Icma.az
close
up
RU
Yeni tədqiqat: GPT 4 neyron şəbəkəsi dialoq əsnasında insanlardan daha inandırıcı cavablar verir

Yeni tədqiqat: GPT 4 neyron şəbəkəsi dialoq əsnasında insanlardan daha inandırıcı cavablar verir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 20 may, AZƏRTAC

Avropa və ABŞ alimlərindən ibarət tədqiqat qrupu aşkar edib ki, GPT-4 neyron şəbəkəsi qlobal şəbəkənin real istifadəçiləri ilə müqayisədə sosial-siyasi debatlarda opponentlərin suallarına 64 faiz daha inandırıcı cavab vermək və rəqibin fikirlərini nəzərə alaraq öz mövqeyini əsaslandırmaq qabiliyyətinə malikdir. AZƏRTAC xəbər verir ki, tədqiqatçıların “Nature Human Behaviour” elmi jurnalında dərc etdirdiyi məqaləyə görə, onlayn müzakirə platformalarının hazırlanması və istismarı zamanı bunu nəzərə almaq lazımdır.

Məqalədə qeyd olunub: “Böyük dil modelləri ilə aparılan ilk təcrübələr göstərdi ki, süni intellekt daha inandırıcı arqumentlər yarada bilir, lakin bu kontekstdə ondan zərərli istifadə potensialı da yüksəkdir. Bu üstünlükləri konkret şəxslərə uyğunlaşdırmaq qabiliyyəti hələ öyrənilməyib. Biz debatlarda GPT-4 sisteminin fərdi tədqiqat məlumatlarına giriş əldə etdiyi zaman 64 faiz daha uğurlu olduğunu göstərdik”.

Kəşf Lozannadakı İsveçrə Federal Texnologiya İnstitutunun dosenti Robert Uestin rəhbərlik etdiyi isveçrəli, italyan və amerikalı tədqiqatçılar tərəfindən insanların fikir və davranışlarını manipulyasiya etmək üçün böyük dil modellərindən zərərli istifadə potensialının öyrənilməsinə yönəlmiş genişmiqyaslı layihə çərçivəsində edilib.

Alimlərin qeyd etdiyi kimi, xüsusi təhlükə GPT-4 və digər “qabaqcıl” süni intellekt sistemlərinin insanın davranışına və baxışlarına ən effektiv təsir göstərmək üçün rəqib haqqında şəxsi məlumat və biliklərdən istifadə edə bilməsidir. Tədqiqatçılar bu ehtimalı qiymətləndirmək üçün 900 təsadüfi amerikalı istifadəçidən nisbətən neytral və ya mübahisəli sosial və ya siyasi mövzuda onlayn debatda iştirak etməyi xahiş ediblər.

Bu debatların hər raundunda iştirakçılar məsələyə dair əvvəlcədən müəyyən edilmiş nöqteyi-nəzərdən mümkün olan ən inandırıcı arqumentlər hazırlamalı, onları rəqibinə və auditoriyaya təqdim etməli, həmçinin opponentinin konkret bir şəxs deyil, neyron şəbəkəsi olması ehtimalını qiymətləndirməli idilər. Əslində, bu ya digər könüllülər, ya da GPT-4 ola bilərdi və hər iki halda alimlər bəzən debat iştirakçılarından birinə rəqibin məlumatlarına əvvəlcədən giriş imkanı verirdilər.

Bu söhbətlərin sonrakı təhlili göstərib ki, süni intellekt sistemi debatda ümumiyyətlə insanlardan üstün olub və canlı rəqibin fikirləri, habelə şəxsi təfərrüatları haqqında məlumat verildikdə, GPT-4 rəqibindən 64 faiz daha inandırıcı cavablar verib. Fərdi məlumatlardan istifadə etmək bacarığı süni intellektə könüllüləri inandırmağa və onları öz nöqteyi-nəzərini dəyişməyə məcbur etməyə imkan verib ki, bu da dialoq əsnasında bu cür mübahisələr üçün onlayn platformalar yaradarkən süni intellektin “manipulyator potensialını” nəzərə almaq zərurətini vurğulayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri