Icma.az
close
up
RU
Yerə təhlükəli astroid yaxınlaşır

Yerə təhlükəli astroid yaxınlaşır

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yer kürəsinə ən təhlükəli asteroid yaxınlaşır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, astronomlar 2024YR4 asteroidini Yer üçün ən potensial təhlükəli kosmik cisimlərdən biri hesab edirlər.

Mütəxəssislərin sözlərinə görə, asteroid 22 dekabr 2032-ci il dekabrın 22-də Yerə yaxınlaşacaq.

Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universitetinin astronomiya üzrə eksperti Yevgeni Burmistrovun sözlərinə görə, diametri təxminən 50-100 metr olan və Yer orbitini 7,5 milyon kilometrdən daha yaxın məsafədən kəsən asteroidlər potensial təhlükəli hesab olunur. Onun sözlərinə görə, hazırda alimlərin diqqəti məhz 2024YR4 asteroidinə yönəlib.

Ekspert qeyd edib ki, hazırkı hesablamalara əsasən, asteroidin 22 dekabr 2032-ci ildə Yer atmosferinə daxil olması ehtimalı nəzəri olaraq nəzərdən keçirilir. Əgər belə bir toqquşma baş versəydi, zərbə nöqtəsindən təxminən 30 kilometr radiusunda ciddi dağıntılar yarana bilərdi ki, bu da böyük bir şəhərin ərazisinə bərabərdir.

Bununla belə, Burmistrov vurğulayıb ki, narahatlıq üçün əsas yoxdur. Onun sözlərinə görə, asteroidin Yerlə toqquşma ehtimalı cəmi 0,0017 faiz təşkil edir.

Astronom əlavə edib ki, bəşəriyyət artıq asteroidlərin trayektoriyasını dəyişdirmək imkanına malikdir. O xatırladıb ki, bir neçə il əvvəl kosmik aparat DART missiyası çərçivəsində Dimorphos asteroidinə çırpılıb. Nəticədə onun orbit dövrü təxminən 30 dəqiqə qısalıb və hərəkət istiqaməti minlərlə kilometr dəyişib. Mütəxəssislərin fikrincə, bu texnologiya gələcəkdə təhlükəli asteroidlərin Yerin yanından keçməsini təmin etmək üçün istifadə oluna bilər.

2024YR4 asteroidi 2024-cü il dekabrın 27-də aşkar edilib. 2025-ci il fevralın 18-də onun 2032-ci ilin dekabrında Yerlə toqquşma ehtimalı təxminən 3 faizə qədər yüksəlsə də, sonrakı müşahidələr bu riski demək olar ki, aradan qaldırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 İyun 2026 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see434

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see319

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see315

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see309

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see308

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see302

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see301

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see282

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see271

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see269

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see266

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see266

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see260

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see260

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see259

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see258

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see257

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see232

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri