Icma.az
close
up
RU
Yeni papa Türkiyəlidir? Ailə sirri ortaya çıxdı

Yeni papa Türkiyəlidir? Ailə sirri ortaya çıxdı

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Katolik Kilsəsinin yeni ruhani lideri, Vatikanın prezidenti Papa XIV Leo-nun mənşəyi ilə bağlı yerli və beynəlxalq mediada müzakirələr gündəmdədir.

Milli.Az xəbər verir ki,yerli mətbuat və sosial mediada yayılan məlumatlara görə, Papa XIV Leo-nun ulu babası Setrak Parsehyan 1915-ci ildə Kayserinin Develi rayonundan Cənubi Amerika ölkəsi Argentinaya köç edib. Bu iddia Develi sakinləri arasında təəccüblə qarşılanıb.

Reşadiye məhəlləsinin muxtarı Yusuf Çelik bildirib ki, "Biz də sosial şəbəkələrdən Papanın Dəvəlili olduğunu öyrəndik və təəccübləndik. Deyilənə görə, XIV Leo-nun babaları bu məhəllədə yaşayıb".

Digər tərəfdən, ABŞ mətbuatı xüsusilə də "The New York Times" fərqli məlumatlar yayımlayıb. Məlumata əsasən, Papa XIV Leo-nun kökləri ABŞ-ın Yeni Orlean şəhərindəki qaradərili kreol icmasına dayanır. Jari C. Honora adlı şəcərəşünasın araşdırmalarına görə, Papanın nənə və babası "qara" və "mulatto" (qarışıq irq) kimi qeydə alınıb və 20-ci əsrin əvvəllərində Yeni Orleandan Çikaqoya köç edərək burada Papanın anası Mildred Martinez dünyaya gəlib.

Honora-nın təqdim etdiyi sənədlər - nikah şəhadətnamələri və 1900-cü il siyahıyaalması - Papanın ailəsinin Karib və Haiti mənşəli olduğunu göstərir. Məlumata görə, baba Martinez "qara", doğum yeri "Hayti" (Haiti), peşəsi isə "siqaret istehsalçısı" kimi qeyd olunub.

Papanın qardaşı Con Prevost isə ailələrinin ata tərəfdən fransız əsilli olduğunu və ABŞ-da anadan olduqlarını bildirib. O, ailənin heç vaxt kreol mənşəyi barədə danışmadığını və bunun problem olmadığını vurğulayıb.

Beləliklə, Papa XIV Leo-nun mənşəyi ilə bağlı fərqli versiyalar mövcuddur: biri onun Türkiyənin Develi rayonundan olan erməni köklü bir ailədən gəldiyini, digəri isə kreol və Karib mənşəli olduğunu iddia edir. Bu ziddiyyətli məlumatlar Papa XIV Leo-nun mənşəyinin hələ də dəqiqləşdirilməmiş qalmasına səbəb olur.

Fidan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 May 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri