partiyalar haqqında obyektiv məlumatların və faktların ictimaiyyətə təqdim olunmasına şərait yaradır. Artıq hər bir vətəndaş və seçici siyasi partiyaları daha yaxından tanımaq, onun fəaliyyəti barəsində ətraflı və obyektiv informasiya əldə etmək imkanı qazanıb.

Yəni Azərbaycan vətəndaşının aldadılaraq, yalan vədlərlə partiya üzvlüyünə cəlb edilməsi, yaxud etiraz aksiyalarına cəlb olunması halları mümkün deyil. Yeni hüquqi prosesin yaranması partiyaların sayı, elektoral bazası, siyasi təsir dairəsi, cəmiyyətdə reytinq səviyyəsinin müəyyənləşməsi üçün zəmin yaratdı. 

Kəmiyyətdən keyfiyyətə keçid 

Daha dəqiq desək, siyasi partiyalarda kəmiyyətdən keyfiyyətə keçid baş verdi. Cəmiyyətdə partiyalar haqqında dolğun təsəvvürün olmaması əvvəllər siyasi iştirakçılıq məsələsində çəkinmə yaradırdısa, artıq bu yanaşma dəyişməyə başlayıb. Dövlət səviyyəsində siyasi partiyalara etimadın göstərilməsi həmçinin, cəmiyyətin də münasibətində özünü göstərir. Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində də siyasi partiyalara ayrılan maliyyə vəsaitinin artırılması məhz bu prosesin tərkib hissəsidir.

Maliyyə naziri Samir Şərifov bu barədə “2025-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı Azərbaycan Prezidentinin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1,0 milyon manat  və ya 20 faiz artırıldığını deyib. 

“Azərbaycanda siyasi partiyalar haqqında” Qanunun ilk müsbət təsirləri sənədin qəbulundan sonra keçirilən prezident və parlament seçkilərində dərhal meydana çıxdı. Partiyaların iddialı namizədlərlə seçkilərdə iştirak etməsi, eləcə də, rəqabət mühitinin artan xətt üzrə getməsi yeni tələb və qaydaların siyasi təşkilatların inkişafına müsbət təsirindən xəbər verirdi. 

Müasir tələblərə cavab verən hüquqi bazanın olduğunu nəzərə alsaq, siyasi partiyaların qarşıdan gələn bələdiyyə seçkilərində də fəal  iştirak edəcəyi gözlənilir. 

Yeni siyasi konfiqurasiya

Partiyalar arasında istər seçki kampaniyaları zamanı, istərsə də müxtəlif siyasi platformalarda əlverişli dialoq mühitinin və müzakirələrin aparılması ilə yeni mərhələnin yaranması artıq illərdir davam edir. İstər 44 günlük müharibə, istərsə də postmüharibə dövründə bu tendensiya inkişaf dinamikasını saxlayır. 

Bu isə Azərbaycanda  yeni siyasi mədəniyyətin formalaşması üçün hüquqi və siyasi amillərlə yanaşı, ictimai mühitin də yetişdiyini göstərir.

Beləliklə, ölkənin ictimai-siyasi münasibətlər sistemində yeni siyasi konfiqurasiya müsbət çalarları ilə cəmiyyətin ümumi inkişafına mühüm töhfə verir.

“Cümhuriyət” Analitik Qrupu

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see200

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see195

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see181

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see157

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see126

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri