Icma.az
close
up
RU
Yeni səviyyəyə qalxmaq yolunda Qarabağ üçün tarixi fürsət Tahir Gözəl bu məqamdan mütləq yararlanmalıdır

Yeni səviyyəyə qalxmaq yolunda Qarabağ üçün tarixi fürsət Tahir Gözəl bu məqamdan mütləq yararlanmalıdır

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

8 illik fasilədən sonra "Qarabağ" yenə ölkəmizə böyük sevinc yaşatdı. Bu illər ərzində Avropa Liqası, Konfrans Liqası kimi turnirlərində müntəzəm olaraq çıxış ediblər. Amma Çempionlar Liqası hər mənada başqadır. 

Yerli-yersiz tənqidlərə rəğmən, bütün bu illər ərzində "Qarabağ"a maliyyə dəstəyini dayandırmayan "Azersun Holdinq" üçün də uğurlu gəlib bu mövsüm. Çünki digər turnirlərdən gəlirlər hesabına ən yaxşı halda "Qarabağ"ın illik büdcəsinin 50-60 faizini doldurmaq mümkü olurdusa, Çempionlar Liqasından gələn vəsait bütün xərcləri qarşılayır. Təxmini hesablamalara görə, "Qarabağ"ın bu mövsüm UEFA-dan alacağı maliyyə mükafatı 45-50 milyon manat civarında olacaq. Liqa mərhələsində 1-2 qələbə qazanacaqları təqdirdə, bu rəqəm bir az da arta bilər. 

"Qarabağ"ın hələ Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmadığı vaxtda başqan Tahir Gözəl bildirmişdi ki, bu mövsüm tarixinin ən böyük büdcəsi ayrılıb. UEFA-dan gələn gəlirləri də əlavə etsək, bu mövsüm "Qarabağ"ın kifayət qədər böyük maliyyəyə malik olduğunu deyə bilərik. 

Qurban Qurbanov açıqlamalarında deyib ki, 3-4 yeni transfer gözlənilir. Mətbuatda yayılan xəbərlərə görə, "Qarabağ" Samba Sumanoya görə "Loryan"a 3 milyon avro verməyə hazırdır. Əgər bu keçid gerçəkləşsə, "Qarabağ" tarixinin ən bahalı transferi olacaq.  

"Qarabağ" elə bir dönəmə gəlib ki, yeni mərhələyə qalxması üçün tarixi fürsət yaranıb. Sadəcə UEFA-dan gələn maliyyəni səmərəli istifadə etmək lazımdır. Əldə olan pulla mütləq şəkildə 3-4 üst səviyyəli oyunçu gətirib, hərəsi ilə 3 illik müqavilə bağlamaqla, qarşıdakı mövsümlərdə də ÇL-də Liqa mərhələsinə yüksəlmək real görünür. "Qarabağ" bir neçə il davamlı olaraq ÇL-in əsas mərhələsində oynaya bilsə, get-gedə daha da böyüyəcək və Avropanın möhkəm ortabablarından birinə çevriləcək. 

Bu məsələdə ən böyük məsuliyyət başqan Tahir Gözəlin üzərinə düşür. Tahir bəy 3-4 bahalı transferə "ok" versə, qarşıdakı illərdə bunun bəhrəsini mütləq görəcəklər. Belə tarixi fürsəti əldən vermək olmaz!

Həmid

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://sportal.az
archiveBu xəbər 30 Avqust 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see273

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see253

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see207

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see202

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see190

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see175

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see174

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see163

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see154

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see140

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see139

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see139

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see134

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see134

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see131

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see130

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see129

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see129

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see127

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri