Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nəcibənin toyudur Fotolar

Nicat Kazımov oğluna toy etdi Video

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

“Yeni müqavilə təklif ediblər, amma hələ ki biz bir cavab deməmişik” Mahir Emreli

“Yeni müqavilə təklif ediblər, amma hələ ki biz bir cavab deməmişik” Mahir Emreli

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Başa çatmaqda olan ilin ən əlamətdar hadisələrindən biri də Azərbaycan futbolunun yetirməsinin uzun fasilədən sonra “böyük beşlik” ölkəsində çıxış etməyə başlamasıdı. Təbii ki, söhbət Almaniyanın ikinci bundesliqasında forma geyən Mahir Emrelidsən gedir.

Mahir qısa müddətdə “Nürnberq”in start heyətində yer qazanmaqla, ardıcıl qollar vurmaqla da hamının rəğbətini qazandı. Zədə müddətini kənara qoysaq, ilin ikinci hissəsində Mahir parladı. Və “Futbol+”in ənənəvi sorğusunda 3-cü yeri tutdu.
İlin yekunları ilə bağlı Mahir Emreli ilə söhbətləşməyi qərara aldıq.
- Əvvəlcə qeyd edim ki, “Futbol+”in ilin futbolçusunu seçmək üçün keçirdiyi ənənəvi ümummilli sorğuda 3-cü yeri sən tutdun. İlin ilk yarısında da daim oynasaydın, yəqin ki, ilin futbolçusu seçilə bilərdin. Özün bu ili necə qiymətləndirirsən: boşa verilən ilk yarı və özünü yaxşı tərəfdən göstərdiyin ikinci yarı...
- Düşünmürəm ki, ilk yarıda oynasaydım da, ilin futbolçusu seçilərdim. Çünki yaxşı, bütöv mövsüm oynadığım vaxtlarda da seçilməmişəm. Açığı, bu barədə düşünməmişəm. Toral Bayramovla Elvin Cəfərquliyevi də təbrik edirəm. İkisi də qardaşlarımdı. Onlara uğurlar arzulayıram.
- Bilirik ki, birillik müqavilə bağlayan futbolçuya klubu qışda, adətən, yeni müqavilə təklif edir. Sənin “Nürnberq”lə bu yöndə danışıqların baş tutubmu?
- Bəli, menecerim vasitəsilə danışırlar. Yeni müqavilə təklif ediblər, amma hələ ki biz bir cavab deməmişik. Vaxt var. Oturub düşünəcəyik və qərar verəcəyik. Mən meydanda çalışıram. Qalan işləri agentlərim görür.
- Almaniyada ard-arda qollar vurmağın hamını yaxşı mənada təəccübləndirdi. Amma qolların davamı gəlmədi. Niyə? Ümumiyyətlə, Miroslav Kloze ilə bununla bağlı nə kimi danışıqlarınız olurdu?
- Olur belə hallar. Bəzən ard-arda neçə oyun qol vurarsan, elə olar neçə oyun vura bilməzsən. Yəni futbol bu gün belədi. Çox az hücumçu var ki, ardıcıl hər oyunda qollar vurur, fərqlənir. Ümumilikdə komanda şəklində qələbə qazanmaqda çətinlik çəkirdik. Təbii ki, hücumçunun işi qol vurmaqdı. Amma mənim ilk növbədə qol vurmaq kimi heç vaxt düşüncəm olmayıb. Belədə komandamın qələbə qazanması mənim üçün hər şeydən önəmlidi.
- Bizdə olan bilgiyə görə, ikinci bundesliqanın başqa klubları da sənlə maraqlanır. Belə bir maraq hiss edirsənmi?
- Bütün təkliflər, transfer məsələləri ilə agentlərim maraqlanır. Sadəcə, sonda qərarımı verirəm. Başqa detallarla maraqlanmıram. Yaxud kim maraqlanıb, onunla da maraqlanmıram. Sadəcə, rəsmi nəsə olanda düşünüb birgə qərar veririk.
- İstərdim ki, birinci və ikinci bundesliqanı müqayisə edəsən. Birinci bundesliqa çox güclüdümü? Yəni sən özündə birinci bundesliqada oynamaq potensialı hiss edirsənmi?
- Birinci bundesliqada sırf keyfiyyətdi. Keyfiyyət üstündə doğru taktikalar və tapşırıqlar yerinə yetirmək əsasdı. İkinci bundesliqada isə sırf fiziki futboldu. Təbii ki, fərdi istedad da önəmlidi. Yəni sırf bunlar üstündə qurulub. Amma burdakı bəzi klubların birinci bundesliqa klublarından fərqi yoxdu. Kubokda “Hoffenhaym”a qarşı oynayanda, sözün açığı, o qədər də böyük fərq hiss etməmişdim. Sadəcə, onlarda daha keyfiyyətli futbolçular var. Buna görə də hansısa məqamlarda bizim səhvimizdən daha yaxşı istifadə edirdilər.
- Miroslav Kloze ilə işləmək karyerana nələri qatdı? Onunla münasibətlərində gərginlik olubmu?
- Təbii ki, o da yeni məşqçidi. Məşqçiliyə yeni alışır. Amma böyük futbolçu karyerası olub. Çalışırıq ki, biz hücumçular ondan daha çox şey öyrənək. Öyrənirik də. O da təcrübəsini bizlə bölüşür. Bunun üzərində çalışırıq. Önəmli olan bir-birimizin arasında kommunikasiyanı qoruyub saxlamaqdı. Bu da qaydasındadı. Təbii ki, ona da zaman lazımdı. Komandanı tam hazırlamağa,alışmağa vaxt lazımdı. Bizdən çox futbolçu getdi. Yayda bir neçə yeni futbolçu gəldi. Buna baxmayaraq, düşünürəm ki, mövsümün ilk yarısını normal bitirdik. Təbii ki, daha yaxşı bitirə bilərdik. Oyun planında çox irəlilədik. Amma nəticə baxımından daha yaxşı ola bilərdik.
- Karyeranın bundan sonrakı hissəsini Almaniya və böyük “beşlik ölkələri” ilə bağlı olacağını düşünmək olarmı? Sonrakı hədəfin nədi?
- İndidən proqnoz vermək istəmirəm. Çünki olduğum yerə layiq olmağa, bura köklənməyə çalışıram. Burdakı işimi düzgün yerinə yetirməyə çalışıram. Gələcək barədə hələ ki düşünmürəm.
RÖYANƏ OĞUZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Dekabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see519

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see340

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see288

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see216

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see199

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see159

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see158

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see150

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see148

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see141

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see138

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see134

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see134

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see131

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see131

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see130

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see129

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see129

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri