Yeni Xocavənddə qəza zamanı xəsarət alan taksi sürücüsü ölüb
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Ötən gün Beyləqan rayonu, Yeni Xocavənd qəsəbəsində baş verən qəza zamanı xəsarət alan taksi sürücüsü ölüb.
Moderator.az xəbər verir ki, Sabunçu rayon sakini Quliyev Xəqani Xaləddin oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə ağaca çırpılması nəticəsində sürücü, avtomobildə olan 2009-cu il təvəllüdlü Əliyev Nahid Rüstəm oğlu və 2009-cu il təvəllüdlü Rüstəmzadə Ömər Qədir oğlu müxtəlif dərəcəli xəsarətləri alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Vəziyyəti ağır olan sürücü X.Quliyev paytaxta yerləşən xəstəxanaların birinə aparılarkən həyatını itirib.
Yaralı N.Əliyev Avrasiya Hospitalına göndərilib.
Ö.Rüstəmzadənin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir.
Baxış sayı:153
Bu xəbər 03 Aprel 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















