Icma.az
close
up
RU
Yeni yeraltı xətt Malmö ilə Kopenhageni birləşdirəcək

Yeni yeraltı xətt Malmö ilə Kopenhageni birləşdirəcək

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Stokholm, 22 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçin Malmö şəhərində Malmö ilə Kopenhagen birləşdirəcək yeraltı xətti olan Öresundsmetron layihəsinə hazırlıq çərçivəsində ilk sınaq qazma işlərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, yeni metroda qatarlar hər 90 saniyədən bir hərəkət edəcək və şəhərlər arasında gediş-gəliş vaxtını 40 dəqiqədən 20 dəqiqəyə endirəcək.

Təxminən 60 milyard kron (5,4 milyard dollar) dəyərində olan layihə üzrə on ildən artıqdır ki, iş aparılır. İsveç və Danimarka hökumətlərinin rəsmi qərarının olmamasına baxmayaraq, texniki və geoloji tədqiqatlar fəal şəkildə aparılır.

Malmö rəsmilərinin sözlərinə görə, qazma işləri tikinti başlamazdan əvvəl riskləri və xərcləri qiymətləndirmək üçün lazımdır.

Danimarka tərəfində Kopenhagen səlahiyyətliləri M5 yeni metro xəttinin tikintisini təsdiqləyiblər və o, gələcəkdə Eresunn metrosunun bir hissəsi olacaq.

Siyasətçilər vurğulayırlar ki, bu layihə Kopenhageni Malmö ilə birləşdirən Eresunn körpüsündə tıxacları aradan qaldırmaq üçün lazımdır, çünki burada yük və sərnişin daşımalarının həcmi artır.

Qiymətləndirmələrə görə, metro İsveç ilə Danimarka arasında iqtisadi və sosial əlaqələri gücləndirəcək, bir milyondan çox insan üçün yeni əmək bazarı yaradacaq.

Hər şey plana uyğun gedərsə, xəttin Danimarka hissəsi 2036-cı ilə qədər, İsveç hissəsi isə bir neçə ildən sonra qoşulacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri