Icma.az
close
up
RU
Yeni Kaledoniyanın bayraq israrı Fransanın tələbi rədd edilir

Yeni Kaledoniyanın bayraq israrı Fransanın tələbi rədd edilir

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Fransa Yeni Kaledoniyanın müstəqillik hərəkatına qarşı çıxır, bu istiqamətdə hətta ən xırda detallara həssaslıqla yanaşır. Yeli hökumət də öz növbəsində təzyiq və repressiv addımlara, qərarlara baxmayaraq, bu istiqamətdə fəaliyyətini durmadan davam etdirir.

Rəsmi Paris növbəti dəfə ada sakinlərinin hüquq və azadlıqlarının pozulmasına rəvac verib. Yeni Kaledoniyada sürücülük vəsiqələrində müstəqillik tərəfdarlarının (FLNKS) bayrağının yer alması ilə bağlı qalmaqal yaşanır. Bu istiqamətdə hüquqi mübahisələr davam edir. Məsələ ondadır ki, Yeni Kaledoniyada sürücülərə verilən vəsiqələrin üzərində Fransa bayrağı ilə yanaşı, yerli bayraq da əks olunub. Rəsmi Paris yerli bayrağın götürülməsi ilə bağlı iki məhkəmə qərarını çıxarmağa nail olsa da, Yeni Kaledoniya hakimiyyət orqanları buna qarşı çıxırlar.

Məsələ ondadır ki, 2024-cü ilin iyul ayında Numea İnzibati Məhkəməsi bu bayrağın çıxarılması barədə qərar çıxarıb. Təşəbbüs isə "Generations NC" siyasi partiyası tərəfindən qaldırılıb. Qərarın icrasına başlanmadığı təqdirdə 2025-ci il yanvarın 1-dən etibarən hər gecikmə günü üçün 100 000 CFP frank (Yeni Kaledoniya frankı) cərimə nəzərdə tutulub. Bu qərar 2025-ci ilin fevralında Paris İnzibati Apellyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib. Lakin qərar qüvvəyə minsə də, Yeni Kaledoniya hökuməti onu icra etməkdən imtina edib. Müvafiq yerli icra orqanı olan DITTT isə sürücülük vəsiqələrinin dizaynında dəyişiklik etməkdən imtina edib. Fransanın yerli icra orqanlarına ünvanlanmış müraciətləri də cavabsız qalıb.

Məhkəmə qərarının icrasına dair sübutedici sənədlər də təqdim olunmayıb. Bunun nəticəsi olaraq, 1-ci instansiya məhkəməsi ilkin cərimə məbləğini müəyyənləşdirib və Yeni Kaledoniya hökumətinin dövlət büdcəsinə 10 milyon CFP frank və "Generations NC" partiyasına hüquqi məsrəflərinin ödənilməsi üçün 700 000 frank verməsinə qərar verib. Məhkəmə daha sonra hökumətin qeyri-müəyyən mövqeyini nəzərə alaraq cəriməni hər gecikmə günü üçün 150 000 CFP franka qaldırıb. İnzibati məhkəmənin sədri hökumətin sədri Alkide Ponqaya məktub göndərib, lakin məhkəmə qeydiyyatı "bu hökmün icrası üçün görülən tədbirləri təsdiqləyən aktların surətini almadığını" bildirir.

Baş verənlər Fransanın Yeni Kaledoniyadakı hadisələrə necə həssas və qorxu ilə yanaşdığının göstəricisi hesab edilməlidir. Adi sürücülük vəsiqəsində ölkə bayrağının əks olunması, belə götürdükdə, elə də böyük bir məsələ deyil. Lakin məsələ ondadır ki, Fransa bütün keçmiş müstəmləkələrində nəyin bahasına olursa-olsun qalmağa çalışır. Xatırladaq ki, ötən ilin may ayında Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı etirazlarda çoxsaylı qətllər törədilib, 200 nəfərdən çox şəxs saxlanılıb. Fransanın bu Sakit Okeandakı dənizaşırı ərazisində baş verən iğtişaşlar nəticəsində dəymiş ziyan ilkin olaraq 150 milyon avro qiymətləndirilib. Fransa Sahibkarlar Hərəkatının (MEDEF) regional bölməsinin rəhbəri Mimsi Dali bildirmişdi ki, iğtişaşlar region iqtisadiyyatı üçün fəlakətli nəticələrə səbəb ola bilər. İş o yerə çatmışdı ki, Fransa hakimiyyəti davam edən etirazlar səbəbindən dəniz limanlarını və aeroportları qorumaq adı altında Yeni Kaledoniyaya ordu yeritməyə məcbur olmuşdu. Rəsmi Parisin qorxu və həyəcanı o həddə çatmışdı ki, Yeni Kaledoniyada "TikTok" sosial şəbəkəsinin fəaliyyətini dayandırmağa məcbur olmuşdu. Bu da növbəti narazılığa gətirib çıxarmışdı.

Digər bir narazılıq isə Fransanın minlərlə yeni miqrantın səs verməsinə icazə vermək üçün konstitusiyaya düzəlişlər etməsi olmuşdu. Bu addım adanın 270 min əhalisinin təxminən 40%-ni təşkil edən kanakların müstəqillik axtarışında geriləməsi kimi qiymətləndirilmişdi. Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməzliyini vurğulayaraq, bunun 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Numea sazişinə zidd olduğunu bildiriblər.

Çox güman ki, sürücülük vəsiqəsi ilə bağlı məsələyə həssaslıq da ötən il mayın əvvəlində yaşananların təkrar olunmasına yol verməmək məqsədi daşıyır. Yeni Kaledoniyada baş verənlər Fransanın neokolonial siyasətinin uğursuzluğunu sübut edir. Proseslərin gedişi də onu deməyə əsas verir ki, Yeni Kaledoniyanı müstəqillik yolundan çəkindirmək Fransa hakimiyyətinə nəsib olmayacaq.

Göründüyü kimi, Fransanın təzyiq və hədələrinə baxmayaraq, Yeni kaledoniyalılar müstəqillik uğrunda sona kimi mübarizə aparmaqda israrlıdırlar. Onların sürücülük vəsiqəsi üzərindən milli bayrağını götürməkdən imtina etmələri də bu qənaəti gücləndirir.

"Report" İnformasiya Agentliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Aprel 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri