Icma.az
close
up
RU
Yeni yanaşma əsasında məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə başlanılıb

Yeni yanaşma əsasında məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə başlanılıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 30 oktyabr, AZƏRTAC

Ümumi təhsil sistemində idarəetmənin səmərəliliyini və şəffaflığını artırmaq məqsədilə bu ildən etibarən dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsi yeni yanaşmalar əsasında təşkil olunur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, yeni qaydalar əsasında proses məktəb idarəçiliyində pedaqoji liderlik modelinin formalaşdırılmasına xidmət edir və idarəetmə bacarığı yüksək olan peşəkar müəllimlərin seçilməsini hədəfləyir. Bu çərçivədə sertifikatlaşdırmada, müəllimlərin işə qəbulu imtahanında və ya diaqnostik qiymətləndirmədə yüksək nəticə əldə edən namizədlər arasından seçim aparılacaq. Namizədlərin idarəetmə, liderlik və strateji düşünmə qabiliyyətləri isə müsahibə mərhələsində qiymətləndiriləcək.

Müsabiqə mərhələli şəkildə həyata keçiriləcək ki, bu da daha çox namizədlə keyfiyyətli müsahibələrin aparılmasına və onların peşəkar, həmçinin şəxsi kompetensiyalarının geniş qiymətləndirilməsinə imkan yaradacaq. İlkin mərhələdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri tərəfindən 80-ə yaxın vakant direktor vəzifəsi müəyyənləşdirilib.

Namizədlərə bildiririk ki, bütün vakant yerlər mərhələli qaydada elan ediləcək və müsahibələr ardıcıl şəkildə həyata keçiriləcək.

Direktor vəzifəsinə elektron sənəd qəbulu oktyabrın 30-dan noyabrın 11-dək https://miq.edu.az/direktor portalı vasitəsilə aparılacaq.

Yeni qaydalar məktəb rəhbərliyinə öyrənən və öyrədən liderlərin gətirilməsini, peşəkar müəllimlərin karyera inkişafı üçün real imkanların yaradılmasını, eləcə də şagird nailiyyətlərinə birbaşa təsir edən idarəetmə mühitinin formalaşdırılmasını təmin edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see156

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see137

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri