Icma.az
close
up
RU
Yeni məbləğlər: Rusiyada bu cərimələr artırılır

Yeni məbləğlər: Rusiyada bu cərimələr artırılır

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Rusiyada iqtisadiyyatı qeyri-rəsmi fəaliyyətlərdən təmizləməyi hədəfləyən plan çərçivəsində biznes subyektlərinə tətbiq olunan cərimə pulları ciddi şəkildə artırılır. 

"Cebheinfo.az"-ın məlumatına görə, hökumətə yaxın mənbələrə istinadən “Interfaksın” xəbərinə görə, kassa çeki və ya kassa olmadan aparılan satışlara görə cərimələri yüksəldən yeni düzəliş hökumət komissiyasından keçib.
Bu addım Prezident Vladimir Putinin “iqtisadiyyatın ağardılması” tapşırığı ilə sürətlənən paketə daxildir.

Mövcud qaydalara görə qeyri-rəsmi satışlar zamanı dövlət qulluqçularına əməliyyat məbləğinin yarısı, şirkətlərə isə dörddə üçü həcmində cərimə tətbiq edilirdi.

Minimum cərimə dövlət qulluqçuları üçün 10 min rubl, şirkətlər üçün isə 30 min rubl idi. Yeni düzəliş ilə bu hədlər artırılır: dövlət qulluqçuları üçün alt xətt üç dəfə yüksəldilərək 30 min rubl (təxminən 390 dollar), şirkətlər üçün isə beş dəfə artırılaraq 150 min rubl (təxminən 1950 dollar) olacaq.

Təkrar pozuntu halında cəzalar daha da ağırlaşacaq – üçüncü pozuntuda dövlət qulluqçuları üçün 150 min rubl (təxminən 1950 dollar), şirkətlər üçün isə 750 min rubl (təxminən 9740 dollar) cərimə tətbiq ediləcək. Fərdi sahibkarlar da şirkətlərlə eyni cərimə dərəcəsinə tabe tutulacaq.

Putin bu planın məcburi hala gətirilməsini əlavə dəyər vergisinin (ƏDV) 22 faizədək qaldırılması ilə əlaqələndirir.

Prezident iqtisadi fəaliyyətin kölgəyə çəkilməməli və büdcə gəlirlərinin qorunmalı olduğunu vurğulayıb.

Baş nazirin müavini Aleksandr Novak isə bildirib ki, üç il ərzində kölgə iqtisadiyyatının ÜDM-dəki payını 1,5 faiz bəndi azaltmaq və büdcəyə illik 1 trilyon rubl (təxminən 13 milyard dollar) əlavə vergi gəliri toplamaq hədəflənir.

İqtisadçılar isə bu addımın zamanlamasına diqqət çəkirlər. Alfa-Bankın baş iqtisadçısı Nataliya Orlovanın sözlərinə görə, ƏDV-nin artırılması vergi yığımına mənfi təsir göstərə biləcəyi üçün məhz indi nəzarət və cəzaların sərtləşdirilməsi gündəmə gətirilib.

Onun bildirdiyinə görə, iyul–sentyabr dövründə nağd rubl istifadə həcmində ayda orta hesabla 180 milyard rubl (təxminən 2,3 milyard dollar) artım qeydə alınıb.

Mütəxəssislərə görə bu dinamika qeyri-rəsmi fəaliyyətin genişləndiyinə işarə edir. Yeni tədbirlər büdcəyə əlavə gəlir gətirsə də, real sektor üçün bu addımlar faktiki olaraq vergi yükünün artması deməkdir.

Buna görə də 2027-ci ildə rəsmi vergi artımı elan edilməsə belə, biznes üzərində maliyyə təzyiqinin nəzərəçarpacaq dərəcədə yüksələcəyi gözlənilir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Dekabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri