Icma.az
close
up
RU
Yenl həbsdən çıxan Qafar Dəmirçiyə qarşı iddia qaldırılıb

Yenl həbsdən çıxan Qafar Dəmirçiyə qarşı iddia qaldırılıb

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

“AQA Şirkətlər Qrupu” QSC və Dəmirçi Qafar Aydın oğlu barəsində qaldırılan məhkəmə iddiası ilə əlaqədar olaraq bu gün Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə hazırlıq iclası keçirilib.

Mia.az Yeniavaz.com-a istinadla xəbər verir ki, “AQA Şirkətlər Qrupu” və Qafar Dəmirçi barəsində məhkəmə iddiası Məmmədova Ulduz Mənsur qızı ilə Sadıqov Rəşad Nizami oğlu tərəfindən qaldırılıb.

Məhkəmə iddiasının müəssisənin təsis sənədlərinin etibarsız hesab edilməsi barədə mübahisələrlə bağlı olduğu bildirilir.

Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan Qafar Dəmirçi “AQA Şirkətlər Qrupu” QSC-nin vitse prezidentidir. O, bu yaxınlarda Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunaraq həbs edilib. Daha sonra 8 milyon manat dəyərində dəymiş ziyanı ödədiyi üçün həbsdən azad olunub.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2 000 manat olan “AQA Şirkətlər Qrupu” QSC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. “AQA Şirkətlər Qrupu”nun təsisçisi tanınmış iş adamı Aydın Dəmirçidir. Əsasən iş mərkəzlərinin (Plazalar) sahibi kimi tanınıb. Hazırda “AQA Şirkətlər Qrupu”na bağlı olan iş mərkəzləri arasında “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Caspian Business Center”, “Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və “Caspian Plaza” (3 korpusdan ibarət) yer alır. Bunlardan başqa “AGA Qroup” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”), kənd təsərrüfatı (“AGA Agro”, "Monte Ferro"), İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və otelçilik (“Da Vinci” və “Caspian Palace” otelləri) sahələrində də fəaliyyət göstərir.

Aydın Dəmirçinin oğlu olan Qafar Dəmirçi 1986-cı ildə anadan olub. London Universitet Kollecinin İqtisadiyyat fakültəsini bitirib. 2008-ci ildən İT sahəsində fəaliyyət göstərir. 2014-cü ildən etibarən “AGA Group” şirkətində vitse-prezident vəzifəsində çalışır. Qafar Dəmirçi eyni zamanda iqtisadiyyat mövzusunda video-dərslər çəkərək “Yotube” sosial şəbəkəsində paylaşır.

Qafar Dəmirçi həmçinin triatlon idman növü ilə məşğul olur. O, gənc idmançılarla birgə “Baku Tri Klub”u yaradıb. Bu vaxta qədər Qafar Dəmirçi 7 qitə olmaqla 16 dəfə marafonda iştirak edib. Aydın Dəmirçi də triatlon üzrə beynəlxalq yarışlarda iştirak edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://mia.az
archiveBu xəbər 23 Dekabr 2024 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri