Icma.az
close
up
RU
Yeni sistem sayəsində evlər pulsuz isinir! Gizli mənbə

Yeni sistem sayəsində evlər pulsuz isinir! Gizli mənbə

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şimalın soyuq ölkəsi Finlandiyadan gələn xəbərlər “İsinmə mövzusu artıq problem olmaya bilərmi?” sualını yenidən gündəmə gətirib. Ölkədə qurulan yeni sistemlər sayəsində internetin arxa fonda fasiləsiz işləyən məlumat mərkəzlərindən çıxan isti hava artıq boşa sərf olunmur. Sherg.az pulsuz isinmənin mənbəyini göstərir.

Finlandiya illərdir ekoloji texnologiyalarda öncül ölkələrdəndir. Lakin son dövrdə atılan bu addım evlərin, məktəblərin, xəstəxanaların və dövlət binalarının isinməsini təmin edən əsas mənbələrdən birinə çevrilir. Həm də təbiətə zərər vermədən və ənənəvi yanacaq xərclərini artırmadan…

Artıq soyuq qış səhərlərində radiatorlar yalnız təbii qaz və ya kömürlə deyil, rəqəmsal dünyanın yaratdığı istiliklə isinir. Hər klikləmənin, hər video izləmənin, hər məlumat işlənməsinin görünməyən bir istiliyə çevrildiyini təsəvvür edə bilərsiniz. Finlandiya isə bu istiliyi tutur və şəhərlərə yenidən paylayır. Bəs sistem necə işləyir?

Məlumat mərkəzləri işləyərkən böyük elektrik sərfiyyatı ilə yanaşı, yüksək miqdarda istilik yaradır. Normalda bu isti hava nəhəng soyutma sistemləri ilə bayıra atılır və tamamilə itirdi. Finlandiyada isə bu itki üstünlüyə çevrilib. Xüsusi sistemlərlə toplanan istilik boru xətləri vasitəsilə şəhərlərin regional isitmə şəbəkələrinə ötürülür. Beləliklə soba, kombi və ya mərkəzi istilik sistemi əvəzinə rəqəmsal infrastrukturun yaratdığı enerji ilə evlər isinir.

Bu dəyişimin ən diqqətçəkən tərəflərindən biri ətraf mühitə yük yaratmamasıdır. Fosil yanacaqların səbəb olduğu karbon emissiyası qlobal istiləşmənin əsas səbəblərindən biri sayılır. Finlandiyanın qurduğu bu sistem sayəsində atmosferə buraxılan zərərli qazlar azalır, şəhərlər daha təmiz havaya qovuşur.

Üstəlik, bu üsul enerji qənaəti yaratmaqdan daha çox şey edir. Atıq kimi görülən bir element birbaşa gündəlik həyatı asanlaşdıran bir mənbəyə çevrilir. Mütəxəssislərin fikrincə, bu texnologiya sayəsində şəhərlərin enerji xərcləri nəzərəçarpacaq dərəcədə azalıb. Bələdiyyələr daha aşağı xərc ilə daha çox ərazini isidə bilir, ailələr isə yüksək hesablarla üz-üzə qalmır.

Enerji mütəxəssisləri bildirirlər ki, atıq istiliyin yenidən istifadəsi məsələsində Finlandiya sadəcə başlanğıcdır. Eyni sistemin Avropanın bir çox şəhərində tətbiq oluna biləcəyi qeyd edilir. Xüsusilə böyük şəhərlərdə məlumat mərkəzlərinin artması fonunda bu istiliyin boşa getməsi əvəzinə şəhərlərin isinməsinə yönəldilməsi böyük imkan kimi qiymətləndirilir.

Finlandiyada yaşayanlar isə bu dəyişikliyi gündəlik həyatlarında açıq şəkildə hiss edirlər. Daha aşağı hesablar, daha təmiz hava və daha davamlı şəhər modeli insanların yaşam keyfiyyətini nəzərəçarpacaq dərəcədə yüksəldib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Dekabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri