Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Yeni neft qiymətləri və hasilat proqnozları

Yeni neft qiymətləri və hasilat proqnozları

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Enerji İnformasiya Administrasiyası ucuz qiymət anonsunu verib

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) qlobal neft tədarükçülərinin 2026-cı və 2027-ci ildə yeni hasilat proqnozlarını açıqlayıb. Təşkilatın yaydığı məlumata əsasən, qlobal bazarın böyük bir qismini yanacaqla təmin edən Neft İxrac Edən Ölkələr Təşkilatı - “OPEC”in 2026-cı il üçün gündəlik xam neft hasilatı 33,91 milyon barel olacaq. Gələn il isə kartel ölkələri üzrə gündəlik ortalama neft hasilatı 34,17 milyon barel həcmində proqnozlaşdırılır. Qlobal bazarın təxminən 40-42 faizini neftlə təmin edən “OPEC+” ölkələrinin neft və digər maye karbohidrogenlərin hasilatı isə 2026-cı ildə gündəlik 41,73 milyon barel, 2027-ci ildə 45 milyon barel gözlənilir.

EIA-nın “Qısamüddətli enerji perspektivi” adlı aprel hesabatında qeyd edilir ki, Azərbaycanda 2026-cı ildə təqribən 530 min, 2027-ci il üçün orta gündəlik neft hasilatı 540 min barel səviyyəsində proqnozlaşdırılır. 2027-ci il üçün neft hasilatı proqnozu cüzi artacaq. Belə ki, gələn ilin birinci rübündə ölkəmizdə orta gündəlik neft hasilatının 550 min barel olacağı gözlənilir. 2027-ci ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı 540 min barel təşkil edəcək. Gələn ilin üçüncü və dördüncü rüblərində isə Azərbaycanda orta gündəlik neft hasilatının 530 min barel olacağı proqnozlaşdırılır.

ABŞ-ın Enerji İnformasiya Administrasiyası gələn ilin neft qiymətləri barədə ehtimallarını da açıqlayıb. Məlumata görə, bu il “Brent” markalı xam neftin bir barelinin orta qiyməti 78,84 dollar olacaq, “Light” markalı xam neftin orta qiymətinin isə cari ildə 73,61 dollar gözlənilir. 2027-ci ildə də “Brent”in orta qiymətinin 64,47 dollar, “Light”ın qiymətinin 60,81 dollar təşkil edəcəyi proqnozlaşdırılır.

“OPEC+”un Azərbaycan üzrə hasilat kvotası sabitdir

Xatırladaq ki, Azərbaycanın gündəlik neft hasilatı əsas etibarilə “OPEC+” üzvlərinin birgə qərarına əsasən müəyyənləşir. Bu təşkilatın qərarına uyğun olaraq, Azərbaycanın gündəlik neft hasilatının 2026-cı il üzrə müəyyən edilmiş kvotası təxminən 550 min barel təşkil edir. Bu, ölkəmiz üçün orta qiymət şkalasının tənzimlənməsində qənaətbəxş hesab edilə bilər. Ümumiyyətlə, respublikamız istər “OPEC”in, istərsə də “OPEC+”un tədbirlərində qəbul edilən qərarlara həmişə hörmətlə yanaşıb və rəsmi Bakı üçün kvotanın müəyyən edilməsi barədə irəli sürülmüş təklifləri yerinə yetirib.

“OPEC+” enerji ittifaqı adətən qlobal enerji bazarlarında baş verən fraqmentasiyalara uyğun qərarlar qəbul edir, bazarda nizamlayıcı rol oynamaq üçün yanacağın tədarük kvotalarını müəyyənləşdirir. Kartel ölkələrinin başlıca prinsipi sabit və sərfedici qiymət portfelinin dayanıqlılığının qorunmasıdır. Alyans üzvləri gündəlik qlobal neft tədarükünün (104 milyon barel) təxminən 42 faizini təmin edir. Tədarükçü ölkələr arasında ədalətli yanaşma neftin qiymətlərinin orta bazar çərçivəsində 80-100 dollar arasında qalmasıdır. “OPEC+”un siyasətində neftin yüksək olması da arzuolunan deyil, tədarükçülər qeyd edilən qiymət çərçivəsini münasib hesab edərək bazara tələb olunan kvotaya uyğun neft çıxarır. Neftin qiymətləri yüksələndə adətən hasilat və nəql artırılır.

“OPEC+” ölkələri neftin qiymətləri ucuzlaşanda, hazırkı ssenariyə əsasən, yanacağın qiymətinin orta satış 70 dollardan aşağı düşməsi tendensiyası artanda hasilatı azaltmaq qərarı verir. Son 2 ildə dünya bazarında neftin orta satış qiyməti 80-90 dollar civarında dövr etdiyindən “OPEC+” ölkələri neftin hasilatını artırmaq yox, nisbi azaltmaq kursu üzrə hərəkət edib. Yaxın Şərqdə baş verən son hadisələr və Hörmüz boğazının bağlanmasından sonra aprelin əvvəlində hasilatı 200 min barelə yaxın artıran “OPEC+” ölkələri bununla da qiymətlərin sabitliyinin təmin edilməsi üçün mühüm addımlardan birini atdı. Qarşıdakı dövrdə neftin ucuzlaşması baş verəcəyi təqdirdə alyans üzvləri hasilatı və nəqli yenidən azaldacaq.

İkinci neft bumu ölkəmizin neft nəqlini artırmasına səbəb olacaq

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının Azərbaycanla bağlı hasilat proqnozları faktiki olaraq “OPEC+”un ölkəmiz üçün müəyyənləşən gündəlik neft hasilatı kvotasına uyğundur. Yəni Azərbaycan gündəlik neft hasilatı kvotası 540- 550 min barel təşkil edir ki, bu da növbəti ildə də hasilatın sabit qalacağına işarə edir. Bu, o deməkdir ki, cari ilin növbəti aylarında, yaxud növbəti ildə dünya neft bazarında kəskin neft bolluğu şəraitində “OPEC+” aylıq nəqli azaltdığı halda, bu qərarın Azərbaycana ciddi təsirləri olmayacaq. Ölkəmiz ənənəvi hasilat həcmləri üzrə dünya bazarına neft satışını davam etdirəcək.

Məsələ ondadır ki, Azərbaycanda son 5-6 ildə aşağı düşən neft hasilatı yenidən artmağa başlayıb. SOCAR və bp Xəzərdə neft və qaz hasilatını artırmaqla bağlı yeni strateji proqram icra edir. bp və tərəfdaşları “Azəri Mərkəzi Şərqi” platformasından və digər sahələrdən hasilatı optimallaşdırmaq üçün dərin kəşfiyyat və hasilat quyularının qazılmasını davam etdirir. Eləcə də “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında yeni blokların, “Qarabağ” yatağının karbohidrogen ehtiyatlarının hasilata cəlb edilməsi üçün yeni texnoloji imkanlar səfərbər olunub. İlkin hesablamalara görə, təkcə “Qarabağ” yatağında geoloji neft ehtiyatları 60 milyon tondan artıqdır. Bunun da 21 milyon ton nefti və 13 milyard kubmetr qazı çıxarıla bilən hesab olunur. “Qarabağ” yatağı Bakıdan 120 kilometr şərqdə, “Günəşli” yatağından 20-25 kilometr aralıda, suyun 150-200 metr dərinliyində yerləşir. Bu yatağı mövcud  infrastrukturla birləşdirəcək  boru kəmərlərinin tikintisi yeni texnologiya ilə aparılacaq. Yəni tikinti dənizdə borudüzən gəmidən istifadə edilməklə deyil, quruda həyata keçiriləcək. Habelə digər perspektivli yataqlardakı karbohidrogen resurslarının əhəmiyyətli hissəsi neftdən ibarətdir ki, bu bloklarda da hasilat üçün işlərə başlanılıb. Nəticədə, Azərbaycanın planlaşdırdığı ikinci neft bumu strategiyasının reallaşması sayəsində ölkəmizin qlobal enerji təchizatçısı kimi uzunmüddətli mövqeyi daha da möhkəmlənmiş olacaq. Bu isə 2027-ci ildə olmasa da, növbəti illərdə Azərbaycanda neft hasilatının artması nəticəsində qlobal bazara daha çox yanacaq nəql etməsini labüdləşdirəcək. Bu baxımdan, “OPEC+”un Azərbaycanın neft nəqli kvotasını artıracağı, habelə beynəlxalq enerji agentliklərinin ölkəmizlə bağlı proqnozları yüksəldəcəyi istisna olunmur.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Aprel 2026 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see416

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see350

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see340

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see339

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see316

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see313

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see306

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see263

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see251

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see246

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see239

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see233

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see227

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see221

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see214

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see212

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see204

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see203

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see191

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri