Icma.az
close
up
RU
Yer kürəsini sirli bir peyk müşahidə edir

Yer kürəsini sirli bir peyk müşahidə edir

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Alimlər kosmosda on illərdir Yer kürəsini səssizcə izləyən kiçik bir kosmik qaya kəşf ediblər. Tədqiqatçılar onu kvazipeyk kimi təsnif edirlər.
Reyting.az
“Daily Galaxy”yə istinadla xəbər verir ki, PN7 adlandırılan bu sirli obyekt 1960-cı illərdən bəri planetimizin yaxınlığında dövr edir. Onun mövcudluğu Yer kürəsinin əslində neçə peyki ola biləcəyi ilə bağlı təsəvvürümüzü çətinləşdirir.
PN7-nin kəşfi Yer kürəsinin “kölgə peykləri”nin - Günəş ətrafında orbitimizi paylaşan kosmik “avtostopçular”ın artan siyahısına daha bir nümunə əlavə edir.
“Bəzən Yer kürəsindən irəli çıxan, bəzən isə geri qalan PN7-nin qeyri-adi hərəkəti Amerika Astronomiya Cəmiyyətinin tədqiqat qeydlərində də təsdiq olunub. Bu cisimlər planetin cazibə qüvvəsi ilə sıx bağlı deyillər; daha çox incə cazibə tarazlığında hərəkət edir, Günəş Sistemi boyunca səssiz peyklər kimi orbitimizlə yanaşı dövr edirlər”, - deyə “Daily Galaxy” yazır.
PN7 kimi kvazipeyklər Yer kürəsinin orbitini tutulmadan paylaşsalar da, mini-peyklər daha da irəli gedir - onlar müvəqqəti peyklərə çevrilir və bir müddət sonra planetimizin cazibəsindən qurtularaq dərin kosmosa dönürlər.
Bildirilir ki, bu qısamüddətli “ziyarətçilər” kiçik, kövrək və aşkar olunması çətin obyektlərdir. Finlandiyanın Turku Universitetinin astronomu Qriqori Fedoretsin sözlərinə görə, əksər mini-aylar “çox kiçik və qaya quruluşlu olduqları üçün” müşahidə edilmələri çətinlik yaradır.
Nəşr qeyd edir ki, bu cür obyektlərdən indiyədək cəmi bir neçəsi təsdiqlənib.
Tədqiqatçılar ehtimal edirlər ki, kvazipeyklər Yupiterin güclü cazibəsi ilə yönləndirilmiş asteroid qalıqları, Ay səthindən qopmuş parçalar və ya hətta erkən Günəş Sisteminin xaotik formalaşması dövründən sağ çıxmış obyektlər ola bilər.

N. ORUCOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://reyting.az
archiveBu xəbər 18 Noyabr 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri