Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Yeni mərhələdə əsas ümummilli ideya

Yeni mərhələdə əsas ümummilli ideya

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış

İkinci Qarabağ müharibəsindən əvvəlki mərhələdə ölkəmizin gündəliyində dayanan əsas məsələ ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsi idi. 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan möhtəşəm qələbələr sayəsində bu məqsədlərə çatıldıqdan sonra isə bizim qarşımızda duran mühüm məsələlərdən biri zamanında Qərbi Azərbaycandan zorla qovulmuş soydaşlarımızın tarixi yurd yerlərinə ləyaqətli qayıdışına nail olmaqdan ibarətdir.

Milli Məclisdə keçirilən ictimai dinləmə

Hazırda Azərbaycan cəmiyyəti bəhs olunan ümummilli ideya ətrafında sıx birləşib.  Bunun təsdiqi olaraq dekabrın 2-də parlamentdə Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçirilib. Dinləmədə Milli Məclisin deputatları, Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Baş Prokurorluğun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, AMEA-nın, Auditorlar Palatasının, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndələri, Qərbi Azərbaycan İcmasının üzvləri, ziyalılar, hüquqşünaslar, tarixçilər, sahə mütəxəssisləri, media orqanlarının rəhbərləri, təhsil ocaqlarının, dövlət qurumlarının, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak ediblər.

Ötən dövrdə parlamentdə Qərbi Azərbaycana qayıdışla bağlı müxtəlif komitələr tərəfindən 5 dəfə ictimai dinləmə keçirilib. Bu barədə dinləməni giriş sözü ilə açan Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri və Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri Əziz Ələkbərov məlumat verib. O bildirib ki, 1989-cu ildə yaradılan və Qərbi Azərbaycandan olan qaçqın soydaşlarımızın sosial və məskunlaşma problemləri ilə məşğul olan Azərbaycan Qaçqınlar Cəmiyyəti, Prezident İlham Əliyevin tövsiyəsi ilə 2022-ci ildə Qərbi Azərbaycan İcması adı ilə yenidən təşkil edilib. Bu addım, tarixi torpaqlarımız uğrunda mübarizəyə yeni təkan verərək, soydaşlarımızın dinc və təhlükəsiz qayıdışı üçün siyasi əsaslar yaradan “Qayıdış Konsepsiyası”nın hazırlanmasına zəmin yaradıb. Eyni zamanda, Prezident İlham Əliyevin liderliyi sayəsində İcmanın hazırladığı sənədlər qısa müddətdə beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də rəsmi sənədlər kimi təqdim edilib. Qurumun bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı, UNESCO ilə əməkdaşlığı genişlənib. 2024-cü ildə Qambiyada keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə 57 dövlətin yekun sənədində, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək ifadə olunması və Ermənistanın müsəlman irsinə qarşı törətdiyi vandalizmin qınanması Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilib.

Bir əsrdə dörd deportasiya

Tarixi yurd yerlərindən - bugünkü Ermənistanın yerləşdiyi Qərbi Azərbaycandan qovulan soydaşlarımız XX yüzillikdə dörd dəfə deportasiyaya məruz qalan bir toplumdur. 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC) özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi - İrəvanı Ermənistana faktiki olaraq hədiyyə edib. Ermənilər İrəvana sahiblənməklə kifayətlənmədilər. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Zəngəzurun Ermənistana verilməsi Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq, bununla da eyni zamanda, Türk dünyasını parçalamaq üçün atılmış bir addım idi.

İrəvanın və Zəngəzurun Ermənistana verilməsi ilə Qərbi azərbaycanlıların faciələri bitmədi. Hamımız yaxşı bilirik ki, 1948-1953-cü illərdə xalqımız növbəti ağır deportasiyaya məruz qalıb.

Qərbi Azərbaycandan soydaşlarımızın XX yüzillikdə sonuncu deportasiyası ötən əsrin səksəninci illərinin sonlarına təsadüf edir.

Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri yenidən baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm də ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayətlərə rəvac verildi. Həmin dövrədək Ermənistanın 170-dən çox kəndində  ancaq azərbaycanlılar yaşayırdılar, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyət təşkil edirdilər. Bütövlükdə, soydaşlarımız Ermənistanın 300-dən çox şəhər və kəndində məskunlaşmışdılar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı.

Mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin yaradılmasına doğru

Azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı məsələsinə daha sistemli yanaşma olmalıdır. Bu məqamda vurğulamaq yerinə düşər ki, artıq Qərbi Azərbaycan İcması mühacirət hökumətinin qurulmasının anonsunu verib.

Qərbi Azərbaycan İcmasının gündəmə gətirdiyi bu ideya reallığa əsaslanır. Söhbət böyük bir toplumun hüquqlarının təmin edilməsindən gedir. Qayıdış hüququ beynəlxalq konvensiyalarda da təsbit olunub. Ermənistan dövləti soydaşlarımızın tarixi yurd yerərinə qayıdışına əngəllər yaratmamalı, əksinə onların ləyaqətli dönüşü üçün üzərinə beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklər götürməlidir.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Dekabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see653

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see622

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see620

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see461

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see433

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see391

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see347

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see340

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see338

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see329

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see325

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see322

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see320

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see315

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see310

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see308

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see303

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see286
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri