“Yeni Partiya”nın prezidentliyə namizədi Əkrəm İmamoğlu olacaq?
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün “Yeni Partiya”nın lideri Özgür Özəl jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirib.
“Cebheinfo.az”-ın məlumatına görə, konfransda “Yeni Partiya”nın lideri media nümayəndələrinin suallarını cavablandırıb.
Özgür Özəl “Əkrəm İmamoğlu “Yeni Partiya”nın prezidentliyə namizədi olacaqmı?” sualına belə cavab verib:
“23 mart 2025-ci il tarixində keçirilən seçkilərdə 15,5 milyon vətəndaş Əkrəm İmamoğlunu namizəd kimi seçib.
Lakin onun namizədliyi hazırda hüquqi cəhətdən mümkün deyil. Amma biz vətəndaşların namizədinə hörmətlə yanaşırıq. O, yalnız bizim namizədimiz deyil, həm də millətin namizədidir.
Bundan sonrakı prosesdə hamımız yarana biləcək hər hansı potensial nəticələrlə bağlı düzgün qərarlar çıxarmaq üçün birlikdə çalışacağıq. “Yeni Partiya”nın bütün fəalları ilə birlikdə ən uyğun qərarı verəcəyik”, - deyə Özgür Özəl bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:173
Bu xəbər 25 İyul 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















