Icma.az
close
up
RU
“Yenidən İrana zərbələr vurmağa hazırıq”

“Yenidən İrana zərbələr vurmağa hazırıq”

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İranın regionda öz şərtlərini diktə etmək cəhdləri uğursuzluğa məhkumdur və İsrail bu rejimə qarşı daha sarsıdıcı və ağır zərbə planlaşdırıb”.

“Qafqazinfo” “The Times of Israel”ə istinadla xəbər verir ki, bu sözləri İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir deyib.

İran və “Hizbullah” qruplaşmasına qarşı hərbi əməliyyatların növbəti mərhələsinə toxunan Baş Qərargah rəisi İsrail ordusunun hər an döyüşə hazır olduğunu vurğulayıb:

“İranın regionda qüvvələr nisbətini öz xeyrinə dəyişmək və yeni reallıq diktə etmək cəhdləri iflasa uğrayacaq. Biz “Hizbullah” terror təşkilatına daha ağır zərbələr vurmağa və şimal bölgələrimizin təhlükəsizliyini təmin etməyə davam edəcəyik. İsrail ordusu İranda hərbi əməliyyatları yenidən başlatmaq üçün tam və dərhal döyüş hazırlığı vəziyyətindədir”.

General-leytenant İsrail və İran arasında bu günlərdə baş verən birbaşa hərbi toqquşmaları və raket mübadiləsini də dəyərləndirib:

“Son qarşıdurma zamanı həm müdafiə (HHM), həm də hücum sistemlərimiz maksimum hazırlıq vəziyyətində idi. Bizə qarşı yönələn bütün təhdidləri havada zərərsizləşdirdik, dərhal və güclü şəkildə İrana cavab zərbələri endirdik. Lakin hər kəs bilsin ki, bizim İranda həyata keçirdiyimiz son əməliyyat sadəcə daha böyük, daha sarsıdıcı və ağır zərbə üçün bir hazırlıq xarakteri daşıyırdı. Biz yenidən hərəkətə keçməyə və İranın daxilinə daha sarsıdıcı zərbələr vurmağa tam hazırıq”.

Qeyd edək ki, İsrail mətbuatında yayılan məlumatlara görə, Baş nazir Benyamin Netanyahu, əslində, İranın içərilərinə doğru daha dərin və dağıdıcı zərbələr endirilməsi planını təsdiqləsə də, son anda ABŞ Prezidenti Donald Trampın güclü təzyiqi və diplomatik müdaxiləsi nəticəsində bu qərarı müvəqqəti olaraq təxirə salıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 İyun 2026 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri