Icma.az
close
up
RU
Yenidən nəzərlər İstanbulda Rusiya Ukrayna münaqişəsinin tənzimlənməsində razılıq əldə olunacaqmı?

Yenidən nəzərlər İstanbulda Rusiya Ukrayna münaqişəsinin tənzimlənməsində razılıq əldə olunacaqmı?

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kiyev, 12 may, AZƏRTAC

Artıq dördüncü ilinə qədəm qoyan Rusiya-Ukrayna münaqişəsinin həlli üçün dünya liderləri prosesə fəal şəkildə qoşulublar. Almaniyanın yeni kansleri Fridrix Mertz, Fransa Prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Tusk və Böyük Britaniyanın Baş naziri Kir Starmer danışıqlar üçün mayın 11-də Kiyevə gəliblər. Aparılan müzakirələrdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderləri ilə birlikdə Ağ Evin rəhbəri Donald Trampa zəng edərək, Ukrayna və müttəfiqlərinin 12 maydan etibarən quruda, havada və dənizdə ən azı 30 gün müddətində tam və qeyd-şərtsiz atəşkəsə hazır olduqlarını bəyan edib.

Bunun ardınca Rusiya Prezidenti Vladimir Putin də Kiyevlə danışıqları bərpa etmək istədiyini açıqlayıb və Türkiyənin icazəsi ilə görüş məkanı kimi İstanbulu təklif edib. Uzun çək-çevirdən sonra nəhayət Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi üçün əlverişli şərait yaranıb. Hər iki ölkənin prezidentinin birbaşa görüş ehtimalı gündəmə gəlib və indi bütün diqqətlər 3 gündən sonra İstanbula yönəlib. Görəsən, bu dəfə Rusiya və Ukrayna arasında uzunmüddətli və davamlı atəşkəs əldə olunacaqmı?

Ukraynalı siyasi ekspert Aleksandr Kovalenko AZƏRTAC-a açıqlamasında bildirib ki, Ukrayna heç vaxt Rusiya ilə müharibənin tənzimlənməsi üçün diplomatik, beynəlxalq normalara uyğun danışıqlardan imtina etməyib. “Ukrayna Rusiya ilə istər birbaşa, istərsə müxtəlif formatlarda danışıqlara hazır olduğunu açıq bəyan edib. Sözsüz ki, bu, Ukraynanın sülhpərvər mövqeyini bir daha nümayiş etdirir. Ancaq öz növbəsində Rusiya da sülhə hazır olduğunu nümayiş etdirməlidir. Ukrayna Prezidenti Volodimir Zelenski, Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak bir daha bəyan etdilər ki, yalnız tam atəşkəsdən sonra danışıqlardan söhbət gedə bilər. Rusiya tam atəşkəsin əldə olunması üçün hər hansı mövqe göstərmir. Rusiya Pasxa, Qələbə Günü atəşkəsini elan etdi. Lakin atəşkəs olmadı, cəbhədə döyüşlər davam etdi. Hətta mayın əvvəllərində hücum statistikası adi vaxtlarındakından daha çox oldu. Ona görə də ən təhlükəli məqam odur ki, Rusiya vəd etdiyi sözünə əməl etmir. Bunu Vaşinqtonda, Ağ Evdə yaxşı anlayırlar”, - deyə ukraynalı ekspert əlavə edib.

Aleksandr Kovalenko hesab edir ki, ona görə də Tramp Administrasiyası üzərinə götürdüyü sülh missiyasının ağırlığını başa düşür və məsuliyyəti digər ölkələrin üzərinə də qoymaq istəyir. İndi problem küncə dirənib. Ağ Ev indi problemin tezliklə həllini görmür.

“Ağ Ev danışıqların həllini digər ölkədə, Türkiyədə görür. Bu, o Türkiyədir ki, hələ 2022-ci ildə münaqişənin həlli və danışıqların aparılması üçün öz platformasını təqdim etmişdi. Türkiyə 2023, 2024-cü illərdə və bu il də danışıqlar üçün öz vasitəçiliyini, platformasını təklif edib. Bu, Putin üçün həqiqi ədalətli sülhün əldə edilməsi üçün daha bir şansdır. Ukrayna heç zaman əsas iki şərt olmadan danışıqlara getməyəcək. Bunlardan biri tam atəşkəsin əldə edilməsi, ikincisi isə Ukraynanın milli maraqlarıdır. Bu iki şərt olmasa, hər hansı sülhün əldə edilməsindən söhbət gedə bilməz”, - deyə ukraynalı ekspert bildirib.

Onu da qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini mayın 15-də Türkiyədə şəxsən gözləyəcəyini bildirib. “Biz atəşkəs gözləyirik - tam və uzunmüddətli, diplomatiya üçün lazımi baza təmin edəcək atəşkəs. Qətlləri uzatmağın mənası yoxdur. Mən Putini şəxsən cümə axşamı Türkiyədə gözləyəcəm”, - deyə Zelenski bildirib.

Qarşıdakı cümə axşamının müharibənin gedişatında sülhə doğru dönüş tarixi olacağını isə bütün dünya ümidlə gözləyir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri