Icma.az
close
up
RU
Yeni rüsum 70 manat KONKRET

Yeni rüsum 70 manat KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib.

KONKRET.az xəbər verir ki, yeni qanunla Azərbaycanda akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 70 manat dövlət rüsumu alınacaq.

Xatırladaq ki, “Balıqçılıq haqqında” qanun layihəsində balıqçılıq su obyektlərində akvakultura fəaliyyətinin “akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi” əsasında həyata keçirilməsi və qeydiyyat şəhadətnaməsinə görə dövlət rüsumu tutulması nəzərdə tutulub. Qanunun bu tələbindən irəli gələrək “Dövlət rüsumu haqqında” qanun yenilənib. Qeydiyyat şəhadətnaməsi verilən zamanı yaradılan təsərrüfatın tələblərə uyğunluğunun qiymətləndirilməsi, ekspertiza və inzibati icraat tədbirləri həyata keçirilir. Bu baxımdan dövlət rüsumunun müəyyən edilməsi həmin inzibati xərclərin qismən kompensasiyasını təmin etməklə yanaşı, hüquqi sistemdə bərabərlik və vahid yanaşma prinsipini də təmin edir və fəaliyyətin leqallaşdırılmasını stimullaşdırır.

Bundan başqa, “Lisenziyalar və icazələr haqqında” qanunda da dəyişiklik edilib. Müvafiq qanuna əsasən, “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”na akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi əlavə edilir. Bu dəyişiklik su bioresurslarının idarə olunması sahəsində dövlət nəzarətinin sistemli şəkildə gücləndirilməsinə xidmət edir və eyni obyekt üzərində həyata keçirilən fəaliyyət növləri – təbii resursların istismarı və süni yetişdirilməsi – arasında fərqli hüquqi rejimi aradan qaldıraraq vahid və ardıcıl tənzimləmə modeli formalaşdırır.

Mövcud vəziyyətdə balıqçılıq sahəsində təbii bioresurslardan istifadə icazə mexanizmi ilə tənzimləndiyi halda, akvakultura fəaliyyəti yalnız qeydiyyat proseduru ilə məhdudlaşırdı. Halbuki akvakultura yalnız təsərrüfat fəaliyyəti deyil, su ehtiyatlarından istifadə, ekosistemə müdaxilə və bioloji balansın dəyişdirilməsi ilə müşayiət olunan kompleks fəaliyyətdir. Təklif edilən dəyişiklik dövlət nəzarətini sonrakı mərhələdən ilkin (preventiv) mərhələyə keçirir və potensial risklərin əvvəlcədən müəyyən olunmasına imkan yaradır. Beynəlxalq təcrübə, xüsusilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) müəyyən etdiyi prinsiplər bu yanaşmanı dəstəkləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Avqust 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri