Icma.az
close
up
RU
Yenidən dondurulan dondurmalar: Sağlamlığımız risk altında ola bilər

Yenidən dondurulan dondurmalar: Sağlamlığımız risk altında ola bilər

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

İsti keçən günlərdə insanlar sərinləmək üçün daha çox dondurma yeməyə üstünlük verirlər. Demək olar ki, hər bir evin soyuducusunda çeşid-çeşid dondurma olur.

Lakin hər məhsul kimi dondurma seçimi edərkən də diqqəti əldən verməməliyik.

Bəs, dondurma alarkən nəyə diqqət edək?

Eyyub Hüseynov: Dondurmanın istehsalında kərə yağı əvəzinə bitki yağından istifadə oluna bilir

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, dondurmanın hazırlanmasında yağlılıq dərəcəsini təmin etmək üçün kərə yağı istifadə olunmalıdır.

E.Hüseynovun sözlərinə görə, istehlakçılar tez-tez dondurmanı dil üzərinə qoyduqda boğazda acılıq verməsi ilə bağlı şikayət edirlər. Ekspert qeyd edib ki, bu, dondurmanın istehsalında kərə yağı əvəzinə bitki yağından istifadə olunmasının göstəricisidir.

Müsahibimiz dondurma alarkən istehlakçıların diqqətli olmalarının vacibliyini vurğulayıb. Dediyinə görə, dondurmanın buraxılma və son istifadə tarixinə mütləq baxmaq lazımdır:

“Vətəndaşlar iki məhsul arasında seçim edərkən, istehsal tarixindən son istifadə tarixinə qədər olan müddət daha az olan dondurmalara üstünlük versinlər”.

AİB sədri bundan əlavə nəzərə çatdırıb ki, qablaşdırması əzilmiş, bükülmüş və ya forması pozulmuş dondurmaları almaqdan çəkinmək lazımdır:

“Bu, həmin məhsulun bir dəfə əridilib, sonra yenidən dondurulduğuna işarədir ki, bu isə həm dad keyfiyyətini, həm də sağlamlıq üçün təhlükəsizliyini azaldır”.

Asim Vəliyev: Dondurma düzgün saxlanılmadıqda mikroorqanizmlər aktivləşir və qida zəhərlənməsinə səbəb olur

Qida eksperti Asim Vəliyev Bakıvaxtı.az-a bildirib ki, qış aylarında da bir çox marketlərdə dondurma görmək mümkündür və bu, normal haldır. Onun sözlərinə görə, burada ən vacib olan məsələ dondurmanın necə və hansı şəraitdə saxlanıldığına diqqət etməkdir.

A.Vəliyev qeyd edib ki, dondurmanın saxlama temperaturu daim -18°C və ya daha aşağı olmalıdır və əgər bu temperaturda saxlanılıbsa, soyuq qida zəncirində heç bir pozulma baş verməyibsə, qışdan qalmış dondurmanı yayda almağın heç bir qorxusu yoxdur:

“Amma problem o zaman yaranır ki, bu dondurmalar düzgün şəraitdə saxlanılmasın. Məsələn, elektrik kəsilməsi, soyuducunun açılıb-bağlanması və ya məhsulun marketdəki yerinin tez-tez dəyişilməsi nəticəsində dondurma ərimiş və yenidən donmuş ola bilər. Bu, həm dondurmanın dadını pozur, həm də sağlamlıq üçün risk yarada bilər”.

Ekspert bildirib ki, qondurma alarkən qabının zədəli olmamasına diqqət edilməlidir. Müsahibimiz əlavə edib ki, əgər zədəlidirsə, şişibsə və ya üstündə buz kristalları varsa, demək məhsul bir dəfə əriyib və sonra təkrar donub. Belə məhsulu isə almaq məsləhət deyil.

A.Vəliyev onu da nəzərə çatdırıb ki, dondurmanın paketinin üzrəindəki tarixinə baxmaq vacibdir:

“Bəzən uzunmüddətli saxlama müddəti olsa da, köhnə məhsulun keyfiyyəti aşağı düşə bilər. Dondurmalar xüsusi dondurucu vitrinlərdə saxlanmalıdır. Əgər vitrinin qapağı tez-tez açılırsa, içəridəki temperatur sabit qalmaya bilər”.

Ekspert onu da vurğulayıb ki, dondurma süd məhsuludur və tərkibində mikroorqanizmlərin inkişafı üçün əlverişli mühit var. Onun bildirdiyinə görə, düzgün saxlanılmadıqda bu mikroorqanizmlər aktivləşir və qida zəhərlənməsinə səbəb ola bilər:

“Əgər dondurma aldıqdan sonra dadı qəribədirsə, teksturası buzludur və ya qoxusu fərqlidirsə, yemək risklidir”.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə bildirir ki, havaların isinməsi ilə marketlərlə yanaşı, parklarda, yol qıraqlarında dondurma satışı ilə məşğul olanlara rast gəlinir. Qeyd edilib ki, dondurma alarkən mütləq şəkildə qablaşdırmanın üzərində olan etiket məlumatlarını oxumaq lazımdır. Məhsulun istehsal tarixi, yaralılıq müddəti, qida dəyəri göstəriciləri, xüsusilə yağ tərkibi diqqətə alınmalıdır:

"Küçə və parklarda açıq şəraitdə gilizlərdə - qablaşdırılmamış silindr qablarda satılan dondurmaları alarkən məhsulun saxlanma şəraitinə xüsusi diqqət etmək lazımdır. Qeyri-sanitar şəraitdə satılan dondurmalar asanlıqla təhlükəli məhsula çevrilə bilər. Bu cür dondurmaların istehlakı insanlarda qida zəhərlənmələrinə, bağırsaq çöplərinin yaranmasına və digər xəstəliklərə yola aça bilər".

Qurumdan bildirilib ki, dondurmaların digər qida məhsulları ilə bir yerdə saxlanılması tövsiyə edilmir. Çünki digər qidalarla eyni soyuducuda saxlanılması məhsulun orqanoleptik göstəricilərinə (iyi, dadı), keyfiyyətinə təsir etməklə yanaşı, onun tərkibində mikroorqanizmlərin inkişafına da səbəb olur. Diqqətə çatdırılıb ki, dondurma istehsalında xammal olaraq istifadə olunan süd mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitdir və buna görə də dondurma pasterizasiya olunmuş süddən hazırlanmalı və istehsal olunduqdan sonra soyuq zəncir prinsipinə uyğun olaraq saxlanılmalı və daşınmalıdır. Dondurma homogen şəkildə olmalıdır:

"Əgər dondurmanın tamlığı pozularsa və ya istehlak edərkən içərisində buz kristalları müşahidə olunarsa, bu, dondurmanın donunun açıldıqdan sonra təkrar dondurulduğunu göstərir. Həmin məhsulların istehsal tarixi bitməsə belə, istehlakı tövsiyə edilmir. Saxlanma temperaturunun sabitliyi dondurmanın keyfiyyətini təmin edən əsas səbəblərdəndir. Saxlanma temperaturuna riayət etmədikdə bu məhsullarda mikrobioloji proseslər başlayır ki, bu da insan orqanizmi üçün təhlükələrə səbəb olur".

Agentlikdən o da vurğulanıb ki, mədə-bağırsaq sistemi həssas olan, mədə xorası və xroniki qastrit, diabet xəstəliyi, qaraciyər problemi olan insanlar dondurma istehlak edərkən diqqətli olmalıdırlar. Sutka ərzində 300-400 qramdan çox dondurma yemək tövsiyə olunmur. İzah edilib ki, normadan artıq istehlak yuxarı tənəffüs yollarının iltihabına, piylənməyə, qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.

"Bütün sadalananlarla yanaşı, dondurmanın insan orqanizmi üçün bir çox faydası var. Dondurma yüksək qidalılıq dəyərinə malik, orqanizm tərəfindən asan həzm olunan qida məhsuludur. Onun tərkibi orqanizm üçün faydalı olan süd yağları, proteinlər, karbohidratlar, mineral maddələr, vitaminlər və sair ilə zəngindir. Süd tərkibli olduğundan tərkibində kalsiumun miqdarı yüksəkdir ki, bu da sümüklərin möhkəmləndirilməsi üçün faydalıdır. Keyfiyyətli dondurma istehlakı orqanizmdə sevinc hormonu kimi tanınan serotoninin artmasına səbəb olur.

Dondurma təzə qaymaq dadı verməlidir. Hazırlanma texnologiyasında dondurmanın yağlılığını artırmaq üçün standartlara uyğun olaraq yalnız kərə yağından istifadə olunmalıdır. İstehlak zamanı dondurmanın boğazda acı dad verməsi tərkibinə marqarin və ya bitki mənşəli yağların qatıldığını göstərir. Dondurma məhsulunun keyfiyyəti onun tərkibindən və saxlanma şəraitindən asılıdır",- deyə qurumun məlumatında bildirilib.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 İyun 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri