Icma.az
close
up
RU
Yeniyetməlik böhranı: Müstəqillik istəyi necə idarə edilməlidir?

Yeniyetməlik böhranı: Müstəqillik istəyi necə idarə edilməlidir?

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Yeniyetməlik dövrünün əsas cəhətlərindən biri də müstəqilliyə can atmalardır".

Moderator.az xəbər verir ki, bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" efirində klinik uşaq psixoloqu Elnarə Baxışlı açıqlayıb.

Onun sözlərinə görə, bu müstəqillik anlayışı onlar üçün subyektivdir:

"Müstəqil olmaq valideynlərin nəzarət və qadağalarından azad olmaqdır, böyüklərin həyat tərzinə can atmaqdır: pul qazanmaq, istədiklərini ala bilmək, maşın sürmək, evə gec gəlmək və s. Məhrum olduğunu düşündüyü həyat tərzini yaşamaq istəyidir: içki içmək, siqaret çəkmək, dostları ilə bütün gecə şəhərdə gəzmək və s. Problemli ailələrdə müstəqilliyə can atmanın ən əsas səbəbləri pul qazanmaqla ailədən uzaqlaşa bilmək istəyidir. Həmçinin sevdiyi şəxslə sərbəst görüşmək istəyi ola bilər. Universitetə daxil olmaq həvəsi çox zaman bu istəklərin gizli forması olur".

Klinik uşaq psixoloqu qeyd edib ki, valideynlər bu yaş dövründə azadlığın bir məsuliyyət olduğunu təlqin etməlidirlər:

"Məsuliyyət, cavabdehlik, intizam uşaqlarda tədricən şəxsi nümunə əsasında və həyat təcrübəsi ilə formalaşmalıdır. Bunu ilk 8-9 yaşlarında özünəqulluq bacarıqları əsasında alışdırmaq lazımdır. Uşağın gücü yetdiyi kiçik, zaman alacaq ev işlərinə cəlb edilməsi vacibdir. Uşaq böyüdükcə bu zaman müddəti və işin gücü artırıla bilər. Həmçinin, özü ilə bağlı öhdəlikləri: çantasını toplamaq, ev tapşırıqlarını yerinə yetirmək, kiçik bacı qardaşına kömək etmək və s. Müstəqilliyin özü ilə bağlı qərarların verilməsi vacibdir: hansı ixtisası bəyənməlidir, geyim tərzini seçməlidir, otağının mebelin seçə bilməlidir. Dostların seçimində, səhv edən insanları tənqid edərkən, müəllimləri tərəfindən özü tənqid edilərkən azad və cəsarətli olmağa çalışan yeniyetmə çətinliklər yaşaya bilər".

E.Baxışlı bildirib ki, valideyn bilməlidir ki, səhv edən övladı acıq vermək, istehza etmək, əzmək və eqolarını üstələmək üçün vasitə deyil:

"Səhv edən övlad valideynin yeni və fərqli variantıdır. Onu qaldırmaq və ona dəstək olmaq lazımdır, ona həyatı tam öyrətmək mümkün deyil. Onu bütün həyat çətinliklərindən azad etmək də mümkün deyil. Amma uşağa hər yıxıldığında təkrar qalxa bilmək bacarığını öyrətmək olar. Səhvini qəbul etməyi, üzr istəməyi, gərəkirsə, bağışlamağı öyrənməlidir. Öz nümunəniz ilə özəlliklə".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Yanvar 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri