Icma.az
close
up
RU
Yenilənmiş inflyasiya proqnozları nə vəd edir?

Yenilənmiş inflyasiya proqnozları nə vəd edir?

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hökumət 2025-ci ildə də anti-inflyasiya tədbirlərini nəzarətdə saxlayacaq

Mərkəzi Bank (MB) yenilənmiş inflyasiya proqnozlarını açıqlayıb. Yeni gözləntilərə əsasən, 2024-cü və 2025-ci ildə illik inflyasiyanın hədəf diapazonu daxilində (4±2%) qalacaq. Cari il üzrə qiymət indeksi gözləntiləri ilin əvvəlində fərz edilmiş çərçivəyə uyğundur, sabit inflyasiya dəhlizi müşayiət edilib. 2024-cü ilin oktyabr proqnozu 5,1 faiz təşkil edib ki, bu da əvvəlki illə müqayisədə azalma deməkdir. Ümumilikdə, 2024-cü ilə dair illik inflyasiya proqnozunun strukturunda tənzimlənən qiymətlər 0,6 faiz bənd, dövlət istehlakı 0,42 faiz bənd, ev təsərrüfatlarının istehlakı 0,96 faiz bəndi, kənd təsərrüfatı istehsalçı qiymətləri 2,25 faiz bənd, ticarət tərəfdaşları üzrə 3,82 faiz bəndi artırıcı təsir göstərəcək. Bu isə orta illik 5 faiz çərçivəyə uyğun hesab edilir.

MB 2025-ci ilə inflyasiyanın oktyabr proqnozu 5,8 faiz təşkil edir. Növbəti ildə ehtimal edilən illik inflyasiyaya dövlət istehlakı 0,41 faiz bənd, ev təsərrüfatlarının istehlakı 1,6 faiz bənd, kənd təsərrüfatı istehsalçı qiymətləri 3,33 faiz bəndi, ticarət tərəfdaşları üzrə inflyasiya isə 2,42 faiz bənd artırıcı təsir göstərəcək. Nəticədə gələn il istehlak qiymətləri indeksi cari ildəki rəqəmlərlə təxmini eyniyyət təşkil edəcək.

Dünyada baş verən geosiyasi və iqtisadi proseslər qiymətlərə təsir edir

İnflyasiya proqnozları ilə bağlı fərz edilən dəhliz bir sıra xarici və daxili inflyasiya amillərinin dəyişimindən asılı olaraq formalaşır ki, burada əsas amillər kimi manatın nominal effektiv məzənnəsi, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin tarifləri rol oynayır. Qiymət indeksində başlıca risk balansı isə tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyindən asılıdır. Aparıcı iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması qlobal inflyasiyanı azaldacaq amillərdən biridir. İnflyasiyanı artıra biləcək başlıca daxili risk isə yerli xərc amilləri, eləcə də məcmu tələbin izafi artımı ilə əlaqədardır. Bu səbəbdən ortamüddətli dövrdə büdcə xərclərinin genişlənməsi və kredit aktivliyinin artması inflyasiyaya təsirlərini artıra bilər. Eyni zamanda, iqlim dəyişiklikləri və istehsal xərclərinin artımı kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi vasitəsilə inflyasiyaya təsir edə bilər.

İnflyasiya gözləntiləri sırasında xidmət sektorundakı qiymət dalğalanmaları da təsiredici rol oynayır. Real sektorun monitorinqinin nəticələrinə əsasən, cari ilin ötən dövrü ərzində sahələr üzrə ən yüksək qiymət artımı gözləntisi də məhz xidmət sektorunda qeydə alınıb. Ona görə də, növbəti aylarda xidmət sferasının tarazılıq əmsalı qiymət indeksində yenə də təsiredici funksiyasını davam etdirə bilər. Digər sektorlardan tikinti və ticarət üzrə gözləntilər də son 2 ayda mənfi zonada qalmaqda davam edib. Qeyri-neft sənaye sektorunda il ərzində dəyişkənlik müşahidə edilib və gözləntilərdə mənfi zonadan müsbət zonaya keçid alıb.

İnflyasiya portfelində ən fundamental amillərdən biri olan xarici mühitin təsiri də qalmaqdadır. Belə ki, xarici mühitin yüksək həssaslığı, dünyada geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi, beynəlxalq logistika zəncirlərinin qeyri-ahəngdarlığı, bir çox ölkələrdə inflyasiyanın hədəf səviyyələrindən yuxarıda dövr etməsi yenə də müşayiət edilir. Rusiya-Ukrayna müharibəsinin yaratdığı şoklar, yaxın Şərqdə baş verən münaqişələr çox güman ki, hələ bir müddət davam edəcək, nəticədə bu hallar qlobal bazarlara mənfi təsirlərini göstərəcək və qiymət dalğalanmaları gözləniləndir.

Monetar və fiskal siyasət sıx koordinasiya olunacaq

Bütün bu amilləri ümumi təsnifləşdirdikdə, 2025-ci ildə daxili və xarici bazarlarda baş verəcək dəyişikliklərdən asılı olaraq istehlak qiymətləri dəhlizinin formalaşacağı istisna deyil. Bu baxımdan inflyasiyanın azalacağına arxayın olub prosesi nəzarətsiz buraxmaq qeyri-mümkündür. MB öz mandatına uyğun olaraq zəruri nəzarət alətlərini davam etdirəcək. Nazirlər Kabinetinin 15 iyul 2023-cü il tarixli sərəncamı 2025-ci ildə də əsas yol xəritəsi kimi diqqətdə saxlanılacaq. Həmin sənədə əsasən, ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlanılması və bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi tədbirləri növbəti il üçün də aktualdır. Nəzərə alsaq ki, gələn il büdcə xərclərinin irihəcmli artımları da nəzərdə tutulub və bu, inflyasiya təzyiqlərini yüksəldə bilər. Ona görə də hökumət bu riskləri də nəzərə alaraq xərclərdə maksimum ehtiyatlı davranaraq izafi xərclər və pul kütləsi yaranmasının qarşısını almağa çalışacaq. Ələxsus da monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində görülmüş səmərəverici tədbirlər yenə də əsas çağırış kimi iqtisadi blokun masasında qalacaq.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Dekabr 2024 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri