Icma.az
close
up
RU
Sülh, təhlükəsizlik və dayanıqlı inkişaf istiqamətləri

Sülh, təhlükəsizlik və dayanıqlı inkişaf istiqamətləri

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə dünya və regional gündəmə də toxundu, regional və qeyri-regional ölkələrə mühüm mesajlar ünvanladı. Dövlət başçısı müsahibəsində toxunduğu önəmli məsələlərdən biri də Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri çərçivəsində avqustun 8-də Ağ Evdə keçirdiyi görüşlər barədə səsləndirdiyi fikirlər oldu. Azərbaycanın diplomatiya tarixində tarixi dönüş nöqtəsi kimi yadda qalan bu səfər Azərbaycan-ABŞ münasibətlərini strateji tərəfdaşlıq mərhələsinə yüksəldib və Ermənistan-Azərbaycan sülh gündəliyinin konkret nəticələrə doğru irəliləməsinə ciddi təkan verib. Prezident İlham Əliyev müsahibəsində məhz bu məqamlara toxunaraq əlavə etdi ki, Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq. Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik. Burada kim qazanacaq, kim uduzacaq? Məncə, bu, ritorik sualdır. Ona görə hesab edirəm ki, Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdığımızı şübhə altına almasın. Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil.Dövlət başçısı qeyd edib ki, təqribən beş il bundan əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Bundan sonra prosesdə müəyyən bir boşluq yarandı, çünki o zaman vasitəçilər artıq hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etdi. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır. Danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı: “Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var – Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal sülh sazişi də imzalanacaq.Cənab İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi təkcə ölkəmizdə deyil, dünyada maraqla izlənildi. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi, eyni zamanda, ölkəmizin sosial inkişafı, iqtisadi təhlükəsizliyi haqqında dolğun məlumat verdi. Prezident İlham Əliyev müstəqillik tariximizin ən mühüm nailiyyəti olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından danışaraq qeyd etdi ki, biz işğal altında olan tarixi ərazilərimizi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq azad etdik. Bu tarixi qələbə 30 il ərzində milli ideyamız və hədəfimiz idi. Təəssüf ki, ədaləti bərpa etməyi öhdəsinə götürmüş beynəlxalq güclərin fəaliyyətsizliyi ilə qəbul edilmiş qətnamələr, kağız üzərində qalmışdı. Belə olduğu təqdirdə Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizi özümüz azad edərək ərazi bütövlüyümüzü tam təmin etməyi bacardıq.Prezident İlham Əliyev bir daha Azərbaycanın milli maraqlara yönəlik xarici siyasət kursu tutduğunu və hədəflərə çatmasında ancaq öz gücünə arxalandığını ortaya qoydu. İlham Əliyev həm prezident, həm xalq lideri kimi dövlətimizin qüdrətini ifadə etməklə yanaşı, həm də qlobal siyasi proseslərin mükəmməl bilicisi kimi dünyaya ən gerçək diplomatik reallığı anlatdı. Bütün münaqişələrin gərginləşdiyi bir zamanda Qarabağın azad edilməsindən tutmuş qlobal böhran şəraitində iqtisadi yüksəlişə nail olan, hətta super gücləri belə milli maraqlarımızla hesablaşmağa məcbur etməsi ilə dövlətimizin başçısı bu mükəmməl diplomatik nəzəriyyəsinin praqtik uğurunu da göstərdi. Bu baxımdan Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” televiziyasına müsahibəsi dünyaya dövlətimizin və onun liderinin gücünün açıq bəyanı idi.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri