Yeni subsidiyalar veriləcək Nazir ŞƏRTLƏRİ AÇIQLADI
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, "Toxumçuluq haqqında" qanuna edilən son dəyişikliklərə əsasən özəl sektora toxumçuluq sahəsində daha böyük imkanlar yaradılıb:
"Artıq özəl sektor daha yüksək reproduksiyalı toxumları istehsal edə biləcək. Toxum və tinglərin sertifikatlaşdırılması, beynəlxalq standartlara uyğunlaşdırılması və bu proseslərin dövlət nəzarəti altında daha asan üsulla həyata keçirilməsi əsas dəyişikliklərdəndir. Subsidiyalaşdırma baxımından isə toxumçuluğun təşviqi yolunu seçmişik və xüsusilə super elit və elit toxum istehsalında daha yuxarı məbləğli təşviq mexanizmləri formalaşdırırıq".
M.Məmmədov həmçinin fermerlərin bazardakı tələb-təklifə uyğun planlaşdırma aparması üçün süni intellekt əsaslı tənzimləmə mexanizminin hazırlandığını vurğulayıb:
"Hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rəqəmsallaşdırma və süni intellekt layihələri çərçivəsində əkinlərin mərhələli şəkildə təşviqi və ya təşviq olunmaması mexanizmi üzərində iş aparılır. Məqsəd fermer əkin aparmazdan əvvəl hansı məhsul üzrə nə qədər sahənin bəyan edildiyi barədə onu məlumatlandırmaqdır. Bu mexanizmi işə saldıqdan və fermerlər buna alışdıqdan sonra, növbəti bir-iki ildə artıq məcburi mexanizmə keçəcəyik. Harada ki hər hansı bir məhsulun müəyyən limitli əkinini dövlət tərəfindən təşviq edəcəyik, ondan yuxarı olan əkinləri isə artıq subsidiyaya ayırmayacağıq. Səbəb odur ki, fermerlər onu əkməkdə maraqlı olmasınlar və ya artıq bundan sonra əkib-əkməyəcəklərini nəzərə alsınlar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 24 Sentyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















