Icma.az
close
up
RU
Yeni Papa kim olacaq? Beş gözlənilməz namizəd ortaya çıxdı, aralarında ukraynalı da var

Yeni Papa kim olacaq? Beş gözlənilməz namizəd ortaya çıxdı, aralarında ukraynalı da var

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci il aprelin 21-də Papa Fransisk 88 yaşında vəfat edib. Vatikan pontifik Fransiskin ölümündən sonra yeni rəhbərin seçiminə hazırlaşır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Marieclaire.kz yazı dərc edib.

Yeni Papanın seçilməsi ilə bağlı ayinlərin kökləri uzaq keçmişə gedib çıxır, lakin dövrümüzdə bu proses daha müasir şəkil alıb. Görkəmli katolik jurnalistlər və tədqiqatçılardan ibarət qrup növbəti pontifik üçün səs verəcək hər bir kardinala həsr olunmuş onlayn bələdçi hazırlayıb.

"Kardinallar Kollegiyasının hesabatı" adlanan layihə bütün 252 kardinal haqqında məlumatı özündə əks etdirən "müasir, interaktiv veb-sayt"dır. Bu saytda qadınların diakon vəzifəsinə təyin edilməsi, eynicinsli birliklərə xeyir-dua və kahinlər üçün məcburi subaylığın ləğvi imkanları kimi məsələlərə dair fikirlər əks olunur.

Bu 252 kardinaldan 137-nin hazırda yaşı 80-dən azdır və buna görə də konklavda - yeni papanın seçilməsi prosesində iştirak etmək hüquqları var. Bu insanlar, dünyanın hər yerindən gələn ruhani liderlər bir neçə günə dünyanın ən güclü elektoratına çevriləcəklər.

Pontifikin ölümü və ya istefasından sonra kardinallar Vatikanda Sikstin Kapellasında toplaşırlar. Orada onlar gizlilik andı içirlər və tam şəkildə xarici aləmdən təcrid olunurlar. Bu müddət ərzində onlara mümkün varisin üstünlüklərini müzakirə etməyə icazə verilir. Açıq təşviqat aparmaq qadağandır, lakin prosesin özü yüksək dərəcədə siyasi olaraq qalır.

Səsvermə bir neçə turda gizli şəkildə keçirilir: hər bir kardinal kağız vərəqdə namizədin adını yazır. Seçilmə üçün üçdəiki səs çoxluğu tələb olunur. Əgər kardinalların ümumi sayı qalıqsız olaraq üçə bölünmürsə, o zaman daha bir səs tələb olunur. Hər gün səsvermənin dörd turu keçirilir. Hər turdan sonra bülletenlər yandırılır və kapella üzərindən qalxan tüstü sayəsində nəticə ilə bağlı fikir yürütmək olur: qara tüstü qərarın verilmədiyini, ağ tüstü isə yeni papanın seçildiyini bildirir.

Gələcək seçkiləri və faktiki olaraq varisini böyük ölçüdə Fransiskin özü müəyyənləşdirib. Səsvermə hüququna malik olan 137 kardinaldan çoxu onun tərəfindən təyin edilib. Pontifikat illərində o, Kardinallar Kollegiyasında təsir coğrafiyasını köklü şəkildə dəyişib və ənənəvi güc mərkəzlərindən deyil, ucqar və varlı olmayan bölgələrdən olan ruhanilərə üstünlük verib.

Romaya, Milana və ya Los-Ancelesə adi təyinatlar əvəzinə, Fransisk Monqolustan, Şərqi Timor, Bruney və Konqo Demokratik Respublikasından pastorlar yetişdirib. Bu da kollegiyanı daha müxtəlifyönlü və nəticə etibarilə daha az proqnozlaşdırıla bilən edib.

Buna görə də hazırkı konklav daha az romayönlü, daha az avropayönlü və daha az kuriyayönlü (kuriya - bəzi seçki sistemlərində: seçicilərin silk, senz və s. əlamətlərinə görə dərəcələrə ayrılması) olacaq. Amma orada Asiya və Afrikadan daha çox nümayəndə olacaq. Və bəlkə də daha çox daxili fikir ayrılıqları olacaq, çünki Fransiskin islahatçı kursu ilə Kilsənin bəzi hissələrinin ənənəvi baxışları arasında gərginlik artır.

Növbəti Papa kim olacaq?

Katolik taxt-tacı üçün ehtimal olunan namizədlər siyahısının başında Vatikanın 70 yaşlı dövlət katibi, kardinal Pyetro Parolin gəlir. O, diplomatiyanın ustası hesab edilir. Belə ki, məhz o, Vatikanın Kuba və Çin ilə əlaqələrinin qurulmasına töhfə verib. Qlobal qeyri-sabitlik fonunda Parolin praqmatik seçim kimi - onillik islahatlardan sonra asayişi bərpa edə bilən bir insan kimi görünə bilər.

67 yaşlı filippinli kardinal Luis Antonio Taqle ən xarizmatik namizədlərdən biridir. O, açıq, emosional insandır, Asiyada populyarlıq qazanıb və ingilis dilində səlis danışır ki, bu da onu rəqəmsal kommunikasiyalar dövründə həqiqətən ilk qlobal Papa edə bilər.

Qanadan olan kardinal Piter Terkson - alimdir, ekoloji məsələlər və sosial ədalət üzrə işi ilə tanınır. Lakin onun fikirləri kardinalların daha mühafizəkar hissəsini qorxuya sala bilər. Afrika katolisizm üçün sürətlə inkişaf edən regiondur, lakin Terkson Kilsəni birləşdirə biləcək bir fiqur hesab olunmur.

Macarıstandan olan kardinal Peter Erde kommunist rejimində böyümüş təmkinli intellektualdır. O, daha ənənəvi namizəd hesab olunur. Bəziləri hesab edirlər ki, onun avtoritar sistemdə yaşam təcrübəsi bugünkü reallıqlarda faydalı ola bilər.

Amma müzakirə olunanlar arasında ən gözlənilməz fiqur Ukraynadan olan kardinal Mikola (Nikolay) Bıçokdur. Onun cəmi 45 yaşı var, Avstraliyada Ukrayna diasporu arasında xidmət edir, kardinal rütbəsinə isə onu keçən il Fransisk özü yüksəldib. O, xalqının əzab-əziyyətindən açıq danışır və yaşına baxmayaraq, tarixdə cavan şəxslərin papa olduğu hallar da məlumdur.

Yeni Papanın adı nə olacaq?

Bukmeykerlər hesab edirlər ki, varislik əlaməti olaraq II Fransiskin meydana çıxma şansı yüksəkdir. Ancaq tarixdə dərin kök salmış adlar da istisna edilmir, məsələn, İoann Pavel, Lev, İoann.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Aprel 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see250

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see206

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see183

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see146

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see136

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see136

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see135

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see135

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see124

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri