Yeni park salınacaq
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cəlilabad rayonunun Alar kəndinin mərkəzində park salınır.
Gununsesi.info iqtisadiyyat.az-a istinadən xəbər verir ki, kənd bələdiyyəsi tərəfindən salınan park yaxın zamanda sakinlərin istifadəsinə veriləcək.
Məlumata görə, park kənd sakinləri tərəfindən bələdiyyəyə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına salınır.
Belə ki, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün parkda zəruri şərait yaradılacaq.
Burada uşaq oyun-əyləncə meydançası və oturacaqların quraşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, son dövrlər kənd ərazisində mütəmadi olaraq abadlıq və quruculuq işləri aparılır. Kənddaxili yolların işıqlandırılması istiqamətində zəruri tədbirlər görülüb, uzun illər mövcud olan problem aradan qaldırılaraq yolların işıqlandırılması təmin edilib. Eyni zamanda, ekologiyanın və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində köhnə Ələt-Astara magistral yolunun bu kənddən keçən hissəsinin ətrafındakı fərdi yaşayış evlərinin qarşısında yol boyu zibil qutuları yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 21 Dekabr 2025 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















