Icma.az
close
up
RU
Yenitikililərin həllini tapmayan problemi: Cərimələr tətbiq edilməlidir

Yenitikililərin həllini tapmayan problemi: Cərimələr tətbiq edilməlidir

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ali Məhkəmənin Mülki kollegiyası çoxmənzilli yaşayış binalarında liftdən istifadəyə məhdudiyyətin tətbiq olunması qaydalarına dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Məlumata əsasən, məhkəmə mübahisəsi cavabdeh MMC ilə çoxmənzilli yaşayış binasının sakinləri arasında bağlanmış xidmət müqavilələrindən irəli gəlib. Həmin müqavilələrə görə, MMC binanın idarə olunması, istismarı və sakinlərə kommunal xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb. Sakinlərdən bir neçəsi xidmət haqqını ödəməməsi səbəbilə MMC tərəfindən liftdən istifadə kartlarının deaktiv olunmasının qadağan edilməsi barədə iddia qaldırıb. Ali Məhkəmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olub ki, liftlər bina sakinlərinin ümumi paylı mülkiyyətində olmaqla, bina sakinlərinin ümumi yığıncağının qərarı ilə və ya tərəflər arasında bağlanmış müqavilə ilə məhdudiyyətlərə məruz qala bilər.

Beləliklə, Ali Məhkəmə liftdən istifadənin fundamental bir hüquq olduğunu təsdiqləyib və bunun yalnız kollektiv razılıq və ya müqavilə ilə məhdudlaşdırıla biləcəyini açıq şəkildə bəyan edib. Yeni tikililərdə yığım məsələsi aktual problemlərdəndir. Sakinlərin bir qismi xidmət haqlarının ödənilməsindən yayınır, üstəlik onlara qarşı təzyiq metodları da yoxdur. Bəs yeni tikililərin bu problemi necə həll olmalıdır?

Əmlak eksperti Firdovsi Xəlilov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, bu, çox ağrılı və ciddi problemlərdən biridir: "Təəssüf ki, müvafiq dövlət orqanlarının bu məsələlərin həllində nəinki maraqlı olduqları görünmür, hətta bu barədə düşünmədikləri belə hiss olunur. Gəlin, problemin miqyasını daha aydın göstərmək üçün konkret bir misalla yanaşaq. Tutaq ki, 12 mərtəbəli bir binamız var. Hər mərtəbədə bir blokda dörd mənzil yerləşir və hər biri 80 kvadratmetrdir. Bu zaman ümumilikdə 3840 kvadratmetr yaşayış sahəsi əldə edirik. Əgər kvadratmetrə görə aylıq ödəniş 40 qəpikdir və bu binada yaşayan sakinlər vaxtında ödəniş edir, bu halda ideal yığım cəmi 1536 manat təşkil edir. Binada dörd blok varsa, ən azı iki nəfər təmizlikçi çalışmalıdır. Onların maaşı və DSMF ödənişləri ilə birlikdə bu, təxminən 1000 manata yaxın edir. Üstəlik, bir komendantın maaşı da təxminən 800 manatdır. Liftlər elektrik enerjisi ilə işləyir, nasazlıqlar istisna olunmur. Binada su təzyiqli gəlməsi üçün çənlər, nasoslar istifadə olunur ki, bu da əlavə elektrik xərcləridir. Beləliklə, hətta bütün sakinlər ödəniş etsə belə, toplanan məbləğ bəzən sadəcə minimal xərcləri qarşılayır. Əksər hallarda ödənişlər ya gecikir, ya da ümumiyyətlə həyata keçirilmir. Bu isə idarəedici təşkilatları çıxılmaz vəziyyətdə qoyur”.

Problemdən çıxış yoluna gəldikdə isə, əmlak eksperti bildirir ki, məbləğlərin ödənilməsi məcburi olmalı, cərimələr tətbiq edilməlidir: "Qiymətləndirmə institutlarının iştirakı ilə rəsmi mexanizm yaradılmalıdır. Məsələn, Qiymətləndiricilər Assosiasiyasının ekspertləri konkret bina üzrə blokların amortizasiya və aylıq xidmət xərclərini hesablayaraq vahid ödəniş modeli təklif edə bilərlər. Bu model Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənərsə, həmin məbləğlər rəsmi şəkildə tətbiq olunmalı və ödənilməsi məcburi olmalıdır. Burada məsələ yalnız vətəndaşların məsuliyyətsizliyində deyil, eyni zamanda idarəedicilərin də şəffaf və effektiv işləməməsindədir. Yəni necə ki, dövlət qurumlarına ödənişlər (vergi, elektrik, su, cərimə və s.) gecikdirildikdə vətəndaş dəbbə pulu və əlavə məsuliyyət daşıyır, eyni qayda bu sahəyə də şamil olunmalıdır. Ödənişdən yayınanlara qarşı hüquqi tədbir görülməsi üçün qanuni əsas yaradılmalı, idarəedicilər də öz növbəsində keyfiyyətli və şəffaf xidmətə görə məsuliyyət daşımalıdırlar. Təcrübədə sakinlərin öz aralarında qurduğu idarəetmələr də uğursuz nəticələnir. Xərclər çox yüksəkdir. Məsələn, liftin bir platasının dəyişdirilməsi 1000-1500 manat, elektrik sistemlərinin saxlanması, təmizlik, lampaların dəyişdirilməsi və digər xərclər ayda ciddi vəsait tələb edir”.

İnşaat eksperti Elnur Azadov isə deyir ki, əksər hallarda vətəndaş narazı olduğu üçün xidməthaqqını ödəmir: "Ədalətli yanaşma ilə baxdıqda, aydın olur ki, sakinlərin xidmət haqqı ödəməməsinin səbəbləri sadəcə məsuliyyətsizlik deyil. Əksinə, bu narazılığın kökündə idarəetmədəki özbaşınalıq, xüsusilə komendant rüsumları və xidmətlərin qeyri-şəffaf təqdimatı dayanır. Ölkədə çoxmənzilli binaların böyük əksəriyyətində bu cür idarəetmə özbaşınalığı müşahidə olunur. Vətəndaşların əksəriyyəti yalnız idarəetmədən məmnun olduqları halda ödəniş edirlər. Amma xidmətlər qeyri-peşəkar şəkildə həyata keçirilirsə, xidməthaqqından imtina edirlər”. 

Həmsöhbətimiz bildirir ki, hazırda əhalinin təxminən, 10 faizə yaxını çoxmənzilli binalarda xidməthaqları ilə bağlı ciddi problemlərlə üzləşir. Mütəxəssis düşünür ki, problemin həll yolu ictimai maarifləndirmədən keçir: "Yaşayış komplekslərində mülkiyyətçilər tərəfindən mütləq qaydada müştərək cəmiyyətlər yaradılmalıdır. Bu cəmiyyətlər üç idarəetmə formasından birini seçməklə öz binalarını qanuni və şəffaf şəkildə idarə edə bilərlər. Təəssüflər olsun ki, əhalinin böyük bir qismi bu mexanizmdən xəbərsizdir. Bəziləri elə düşünür ki, bir dəfə seçilən sədr artıq daimi və dəyişməz şəxsdir. Halbuki qanunla istənilən vaxt ümumi yığıncaq çağırmaq, sədrdən hesabat tələb etmək və ya onu dəyişdirmək mümkündür. Bu sahədə real dəyişiklik üçün texnoloji yanaşmaya ehtiyac var. Ölkədə vahid rəqəmsal platforma yaradılmalı, burada dövlət nəzarət mexanizmi tətbiq edilməlidir. Vətəndaşlar ASAN Xidmət və ya rəqəmsal imza vasitəsilə həmin platformaya daxil olaraq öz binaları ilə bağlı səsvermə hüququ əldə etməlidirlər. Bu platforma çoxmənzilli binaların idarə olunmasında şəffaflığı və hesabatlılığı təmin etməklə yanaşı, idarəedicilər və sakinlər arasında qarşılıqlı etimadı da gücləndirəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Sentyabr 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see204

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see199

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see195

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see187

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see179

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see179

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see168

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see140

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see137

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see136

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see135

Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto

03 Noyabr 2025 08:32see134

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see132

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see132

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see130

İsraildən Türkiyə etirafı: Toz halına saldılar

03 Noyabr 2025 10:47see130

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see127

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see124

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see124

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri