Icma.az
close
up
RU
Paşinyan Ermənistanı kiçiltdi , ölkə qarışdı: daha bir ərazi Azərbaycana qaytarılır?

Paşinyan Ermənistanı kiçiltdi , ölkə qarışdı: daha bir ərazi Azərbaycana qaytarılır?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ermənistanın “Hraparak” nəşri 57 kvadratkilometr ərazinin Azərbaycana veriləcəyini iddia edir. Nəşr yazır ki, Ermənistan ərazisi SSRİ vaxtında 29,800 kvadratkilometr göstərilirdi. Lakin baş nazir Nikol Paşinyan bir müddət öncə bu rəqəmin əslində 29,743 kvadratkilometr olduğunu dedi. Məhz ondan sonra artıq ölkə ərazisinin Paşinyanın açıqladığı rəqəmlə ifadə edilməsinə başlanıldı.

Bundan əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan da ölkəsinin bəzi istiqamətlərdə ümumi sahəsi 110 km² olan Azərbaycan ərazisini öz nəzarətində saxladığını açıqlamışdı. “Hraparak”ın iddiasına görə, baş nazirin qeyd etmədiyi 57 kvadratkilometr ərazinin yaxın gələcəkdə Azərbaycana verilməsi nəzərdə tutulur, bu səbəbdən Ermənistan torpağı kimi təqdim edilmir. Sözügedən ərazisinin Zəngəzur dəhlizini əhatə edəcəyi güman olunur.

Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, demarkasiya məsələsinin həlli üçün müxtəlif xəritələr ortaya atılır:

“Məsələn, Azərbaycan tərəfi daha çox irəli gedərək 1918–1920-ci illər, SSRİ-nin çəkdiyi birinci–ikinci xəritələri və sonda 1970-ci illərin xəritələrini qeyd edirdi. Bütün bu xəritələrdə ərazilər fərqli kvadratlarla göstərilib. Ümumiyyətlə, “Hraparak” nəşri və erməni müxalifəti rəsmi İrəvanın Zəngəzur dəhlizi dediyimiz ərazini Azərbaycana verə biləcəyini düşünür. Bu, hüquqi baxımdan da mümkün variantdır. Çünki SSRİ dönəmində həmin ərazi məhz Azərbaycana aid olub və buradan Ermənistana dəmir yolu xətti fəaliyyət göstərib. Müharibədən sonrakı dövrdə isə sözügedən dəmir yolu tünelləri dağıdılıb. Yəni bu məntiqlə həmin ərazinin bizə geri verilməsi mümkündür.

Lakin Ermənistanın Baş naziri Nikol Paşinyanın buna getməsini mümkün hesab etmirəm. Paşinyan seçkilərdə qələbə qazanaraq belə bir addım ata bilərdi. Amma təəssüf ki, erməni müxalifəti artıq indidən məsələnin üzərinə düşüb. Ona görə də, hazırki məqamda ərazinin təhvili real görünmür.


Səxavət Məmməd

Ümumiyyətlə, tərəflər arasında torpaq mübadiləsi ilə bağlı xeyli problem mövcuddur. Qazaxın üç kəndinin verilməsi, Kərki kəndi və Gədəbəyin Başkənd bölgəsi məsələsi var. Paşinyan da bunu tez-tez dilə gətirir. Erməni politoloqlar qeyd edir ki, Kərki ilə Başkəndi dəyişmək lazımdır.

Düşünürəm ki, sadalanan prosesləri seçkiqabağı mərhələdə tənzimləmək çətindir. Müxalifət isə bunu Paşinyanın əleyhinə çevirmək istəyir. Gələcəkdə məsələ ilə bağlı mübahisəli məqamlar ola bilər.”

Politoloq Zaur Məmmədov bildirib ki, hazırda Ermənistan müxalifəti seçkiöncəsi Paşinyan hakimiyyətinə təzyiqlər etməkdədir:

“Bu kontekstdə şərti sərhədlərdəki ərazilərlə bağlı hakim komandanın davranışlarına diqqət çəkir, ictimai fikri çaşdırmağa çalışırlar. Yaxın 6 ay ərzində Ermənistan daxilində vəziyyət daha da gərginləşəcək və Paşinyana qarşı siyasi, fiziki təqib maksimum olacaq. Ukraynadakı müharibə bitərsə, Qafqazdakı proseslər yeni görkəm ala bilər. Azərbaycan və Ermənistan hakimiyyətləri arasında dialoq davam edir. Bu təmaslar bir neçə istiqamət üzrə davam etdirilir.


Zaur Məmmədov

Sərhədlərin delimitasiya və demarkasiyası prosesi həllini tapmalı olan birinci dərəcəli məsələ deyil. Digər bir sıra mövzuların həlli istiqamətində işlər gedir. Erməni tərəfi bilməlidir ki, yaxın 5 ildə “real Ermənistan” haqqında düşünməli və buna uyğun davranmalıdırlar”.

Turan Rzayev
Globalinfo.az

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri