Icma.az
close
up
RU
Yeni sosial iqtisadi inkişaf strategiyası üzrə hazırlıqlar başlayıb

Yeni sosial iqtisadi inkişaf strategiyası üzrə hazırlıqlar başlayıb

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Maliyyə Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-fiskal dayanıqlıq” üzrə Alt İşçi qrupun ilk iclası keçirilib.

Bu barədə 525.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.

İclasda çıxış edən maliyyə naziri, Alt İşçi qrupun rəhbəri Sahil Babayev bildirib ki, ölkə Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” prioritetinə uyğun olaraq “Daxili və xarici təsirlərə dayanıqlıq” məqsədi ölkənin əsas dayanıqlı iqtisadi inkişaf istiqamətlərindən biri kimi müəyyən olunub.

S. Babayev fiskal dayanıqlığın təmin olunmasının, strateji valyuta ehtiyatlarının qorunmasının, dövlət maliyyəsinin, o cümlədən dövlət borcunun səmərəli idarəolunmasının əhəmiyyətindən bəhs edərək “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən edilmiş tədbirlərin uğurla icra olunduğunu diqqətə çatdırıb.

İclasda “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı ilkin istiqamətlər və növbəti addımlar müzakirə edilib, müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi və fəaliyyətlərin koordinasiyalı şəkildə davam etdirilməsi barədə razılıq əldə olunub.

Xatırladaq ki, “Makro-fiskal dayanıqlıq” üzrə Alt İşçi qrupu “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Prezidentin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli 356s nömrəli Sərəncamına əsasən yaradılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://525.az
archiveBu xəbər 25 İyul 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri