Icma.az
close
up
RU
“Yeşil İğdır” qəzetinin baş redaktoru: Qarabağa hər səfərimdə yeni bir inkişaf görürəm

“Yeşil İğdır” qəzetinin baş redaktoru: Qarabağa hər səfərimdə yeni bir inkişaf görürəm

Icma.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 1 noyabr, AZƏRTAC

Bu mənim Qarabağa üçüncü səfərim olacaq. İlk dəfə 2024-cü ildə Zəfər Qurultayında iştirak etmişəm. İkinci Qarabağ müharibəsindən sonra orada baş verən prosesləri həm mətbuat vasitəsilə izləyirdik, həm də birbaşa gedib görmək imkanımız oldu. Azərbaycan bu sahədə çox gözəl işlər görür. O, bölgədə ermənilərin törətdiyi dağıntıları bütün dünya ictimaiyyətinə canlı şəkildə göstərdi, həmin ərazilərdə həyata keçirilən yenidənqurma işlərini də təqdim etdi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qarabağa səfər çərçivəsində Naxçıvanda olan “Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, bu gün Türkiyədən media nümayəndələri olaraq gedib həmin yerləri bir daha müşahidə edəcəklər. Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu bu istiqamətdə bir layihə həyata keçirib və bölgə jurnalistləri üçün mərhələli şəkildə səfərlər təşkil edir. Məqsəd Qarabağda həyata keçirilən işlərlə türk mediasını əyani tanış etməkdir.

Baş redaktor bildirib ki, o, ilk dəfə Şuşaya gedəndə müharibə yeni bitmişdi. O vaxtlar hələ ərazilərin çoxu minalanmış vəziyyətdə idi, ona görə də çox gəzmək imkanı olmayıb: “Biz Cıdır düzünə getdik, qəhrəman əsgərlərimizin Cıdır düzünə qalxdığı yerləri gördük. Həmin vaxt orada çoxlu planlar hazırlanır, tikinti işləri yeni başlanırdı. Lakin ötən il yenidən getdiyimdə artıq magistral yollar, tunellər və digər infrastrukturlar həyata keçirilmişdi. Bütün şəhərlər yenidən qurulur. Dünyadakı qlobal problemlərə baxmayaraq, Qarabağda çox genişmiqyaslı işlər görülür, möhtəşəm bir bərpa prosesi gedir”.

“Qarabağ artıq elə bir gözəl hala gətirilib ki, onu sözlə təsvir etmək çətindir — desən istirahət məkanıdır, doğrudur, dağ desən, doğrudur, şəhər desən, o da doğrudur. Hər cəhətdən möhtəşəm bir yerə çevrilib. Doğrudan da ora gedib gördükdə insanın qüruru artır. Hər səfərimdə yeni bir inkişaf, yeni bir quruculuq işi görürəm. Bu, Azərbaycanımız üçün çox böyük uğurdur. Yaxın gələcəkdə Qarabağ bütün Azərbaycan vətəndaşlarının sərbəst şəkildə gedə biləcəyi bir bölgəyə çevriləcək”, - deyə Cabbar Şıktaş əlavə edib.

Qeyd edək ki, Zəfər Gününün 5-ci ildönümü münasibətilə Türkiyədən bir qrup media nümayəndəsi Qarabağa səfərə yola düşüblər. Səfər çərçivəsində qonaqlar Naxçıvanda da olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Noyabr 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri