Yeni silaha Putinin babasının adını verdilər
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Rusiyanın “Uralvaqonzavod” müəssisəsi tanka dəstək döyüş maşını olan “Terminator”un adının dəyişdirildiyini açıqlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra texnika “Spiridon” adı ilə tanınacaq.
Yeni adın Rusiya Prezidenti Vladimir Putinin babasının adı ilə eyni olduğu bildirilir.
Müəssisədən verilən məlumata görə, “Spiridon” Rusiyada nadir, lakin hörmət edilən adlardan hesab olunur.
“Bu adı həqiqətən güclü ruhlu insanlar daşıyıb”, – deyə müəssisənin açıqlamasında bildirilib.
Şirkət buna nümunə olaraq müqəddəs Spiridon Trimifuntski və Sovet İttifaqı Qəhrəmanı Spiridon Spitsını göstərib.
“Rossiya-1” telekanalının məlumatına görə, zavod yeni ad seçimi üçün təxminən 2 min variantı müzakirə edib. Variantlar arasında “Dobrinya”, “Boqatır”, “Dmitri Donskoy” və “Uralets” adları da olub.
Qeyd edək ki, tank dəstək döyüş maşını T-90 tank platforması əsasında hazırlanıb və 2018-ci ildə Rusiya quru qoşunlarının silahlanmasına qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 02 İyun 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















