Icma.az
close
up
RU
Yeni məbləğlər: Rusiyada bu cərimələr artırılır

Yeni məbləğlər: Rusiyada bu cərimələr artırılır

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Rusiya hökuməti 2025-ci il yanvarın 1-dən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri artırmağı planlaşdırır.

"Cebheinfo.az" xəbər verir ki, yeni qaydalar “İnzibati Xətalar haqqında” Qanuna edilən dəyişikliklərlə qüvvəyə minəcək.

“Vedomosti”nin yaydığı sənədlərə əsasən, təhlükəsizlik kəmərindən istifadə etməməyə görə cərimə 1000 rubldan 1500 rubla, sərxoş vəziyyətdə avtomobil idarə etməyə və ya avtomobili sərxoş halda şəxsə təhvil verməyə görə cərimə 30 min rubldan 45 000 rubladək artırılacaq. 

Sürət həddini aşmağa və yol nişanlarına tabe olmamağa görə cəzalar da artırılacaq.

Mövcud sistemdə 500-dən 5 min rubla qədər olan cərimələr 750-7 min 500 rubla qədər artırılır. Bundan başqa, iri həcmli avtonəqliyyat vasitələri ilə yükdaşıma, yol hərəkəti qaydalarını pozma kimi hallarda cərimələr artırılacaq. 

Yol-nəqliyyat hadisələri zamanı yüngül xəsarətlərə görə cərimə 2500-5000 rubldan 3700-7500 rubla, orta dərəcəli xəsarətlər üçün isə 10-20 min rubldan 15-30 min rubla qədər artırılacaq.  

Yeni tənzimləmə yalnız cərimə məbləğlərini deyil, həm də ödəniş asanlığını əhatə edir.

Hazırda sürücülər cərimələrini 20 gün ərzində ödədikdə 50 % endirimdən yararlana bilərlər. Lakin 2025-ci ildən etibarən bu endirim 25 %-ə endiriləcək və ödəniş müddəti 30 günə qədər uzadılacaq. 

Rəsmilərin fikrincə, bu dəyişikliklər cəzaların qarşısının alınmasını artıracaq.  

Xatırladaq ki, Rusiyada yol hərəkəti cərimələri sonuncu dəfə 2013-cü ildə yenilənib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri