Icma.az
close
up
RU
Yerli markaların qiyməti xarici brendlərdən FƏRQLƏNMİR Hansı daha keyfiyyətlidir?

Yerli markaların qiyməti xarici brendlərdən FƏRQLƏNMİR Hansı daha keyfiyyətlidir?

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün ölkəmizdə xarici brendlərlə yanaşı, fərqli, zövqlü geyimlər istehsal edən yerli markalar da var. Təbii ki, geyim sektorunda yerli brendlərin olması sevindiricidir. Lakin bəzən bu markaların qiyməti xarici  brendlərdən fərqlənmir, hətta daha baha belə ola bilir. Bunun səbəbləri isə iqtisadçılar, marketoloqlar tərəfindən fərqli aspektlərdən izah edilir.
Marketoloq Elxan Mərdanlı Bizim.Media-ya açıqlamasında bildirib ki, xarici markalar kütləvi məhsul istehsal edirlər, bu markalar vaxtilə öz ölkələrində invidual istehsal həyata keçiriblər. Sonra isə ixtisaslaşıblar, böyüyüblər və dünyaya yayılıblar:
“Azərbaycanda insanların geyim tikdirdikləri dərzilər və dizaynerlər var ki, onların hazırladıqları dünyada tanınan, markaya çevrilən geyimləri var. Qiymət siyasətinə gəldikdə isə əl işi olduğundan və invidual insan üçün hazırlandığından yerli markaların qiymətləri xaricdən gələnlərə görə baha olur. Məsələn, ölkəmizdə kifayət qədər pencək, kostyum tikilən atelyelər, dizayn evləri var. Onlar bunları invidual olaraq hazırlayırlar”. 
Müsahibimiz Azərbaycanda yerli geyim istehsalının zəif olmasının səbəblərindən də danışıb:
“Çünki məhsulu istehsal etmək üçün xammal ölkəyə çox ucuz daxil olmalı,  xammala ödənilən rüsum və vergilər hazır məhsula  ödəniləndən aşağı olmalıdır. Alıcılar Azərbaycanda istehsal olunan tekstil məhsullarını alanda  xaricdən gələn məhsulları ilə eyni əlavə dəyər vergisinə cəlb olunur.
Yəni belə bir iqtisadi mühitdə hər hansı bir Azərbaycan markasının nə inkişafına, sahibkarların bu sahəyə yatırım etməsinə şərait yaradılmır. Çünki bir sahibkar ölkəyə məhsul idxal edərkən 15 % gömrük rüsumu, 18% ƏDV ödəyir. Hazır məhsulla yanaşı, parça, iplik, qıfıllıca və s xammalı da idxal edəndə eyni rüsum və vergini ödəyir”.
Elxan Mərdanlı vurğulayıb ki, bu istiqamətdə islahatlar həyata keçirilməsə, yerli markalarımız olmayacaq.
“Buna görə də Azərbaycanda mövcud qaydalar dəyişməsə, yerli markalarda qiymət azlığını, yeniliyi görə bilmərik”, - deyə o, bildirib.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Yanvar 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see385

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see239

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see199

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see198

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see182

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see177

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see163

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see159

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see146

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see145

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see141

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri