Icma.az
close
up
RU
Yerli ət qəhətə çıxıb: Bakıda toylarda da “monqol əti” verilir?

Yerli ət qəhətə çıxıb: Bakıda toylarda da “monqol əti” verilir?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, dabaq xəstəliyi ilə əlaqədar ölkədə ət qıtlığı yaranıb. 

Oktyabrın 25-dən etibarən heyvan bazarları fəaliyyətini dayandırıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həmin gündən ölkə üzrə bütün heyvan bazarlarının müvəqqəti bağlandığını rəsmən açıqlayıb. 

Qurumdan bildirilir ki, müxtəlif ölkələrdə xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması müşahidə olunur və bu hal region ölkələri, o cümlədən Azərbaycan üçün real risk yaradır. Qərara əsasən, heyvan bazarlarında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılır. Tədbirlər tamamlandıqdan sonra bazarların fəaliyyəti mərhələli şəkildə bərpa ediləcək. 

Lakin heyvan bazarlarının nə zaman açıqlacağı hələlik məlum deyil. Bu səbəbdən qəssablar diri heyvan tapmaqda çətinlik çəkirlər, əhali də narahatlığa görə ət almağa tərəddüd edir. Məlumatlara görə, artıq Bakıda restoranlarında, hətta şadlıq evlərindəki toy məclislərində Monqolustandan gətirilən donmuş ətdən istifadə olunur. Bu ətin kiloqramı 11-13 manata təklif olunur. 

Bəs iddialar nə dərəcədə doğrudur? Restoranlar hazırda əti haradan alır və mövcud vəziyyət qiymətlərə necə təsir göstərir? 

Məsələ ilə bağlı “Cebheinfo.az” paytaxtdakı bir neçə şadlıq sarayı ilə əlaqə saxlayıb. “Həyat Saray”dan bildirilib ki, onlar müştərilərə monqol əti təklif etmir: 

“Biz müştərilərə Monqolustan əti vermirik. Bizə Beyləqan və Ağcabədidən yerli quzular gəlir. Onların da sertifikatı var və möhürlüdürlər. Qiymətlər də əvvəlki kimidir, hər hansı dəyişiklik olmayıb”. 

“Altun Saray”dan qeyd edilib ki, hazırda demək olar ki, toy yoxdur: “Bizdə hələlik toy yoxdur, ümumiyyətlə, durğunluqdur. Ət məsələsi ilə müdriyyət məşğul olur. Bu vəziyyət bizim qiymətlərə təsir etməyib, çünki bi dəqiqə toylar keçirilmir, durğunluqdur”. 

“Deluks” şadlıq sarayından da isə Monqolustan əti istifadə olunmadığı vurğulanıb: 

“Biz Monqolustan ətindən istifadə etmirik. Mal ətindən, ümumiyyətlə, istifadə etmirik. Amma bizə maraqlıdır ki, bu dabaq xəstəliyi ilə bağlı bir nəfər belə xəstə göstərilməyib. Ona görə bu xəbərlərin yayılması şübhə doğurur. Qiymətlərə o mənada təsir edib ki, hazırda toylarımız yoxdur. Bir sözlə, toyların sayında azalma var”. 

Mövzu ilə bağlı bir neçə digər şadlıq sarayı ilə də əlaqə saxlasaq da, suallarımız cavabsız qaldı. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Yerli ətmonqol əti

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:666
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri