Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Bankların keşbek faizləri Yanvar 2026

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

2026 cı ilin büdcə layihəsi dünya iqtisadiyyatında baş verən dinamika nəzərə alınmaqla tərtib olunub

2026 cı ilin büdcə layihəsi dünya iqtisadiyyatında baş verən dinamika nəzərə alınmaqla tərtib olunub

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


"Müzakirəyə təqdim olunan 2026-cı ilin dövlət və icmal büdcələrinin layihələri, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanunundan irəli gələn tələblərə, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlərə” uyğun hazırlanmış, ölkənin strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri, qlobal çağırışlar, büdcə riskləri, dünya iqtisadiyyatında baş verən dinamika nəzərə alınmaqla tərtib olunmuşdur.
Makroiqtisadi göstəricilər əsasən qorunub saxlanılmış, Prezidentin təsdiq etdiyi, “2022-2026- cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”, dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulan layihə və tədbirlər uğurla həyata keçirilir. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanın büdcə gəlirləri, valyuta ehtiyatları ildən ilə artır, biznes mühiti yaxşılaşdırılır, şəffaflıq təmin olunur."
Newscenter.az xəbər verir ki. bunları Milli Məclisin deputatı Nəsib Məhəməliyev 2026-cı ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib.
Deputat həmçinin çıxışında qeyd edib ki, dövlətin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində əhalinin rifah halının yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin azaldılması, az təminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi müntəzəm olaraq nəzarətdədir. Bu gün Hökumətin qarşısında duran əsas hədəf, işğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılmasıdır. Belə ki, 2026-cı ilin dövlət büdcəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun yaradılması, kənd təsərrüfatı və sənaye potensialının reallaşdırılması üçün 3 mlrd 500 milyon manat vəsaitin ayrılması zəruridir.
2021-ci ilin əvvəlindən başlayan, pandemiya ilə bağlı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin qalıcı təsirləri, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən hadisələr, regionda nəqliyyat-kommunikasiyaların tam açılmaması, daşıma və logistika xərclərinin yüksəlməsinə səbəb olmuşdur. Bütün bunlara baxmayaraq, ölkəmizdə iqtisadi artım müsbət dinamika ilə inkişaf edir:
"Bütövlükdə, gələn ilin dövlət büdcəsi əksər parametrlərinə görə əvvəlki ildən çoxdur və müstəqillk tarixinin ən böyük büdcəsidir. 2026-cı ildə ÜDM 2,9 faiz artaraq 134,1 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Qeyri-neft (qaz) sektorunda 5% artım gözlənilir. 2025-ci ildə 130,2 milyard manat olub.
2026-cı ilin dövlət büdcəsinin gəlirləri 38 609 milyon m. nəzərdə tutulub. Əvvəlki illə müqayisədə 253 milyon, 0,7 faiz çoxdur.
Xərcləri- 41 703 milyon, əvvəliki illə müqayisədə 0,7 faiz çoxdur.
İcmal büdcənin gəlirləri 44 milyard 825,3 milyon m. səviyyəsində proqnozlaşdırılıb ki, bu da əvvəlki illə müqayisədə 874,7 milyon m. və ya 2 faiz çoxdur.
İcmal büdcənin kəsiri 3 milyard 857,8 milyon m. olacağı proqnozlaşdırılır.
2026-cı ildə xam neftin bir barrelinin satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürülməsi nəzərdə tutulur. 2025-ci ildə 70 dollar götürülmüşdü.
İnflyasiya səviyyəsi 4,8 faiz, əvvəlki ildə 5,4 faiz olub.
2026-cı ildə Neft Fondundan transfert çıxıldıqdan sonra büdcə gəlirləri 25 mlrd 774 milyon m. əvvəlki ildə 18 mlrd 990 mil, və ya 0,8 faiz çox.
Büdcə gəlirlərinin 42,6 faizi, və ya 16 mlrd 435 mil neft-qaz sektorunun, 57,4 faizi, 22 mlrd 174 mil m. qeyri-neft sektorunun payına düşür.
2026-cı ildə Dövlət Neft Fondundan 12 835,0 milyon m. transfer olacaq.
2026- cı ildə Dövlət büdcəsinin gəlirlərinin 43,8 faizi və ya 16 910,0 milyon m. İqtisadiyyat nazirliyi yanında Dövlət vergi xidmətinin, 6 862,0 milyon m. və ya 17,8 faizi Gömrük komitəsinin, 1 021,0 milyon m. və ya 2,6 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 981,0 milyon m. və ya 2,6 faizi digər gəlirlərin payına düşür.
İqtisadi fəaliyyət və əsas bölmələrə aid edilməyən xərclər- 1 656,6 milyon m nəzərdə tutulub.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 3 500,0 milyon m nəzərdə tutulub."
Nəsib Məhəməliyev onu da diqqətə çatdırıb ki,
müsbət məqamlardan biri, müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə, prokurorluq orqanlarının saxlanması xərclərinin 8 714,8 milyon manat, əvvəlki ilə nisbətən 3,8 faiz çox nəzərdə tutulmasıdır. Müasir dünyanın reallıqları və regionda baş verən proseslər, hər bir dövlətin qarşısında duran ən mühüm məsələ, milli təhlükəsizlikdir. Beynəlxalq hüquq normalarının işləmədiyi şəraitdə güc faktoru önə çıxır və hər bir vətəndaşımız başa düşür ki, güclü ordu, güclü dövlət deməkdir.
Millət vəkili yeri gəlmişkən hökumət üzvləri qarşısında seçicilər narahat edən bir sıra məqamlara da toxunub:
"Bir millət vəkili olaraq fürsətdən istifdə edərək, təmsil olunduğum Balakən rayonunun seçiciləri tərəfindən qaldırılmış bəzi problemləri diqqətinizə çatdırmağı özümə borc bilirəm.
1. Regionların 2019-2023 illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Balakən rayonu üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrasının başa çatdırılması.
2. Rayon mərkəzindən 18 km aralıda yerləşən və 30 min əhalinin yaşadğı Qabaxçöl qəsəbə xəstəxanasının yenidən tikilməsi. Bu barədə cənab Prezidentin müvafiq göstərişi olmuşdu və aidiyyəti mərkəzi icra orqanları tərəfindən razılıq əldə olunmuşdu. Əgər, yenidən inşası mümkün olmasa, hökumətdən kapital təmir üçün vəsaitin ayrılmasını xahiş edirəm.
3. Balakən dağətəyi rayondur və eko, aqro və digər turizm sahələrinin inkişafı üçün münbit şərait mövcuddur. Bu baxımdan, Katexçay şəlaləsinin turizm marşrutuna daxil edilməsi məqsədə uyğun olardı. Hesab edirəm ki, Milli Qoruqlardan və biosferadan istifadə haqqında qanun qəbul edilməsi, dağətəyi rayonlarda turizmin inkişafına, məşğulluq səviyyəsinin yüksəlməsinə, sosial problemlərin həllinə xidmət edərdi.
4. Rayon ərazisindən axan Dağ çayları sistemində beton-bənd, sahil bərkitmə işlərinin aparılması.
5. İşsizliyin aradan qaldırılması istiqamətində, Özünü məşğulluq proqramlarının genişləndirilməsi."
Nəhayət, deputat paytaxt Bakıda əhalinin haqlı narahatlığına və narazılıgına səbəb olan əsas incə məqamlardan birinə - yerli sakinlərin və əcnəbi qonaqların, turistlərin axın etdiyi zəngin təbiətə və gözəlliyə malik Bakı bulvarındakı ekoloji problemə, hansıki uzun müddətdir ətrafa üfunət qoxusu yayan çirkli yeraltı kanalizasiya suyunun dənizə axıdilması məsələsinə toxundu:
"Bir məsələyə toxunmaq istərdim. Bakı bulvarı hər birimizin qürurla fəxr etdiyimiz, şəhərə gələn bütün qonaqların getdiyi, dünyanın ən gözəl məkanlarından biridir. Əfsuslar olsun ki, bəzi vaxtlar oranın havası, kanalizasiya axıntılarından gələn pis qoxu insanları yumşaq desək, diksindirir. Bu həm də Xəzər dənizinin ekologiyası ilə bağlı məsələdir. Problemin həlli üçün təcili təmizləmə qurğuları tikilməli, şəhər kanalizasiyasının dənizə axıdlmasının qarşısı alınmalıdır."- Nəsib Məhqməliyev səsləndirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Noyabr 2025 07:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see408

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see152

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see151

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see138

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see138

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri