Icma.az
close
up
RU
Yerlə 500 metrlik asteroid toqquşsa, nə baş verəcək? Alimlər açıqladı

Yerlə 500 metrlik asteroid toqquşsa, nə baş verəcək? Alimlər açıqladı

Icma.az bildirir, News24 portalına istinadən.

Pusan Milli Universitetinin İqlim Fizikası Mərkəzindən Cənubi Koreya alimləri Yerlə orta ölçülü asteroidin (diametri təxminən 500 metr) toqquşmasının nəticələrini qiymətləndirmək üçün simulyasiya aparıblar.

News24.az xəbər verir ki, tədqiqat "Science Advances" (SciAdv) elmi jurnalında dərc olunub.

Bennu kimi asteroidlə toqquşma (2182-ci ildə Yerlə toqquşma şansı 1/2700-dir) atmosferin yuxarı qatına yüz milyonlarla ton toz buraxacaq. Bu, Yer səthinin temperaturu potensial olaraq 4°C aşağı düşməklə qlobal soyumağa səbəb olacaq. Eyni zamanda, orta yağıntının miqdarı 15% azalacaq, ozon təbəqəsi isə 32% azala bilər ki, bu da ultrabənövşəyi şüalanmanın səviyyəsini artıracaq.

Quru bitkilərinin fotosintezi 20-30% azalacaq ki, bu da kənd təsərrüfatında və ərzaq təhlükəsizliyinin qorunmasında genişmiqyaslı problemlər yaradacaq. Qurudan fərqli olaraq, dəniz planktonu altı ay ərzində bərpa olunacaq və hətta suyun tozdan dəmirlə zənginləşməsi hesabına məhsuldarlığını artıracaq.

Asteroidin düşməsi də gözlənilməz nəticələrə səbəb ola bilər. Məsələn, silikatla zəngin olan diatomlar aktiv şəkildə çoxalmağa başlayacaq ki, bu da zooplanktonu cəlb edəcək. Bu, qida çatışmazlığının quruda təsirini azalda bilər.

Alimlər qeyd ediblər ki, orta ölçülü asteroidlər təxminən hər 100-200 min ildə bir dəfə Yerlə toqquşur. Onların təsirini başa düşmək potensial təhlükələrə hazırlaşmaq və biosfer və bəşəriyyət üçün riskləri qiymətləndirməyə kömək edir.//hit .az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 Fevral 2025 05:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri