ADAU ilə Agro Dairy arasında əməkdaşlıq əlaqələri genişlənir AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncə, 24 yanvar, Elcan Məmmədov, AZƏRTAC
"Agro Dairy" şirkəti və Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında əmək bazarı və elm-təhsil sahəsində əməkdaşlığın inkişafına dair görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün memorandumun hazırlanması və imzalanması barədə razılıq əldə olunub.
Görüş zamanı tələbələrin real iş mühiti ilə yaxından tanış olması, istehsalat təcrübəsi keçməsi, aqrar sahədə müasir texnologiya və innovasiyalardan istifadə edərək praktiki biliklər əldə etməsi, eləcə də onların uğurlu karyera qurmasına dəstək verilməsi məsələləri diqqət mərkəzində olub. Bundan əlavə, təcrübə proqramları, təlimlər və əməkdaşlığın potensial istiqamətləri müəyyən edilib.
Əvvəlcə ADAU rəhbərliyi ilə, daha sonra isə fakültə dekanı və kafedra müdirləri ilə müzakirələr aparılıb. Görüşdə "Agro Dairy" şirkətinin əməkdaşları şirkətin kadr siyasəti və gənc mütəxəssislər üçün yaradılan imkanlar barədə ətraflı məlumat təqdim ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 24 Yanvar 2025 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















