MDU da müasir laboratoriya açılışı və imtahan sessiyasının monitorinqi aparılıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Mingəçevir, 29 yanvar, Vüsalə Cənnətova
Mingəçevir Dövlət Universitetində Milli Məclisin deputatı Ceyhun Məmmədov, eləcə də Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvlərinin iştirakı ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, universitetin akt zalında baş tutan görüşdə MDU-nun akademik-inzibati heyəti, tələbə və magistrantlar, İctimai Nəzarət Şurasının üzvləri, eləcə də mingəçevirli məktəblilər və onların müəllimləri iştirak ediblər.
Tədbirdən öncə qonaqlar Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar. Sonra Mingəçevir Dövlət Universitetində təşkil edilən imtahan prosesi ilə tanışlıq olub. Proses zamanı imtahanların gedişi və təşkilati məsələlər barədə ətraflı məlumat verilib.
Daha sonra qonaqlar universitetdə yaradılan İqtisadi Analitika və Modelləşdirmə Laboratoriyasının açılışında iştirak ediblər. Laboratoriyada yaradılan müasir texniki və proqram təminatı qonaqlara təqdim edilib, onun iqtisadi təhlil, modelləşdirmə və proqnozlaşdırma sahəsində yaradacağı imkanlar barədə ətraflı məlumat verilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxış edərək universitetdə həyata keçirilən islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlıq, elmi-tədqiqat mühitinin gücləndirilməsi və tələbəyönümlü idarəetmə prinsipləri barədə ətraflı məlumat verib. Rektor MDU-nun regionun intellektual və elmi mərkəzi kimi rolunun getdikcə artdığını vurğulayıb, gənclərin bilik və bacarıqlarının inkişafı üçün yaradılan imkanlardan bəhs edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Hikmət Əlizadə, Günay Əkbərova və Pərvanə Məmmədova çıxış edərək ali təhsildə keyfiyyət, ictimai nəzarətin rolu, tələbə-müəllim münasibətləri və universitetlərin cəmiyyətlə əlaqələrinin gücləndirilməsinin vacibliyini qeyd ediblər. Çıxışlarda MDU-da yaradılan müasir tədris və elmi infrastrukturun müsbət dəyərləndirildiyi bildirilib.
Tədbir çərçivəsində Mingəçevir Dövlət Universitetinin Türkiyə və Qazaxıstan universitetlərinə qəbul olunan 10 tələbəsinə beynəlxalq mübadilə proqramı üzrə gediş biletləri təqdim edilib. Tələbələrə gələcək akademik fəaliyyətlərində uğurlar arzulanıb, onların beynəlxalq təhsil mühitində MDU-nu layiqincə təmsil edəcəklərinə inam ifadə olunub.
2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə əsasən bütün fənlər üzrə 100 bal toplayan 8 tələbə və 6 magistrant sertifikatla təltif edilib. Bildirilib ki, yüksək nəticə göstərən tələbə və magistrantlara universitet rektorunun “Fəxri təqaüdü” təqdim olunacaq. Tədbir çərçivəsində Mingəçevir Dövlət Universiteti və “Techera”nin birgə təşkilatçılığı ilə keçirilən Regional Riyaziyyat Olimpiadasının Mingəçevir şəhəri üzrə mərhələsinin qalibləri və fərqlənən məktəblilər də təltif olunublar. Olimpiadada yüksək nəticə göstərən məktəblilərə diplom, sertifikat və hədiyyələr təqdim olunub, onlara gələcək təhsil həyatlarında uğurlar arzulanılıb.
Tədbirdə suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 29 Yanvar 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















