Icma.az
close
up
RU
Yerli bazar açıldı: “Monqol əti”nin bazarı bağlandı?

Yerli bazar açıldı: “Monqol əti”nin bazarı bağlandı?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, son aylarda heyvanlar arasında dabaq xəstəliyinin yayılması səbəbilə ölkə üzrə heyvan bazarlarının fəaliyyətinin məhdudlaşdırılması həm alıcıları, həm də satıcıları çətin vəziyyətdə qoymuşdu. 

İndi isə İmişli, Beyləqan, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə rayonlarında heyvan bazarlarının mərhələli şəkildə fəaliyyətə başlaması ölkədə bu sahədə vəziyyətin tədricən normallaşdığını göstərir. 

Heyvan bazarlarının açılması bazara çıxarılan yerli diri heyvanların sayını artıraraq, Monqolustan və digər ölkələrdən idxal olunan ətə olan tələbatı azalda bilər. Həmçinin, bazarlarda yenidən alqı-satqı prossesinin bərpa olunması vətəndaşlarda ət qiymətlərinin ucuzlaşacağına dair ümidləri artırıb. 

Bazarların açılması ətin qiymətinə təsir göstərəcəkmi? 

Mövzu ilə bağlı "Cebheinfo.az" - a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, heyvan bazarlarının aylarla bağlanması ölkədə ətin qiymətinə və heyvandarlığa ciddi zərər vurdu: 

“Fermerlərin çoxu bazarların bağlanması səbəbindən fəaliyyət istiqamətini dəyişdi. Bu isə gələcəkdə heyvanların ölkədə baş sayını sürətlə azaldacaq. Maraqlıdır ki, hökumət bu zərbənin izahını da vermir. Məqsəd nə idi, heyvandarlığı bir qədər də çökdürməkmi? Elə isə buna nail oldular... Məqsəd bazarlarda qayda-qanun yaratmaq idisə, bunu bazar fəaliyət göstərdiyi halda da etmək olardı. Elə bil ki, alma dərmək üçün alma ağacını kəsdilər. 

Bu ideya kimindirs,ə o, bu xalqın və hökumətin dostu deyil. Bazarların mərhələli şəkildə açılması qərarı bir tərəfdən bazarın işləmə mexanizmini pozdu, digər tərəfdən fermerlər və alıcılar üçün itkilərə səbəb oldu”. 

Onun sözlərinə görə, ət çatışmazlığı olan bir ölkədə bazarların uzun müddət bağlanması, yerli istehsalın satış imkanlarını məhdudlaşdırdı, fermerləri itkiyə məruz qoydu və qiymətlərin yüksəlməsinə səbəb oldu: 

“Əgər bazarlar normal şəkildə işləməyə davam etsəydi, fermerlər canlı heyvanlarını bazara çıxara, alıcılar da ətə daha rahat çıxış əldə edə bilərdilər. Bazarların açılması bu vəziyyətə müəyyən təsir göstərəcək. Əvvəla, yerli diri heyvanlar kütləvi şəkildə bazarlara çıxacaq və bazarda ətin təklifi artacaq. Bu isə ət qiymətlərinə təzyiq yaradaraq onları bir qədər ucuzlaşdıra bilər. 

Eyni zamanda, yerli istehsal artdıqca, idxal ətinə olan tələbat azalacaq və ölkə iqtisadiyyatı üçün müəyyən qədər asılılığı azaldacaq. Lakin bazarların açılması təkbaşına bütün problemləri həll etmir, logistika, qiymətlərin sabitliyi və istehsalın davamlılığı da vacibdir”. 

Ekspert qeyd edib ki, bu gün heyvandarlıqla məşğul olan fermerlərə əsaslı dövlət dəstəyi yoxdur, ona görə də "bazar oyunu"ndan sonra bu seqmentin tənəzzülü sürətləndirəcək:

“Bazarların bağlanması zərərli oldu, açılması isə vəziyyəti tədricən normallaşdıra və qiymətlərin stabilizasiyasına bir qədər kömək edə biləcək. 

Amma bu prosesin daha sürətli və koordinasiyalı şəkildə həyata keçirilməsi fermerlər üçün daha əlverişli olardı. Əvvəlki şərtlər dəyişmədiyindən, uzunmüddətli mərhələdə heyvandarlığın tənəzzülü davam edəcək, idxaldan asılılıq və yerli ətin bahalaşması şiddətlənəcək”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: yerli bazar monqol əti Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri