Icma.az
close
up
RU
Yeni metro stansiyaları harada tikiləcək? Siyahıda Zığ, Qaraçuxur və Bayıl da var

Yeni metro stansiyaları harada tikiləcək? Siyahıda Zığ, Qaraçuxur və Bayıl da var

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plana əsasən, paytaxtın bir sıra vacib ərazilərində yeni metro tikilməsi nəzərdə tutulur.

Modern.az-ın məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, dövlət layihəsinə uyğun olaraq yaxın illərdə daha 10 stansiyanın inşası planlaşdırılıb.

Onlardan beşi artıq dəqiqləşdirilib. Bu stansiyalardan biri “Nizami” metrostansiyasının yaxınlığında yerləşəcək və birbaşa “Nizami”yə keçid imkanı yaradacaq. Beləliklə, “Avtovağzal”dan hərəkətə başlayan sərnişin həmin stansiyada yaşıl xəttə keçərək “Həzi Aslanov” istiqamətinə davam edə biləcək.

Digər dörd stansiya isə “Xətai”dən sonrakı Yaşıl xətt üzərində inşa olunacaq. Onlardan biri Nizami parkının yaxınlığında tikiləcək. “Nargilə” adlanan ərazidə də yeni stansiyanın inşası nəzərdə tutulur. Bəxtiyar Məmmədov bu məntəqənin həmin ərazinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plana əsasən, paytaxtın Günəşli, Qaraçuxur, Zığ, Bayıl, Bakıxanov qəsəbələri və Sabunçu rayonunda gələcəkdə metro stansiyaları tikiləcək. Bununla belə, Xırdalan, Masazır və Zabrat istiqamətlərində hələlik metro tikintisi nəzərdə tutulmur.

Hazırda Bakı metrosunun 27 stansiyası, 3 xətti və 40,7 kilometr uzunluğunda yol şəbəkəsi mövcuddur. 1967-ci ildən fəaliyyət göstərən metropolitenin inkişafı Prezidentin 2011-ci ildə imzaladığı sərəncam əsasında hazırlanmış konseptual plana uyğun davam etdirilir.

Yeni layihələr çərçivəsində həmçinin Bənövşəyi xəttin genişləndirilməsi, “Dərnəgül deposu” ərazisində yerüstü stansiyanın inşası, “Sahil” və “Port Baku” yaxınlığında yeni stansiyaların tikintisi də nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Sentyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri