Icma.az
close
up
RU
Yeni konstitusiya olmadan sabit sülh mümkün deyil Ekspertdən XƏBƏRDARLIQ

Yeni konstitusiya olmadan sabit sülh mümkün deyil Ekspertdən XƏBƏRDARLIQ

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Ermənistanda hələlik yeni konstitusiya layihəsi yoxdur. Biz qüvvədə olan konstitusiyanı təhlil etmişik. Azərbaycanın hansı məsələləri qaldırdığını bilirik. Amma bu, açıq-aşkardır və bizim Konstitusiya Məhkəməsi də bu barədə qərar verib ki, qüvvədə olan Ermənistan konstitusiyasına görə, ölkəmizin qonşularına qarşı heç bir ərazi iddiası yoxdu. Bu məqam hüquqi cəhətdən də təsdiq olunub.

Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh sazişinin mətnində də bu məqam aydın şəkildə əksini tapıb:

“Orada deyilir ki, Ermənistan və Azərbaycan Almatı deklarasiyası əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və bu fakta əsaslanır ki, sovet respublikalarının inzibati sərhədləri bu gün dövlət sərhədlərinə çevrilib. Bu o deməkdir ki, bu gün Sovet Azərbaycanı müstəqil Azərbaycan, Sovet Ermənistanı isə müstəqil Ermənistandır. Bu, ilk vacib faktdır. Bundan başqa, sülh sazişindəki başqa bir maddədə də deyilir: Ermənistanın və Azərbaycanın bir-birinə heç bir ərazi iddiası yoxdur və onlar gələcəkdə də belə tələblərin qaldırılmaması ilə bağlı öhdəlik götürürlər”.

N.Paşinyan fatiki olaraq bu gün həm Ermənistan, həm də Azərbaycanda qaldırılan məsələlərin həmin sülh sazişinin mətnində həlini tapdığını vurğulayıb. O söyləyib ki, sülh sazişindəki başqa bir maddəyə görə, sənəd ratifikasiya olunduqdan sonra heç bir tərəf onun icrası ilə bağlı öz qanunvericiliyinə müraciət edə bilməyəcək:

“Sülh razılaşması imzalanandan sonra Ermənistan öz qanunvericiliyinə əsasən, bu layihənin konstitusiyamıza uyğun olub-olmadığını müəyyən etmək üçün onu Konstitusiya Məhkəməsində göndərəcək. Məhkəmə sazişin konstitusiyaya tam uyğun olduğunu müəyyən edərsə, bu o deməkdir ki, sözügedən sənədin Ermənistan parlamentində ratifikasiyası üçün heç bir əngəl yoxdur. Saziş parlamentdə ratifikasiya olunandan sonra bizim konstitusiyanın başqa bir maddəsi qüvvəyə minəcək. Orada deyilir ki, ratifikasiya olunmuş beynəlxalq müqavilələr ali hüquqi qüvvəyə malidkir və yerli qanunlardan üstündür”.

Baş nazirin sözlərinə görə, Ermənsitanda da Azərbaycan Konstitusiyasında qonşu dövlətə qarşı ərazi iddialarının olduğu ilə bağlı narahatlıqlar dilə gətirilir. Onun fikrincə, hər iki ölkədə narahatlıqlara son qoymağın ən qsıa yolu sülh sazişini imzalamaqdır:

“Çünki müqavilə imzalanandan və hər iki ölkənin parlamentində ratifikasiya olunduqdan sonra bu məsələ ən ali səviyyədə qanuniləşdiriləcək ki, Ermənistanın Azərbaycana və ümumiyyətlə heç bir qonşu dövlətə qarşı ərazi iddiası yoxdur”.


Siyasi şərhçi Azər Həsrət Sherg.az-a deyib ki, əgər bir dövlətin ana qanunu olan konstitusiyada açıq şəkildə başqa bir ölkənin ərazisinə iddia irəli sürülürsə, bu, beynəlxalq hüququn və dövlətlərarası münasibətlərin fundamental prinsiplərinə ziddir. Onun sözlərinə görə, belə bir vəziyyətdə həmin dövləti beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul etmək mümkün deyil:


"Özünə hörmət edən, suverenliyinə və ərazi bütövlüyünə ciddi yanaşan heç bir dövlət, xüsusən də ərazisinə qarşı iddia olunan bir dövlət, bu cür konstitusiyaya sahib ölkə ilə sülh sazişi imzalamağa razılıq verməz. Çünki sülh sazişinin hüquqi qüvvəsi olsa da, konstitusiya dövlətin ali hüquqi aktı olaraq onun bütün fəaliyyətinə yön verir və hər bir qanunun, qərarın, hətta beynəlxalq sazişin də əsasında dayanır.

Bu kontekstdə Ermənistanın indiki Konstitusiyasında yer alan, dolayısı ilə və ya birbaşa Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar ciddi narahatlıq doğurur. Ermənistan rəhbərliyi, xüsusilə baş nazir Nikol Paşinyan, zaman-zaman bu məsələ ilə bağlı fərqli və ziddiyyətli açıqlamalar versə də, fakt odur ki, konstitusiyada bu cür iddialar hələ də qalmaqdadır. Dünya ictimaiyyəti də bu reallığı görür və dərk edir ki, bu müddəalar dəyişmədikcə, regionda sabit və davamlı sülhdən danışmaq qeyri-mümkündür. Azərbaycan açıq şəkildə bildirir ki, Ermənistan bu məsələdə konkret və hüquqi addım atmalıdır. Əgər doğrudan da Ermənistan sülh istəyirsə və ərazi iddialarından əl çəkdiyini bəyan edirsə, bu, yalnız Paşinyanın sözləri ilə yox, rəsmi hüquqi sənədlərlə – ilk növbədə konstitusiyada dəyişikliklərlə təsdiqlənməlidir. Bu, ya konstitusiyaya dəyişikliklərin edilməsi ilə, ya da yeni bir konstitusiyanın qəbulu ilə mümkündür. Yeni konstitusiyada aydın şəkildə göstərilməlidir ki, Ermənistan qonşu dövlətlərin, xüsusilə də Azərbaycanın ərazi bütövlüyünə hörmət edir və onlara qarşı heç bir iddiası yoxdur".


Şərhçi vurğulayıb ki, təəssüf ki, indiyədək Ermənistan hökuməti bu istiqamətdə real və ciddi addımlar atmamaqla yanaşı, manipulyasiya və ictimai rəyi çaşdırmaq cəhdlərinə əl atır:

"Paşinyan, daxili və beynəlxalq auditoriyaya yönəlmiş bəyanatlarla guya Ermənistanın Azərbaycana qarşı iddiası olmadığını göstərməyə çalışsa da, bu, yalnız söz səviyyəsində qalır. Halbuki Ermənistan Konstitusiya Məhkəməsi də mövcud vəziyyəti hüquqi baxımdan qiymətləndirərək, ərazi iddialarını əks etdirən müddəaların konstitusiyadan çıxarılması ilə bağlı müvafiq qərar qəbul etməli və icra mexanizmini təmin etməliydi. Nəzərə almaq lazımdır ki, konstitusiya yalnız bir hüquqi sənəd deyil, həm də dövlətin niyyətini, strateji baxışını və xarici siyasət kursunu əks etdirən bir sənəddir. Ona görə də təkcə sülh sazişinin mətni ilə məsələ həll olunmur. Azərbaycanın əsas tələbi də məhz budur – Ermənistan real hüquqi dəyişikliklərlə sülh istədiyini sübut etməlidir. Əks halda, heç bir sənəd, heç bir danışıqlar prosesi regionda davamlı və etibarlı sülhə zəmanət verə bilməz. Azərbaycanın bu tələbləri tamamilə haqlı və beynəlxalq hüquqa uyğundur. Əgər İrəvan bu məsələdə konkret addım atmazsa, sülh sazişi imzalamaq və razılığa gəlmək mümkün olmayacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 May 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see154

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri