Icma.az
close
up
RU
Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?

Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ukrayna və ABŞ-ın razılaşdırdığı 20 bəndlik “sülh planı” ilə bağlı iki fərqli mövqe səslənir: bunu Kiyevin qələbəsi hesab edənlər də var, məğlubiyyəti kimi görənlər də. Əvvəlki 28 bəndlik planla müqayisədə 20 bəndlik plan daha uğurlu olsa da, Ukrayna yenə qazanan tərəf deyil. Zelenski mövcud reallıqda mümkün olanı edir.

Ukrayna üçün iki ən vacib məqam sənəddə daha məqbul şərtlərlə əksini tapsa da, risklər mövcuddur.

Birincisi, təhlükəsizlik zəmanətini “ABŞ, NATO və Avropa 5-ci maddəyə əsasən” verir.

- Rusiya hücum edərsə, Qərb prosesə müdaxilə edəcək;

- Rusiya və Ukrayna arasında qeyd-şərtsiz hücum etməmək paktı imzalanacaq, təmas xəttində də monitorinq mexanizmi yaradılacaq ki, bu da Moskvanın yenidən hücum etmək planlarının qarşısını alır;

- Təhlükəsizlik zəmanətlərinə digər ölkələr də qoşula bilər;

- Rusiya Avropa və Ukraynaya təcavüz etməmək siyasətini bütün zəruri qanunlarda təsbit edəcək;

İkincisi, ərazi məsələsində Rusiyanın tələbi qəbul olunmur, əvəzində iki versiya irəli sürülür:

a) Donetsk, Luqansk, Zaporojye, Xerson vilayətlərində qoşunların nəzarət etdiyi ərazilər faktiki təmas xətti kimi qəbul olunur, lakin bunun üçün Rusiya Dnepropetrovsk, Nikolayev, Sum, Xarkov vilayətlərindən qoşunlarını çıxarmalıdır;

b) ABŞ Rusiyanın “Ukrayna Donetsk vilayətindən çıxsın” tələbində kompramis təklif edir: Ukrayna qoşunları ərazini tərk edir, lakin bura Rusiyaya verilmir, azad iqtisadi zona yaradılır.

İki strateji məsələdəki razılaşmanın Ukrayna üçün müsbət və mənfi tərəfləri var.

Müsbət tərəflər: Ukrayna Rusiyanın gələcək hücumları qarşısında təhlükəsizlik zəmanətləri əldə edir və Moskvanın “Donetskdən çıxma” tələbi qəbul olunmur; ABŞ-ın təklif etdiyi “azad iqtisadi zona”nın qəbulu üçün də referendum keçirilməlidir ki, bu Kiyevə mövqeyindən geri çəkilməmək imkanı yaradır;

Mənfi tərəflər: təhlükəsizlik zəmanətlərinin praktiki müstəvidə işləyəcəyi, yaxud necə işləyəcəyi bəlli deyil; sənəddə Rusiyanın hücum etməmək öhdəliyi analoji olaraq, Ukraynaya da şamil edilir və bu, Kiyevin gələcəkdə işğal altındakı ərazilərini güc yolu ilə azad etmək imkanını sıradan çıxarır; “Ərazi tənzimləmələri barədə razılığa gəldikdən sonra Rusiya və Ukrayna bunu güc yolu ilə dəyişdirməmək öhdəliyi götürür” qeydi bunu daha da gücləndirir;

Nəticə etibarilə, müharibə Ukrayna əraziləri hesabına dondurulmuş münaqişə ilə başa çatır. Sənəddə təsdiqlənən “Ukraynanın suverenliyi” əraziləri üzərində praktiki müstəvidə mövcud olmur.

Ukrayna üçün mənfi tərəflər bununla yekunlaşmır:

- Sənəddə qeyd olunur ki, sülh dövründə Ukrayna ordusunun sayı 800 min nəfərdən artıq olmamalıdır: bu, ilk versiyada əksini tapan 600 min nəfərdən daha çoxdur və müharibə dövrünə şamil edilmir; lakin Ukraynanın orduda canlı qüvvənin sayı ilə bağlı öhdəliyi suveren hüququndan məhrum olmaq deməkdir;

- Zaporojye AES: Vaşinqton təklif edir ki, AES ABŞ, Ukrayna və Rusiya tərəfindən birgə idarə edilsin, Kiyev qəbul etmir və ABŞ-la birgə “50+50” idarəetməni təklif edir; hərçənd qeyd olunur ki, ABŞ nəzarət edəcəyi 50 faiz hissənin bölüşdürülməsində müstəqildir; bu o deməkdir ki, Vaşinqton Moskvaya da pay verə bilər;

- Ukrayna “dini tolerantlıq və azlıqların dillərinin qorunması ilə bağlı Avropa İttifaqının qaydalarını” tətbiq etmək öhdəliyi götürür – Rus Pravoslav Kilsəsinin fəaliyyətinə imkan yaratmalı, rus dilini qorumalıdır: Kiyev praktikada bunu gerçəkləşdirməyə də bilər, lakin belə bir öhdəlik Moskva üçün üstünlük yaradır;

Ukraynanın əsas qazancı Avropa İttifaqına üzvlük, iqtisadi dəstək və ölkənin bərpası olacaq.

Kiyevin qəbul etdiyi plana Moskvanın “hə” deyəcəyi çətin görünür. Planın ilk variantından fərqli olaraq, mövcud sənəd Rusiyanın istəklərinə tam cavab vermir.

1. Sənəddə “NATO-nun genişlənməməsi” ilə bağlı heç bir qeyd yoxdur;

2. Ukraynanın “neytral status” məsələsi əks olunmayıb;

3. Moskvanın nəinki istədiyi “Ukrayna qoşunlarının Donbasdan çıxarılması” tələbi qəbul olunmur, əksinə Rusiya qoşunlarının geri çəkilməsi qeyd olunur;

Hərçənd, Rusiyanın “20 bəndlik plandan” imtina etmək imkanları da zəifdir, xüsusilə “razılaşmayan tərəf” kimi yenidən ABŞ-ın hədəfinə çevrilməsi və Vaşinqtonla danışıqların “sıfırlanması” riskləri fonunda. Moskvanın NATO, “neytral status”, sanksiyaların ləğvi kimi istəklərinin nəzərə alınması qarşılığında ərazilər məsələsində “azad ticarət zona”nın yaradılması ilə razılaşması da mümkün variantlardan biri kimi görünür. Tramp Putini buna inandırmağa çalışacaq. Putin isə əsas tələblərini qəbul etdirmək məqsədilə 20 bəndlik plana cavabı müəyyən müddətə qədər uzadaraq, həm pərdəarxası danışıqlarda ABŞ-ın mövqeyinə təsir etmək, həm də cəbhədə irəliləmək istiqamətində hərəkət edə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://axar.az
archiveBu xəbər 25 Dekabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri