Icma.az
close
up
RU
“Yetim qalmışdım, hara gedəcəyimi bilmirdim, axşama kimi ağladım” 94 yaşlı Nəriman Həsənzadə

“Yetim qalmışdım, hara gedəcəyimi bilmirdim, axşama kimi ağladım” 94 yaşlı Nəriman Həsənzadə

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Bu gün Xalq şairi Nəriman Həsənzadənin doğum günüdür. Ötən ay ürək əməliyyatı keçirən yazıçı 94 yaşını qeyd edir.

Musavat.com şairi təbrik edib və suallar ünvanlayıb:

– Nəriman bəy, əməliyyatdan sonra necəsiniz?

– Yaxşıyam, iki dəfə işlədiyim Milli Aviasiya Akademiyasına gedib dəymişəm. Elə bilirəm ki, vəziyyətim yaxşılığa doğru gedir.

– Ürək niyə sözə baxmır?

– Bilmirəm niyə belə oldu. Axı mən heç vaxt ürəyimin əleyhinə getməmişəm. Həmişə xeyirxah olmuşam.

– Bu gün 94 yaşa girdiniz. Yeni yaşın təəssüratları necədir?

– Dostlar, tanışlar zəng edib təbrik edirlər. Gələn gəlir, gəlməyən də hal-əhval soruşur. Nə bilim, həyatdır da. Kefimi soruşan, maraqlanan hər kəsdən razıyam.

– Bəs yazıb-yaratmağa davam edirsinizmi?

– Şübhəsiz. Bu barədə ürəkdən razıyam.

– 94 yaş bir igidin ömrüdür. Nə qənaətə gəldiniz? Həyatı necə yaşamaq lazımdır?

– Yaş Allahın işidir, nə qədər ömür verib, gərək onu yaşayaq. Əsas odur ki, ləyaqətlə yaşayaq.

– Məgər həmişə ədalətli və ləyaqətli olmaq mümkündür?

– Mən həmişə elə olmaq istəmişəm, ancaq cəmiyyət bəzən dəyişir. Marks deyirdi ki, kapitalizm qanunsuz qurulmuş quruluşdur. Burada nöqsanlar olacaq. Ona görə də bizim istəyimizdən asılı olmayan hadisələr də olur. İmkanın və gücün çatan qədər öz xeyirxahlığını qoruyub saxlamalısan. Mən də buna çalışmışam.

– Doğum gününüzdə kim sizə zəng etsə, ürəyinizin sarı simi tərpənər?

– Anam və yoldaşım zəng etsə, ürəyim yerindən çıxar. Təəssüf ki, onlar həyatda yoxdurlar. Bu o deməkdir ki, belə zənglər əbədi olmayacaq. Mən ancaq onların həsrətini çəkirəm. Kişi atadan-anadan yox, qadından yetim qalır.

– Deyirlər ki, insan iki dəfə, bir körpəlik dövründə, bir də yaşlananda uşaqlaşır. Razısınızmı?

– Yalan sözdür, inanmayın. İnsan yaşlandıqca ayılır, uşaqlaşmır.

– Sənət yoldaşlarınızdan kimlərlə sıx əlaqəniz var?

– Mən Yazıçılar İttifaqında Ağsaqqallar Şurasının sədriyəm. Ona görə də yazıçılarla əlaqəm güclüdür.

– Bu yaxınlarda yazıçı Əlisa Nicatın Səməd Vurğunla bağlı dedikləri səs-küyə səbəb oldu. Siz bu haqda nə düşünürsünüz?

– Səməd Vurğun o qədər insana kömək edib ki… Məsələn, Əliağa Kürçaylını gətirib oxudub, Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib və ondan üzr istəyib, Mikayıl Müşfiqlə bağlı Bağırovdan xahiş edib. Səməd Vurğun öz dövrünün gözəl şairi olub. Ona görə də başqa şeyləri şişirtmək lazım deyil.

– Deyirlər, yaş kişinin var-dövlətidir. Sizcə, yaşdan var-dövlət olar?

– Qızım, heç yaşlanmaq yaxşı olarmı? Axmaq kəlamdır, deyirlər də. Bu həyatda mütləq mənada heç nə yoxdur, hər şey nisbidir. Bu dünyada yaşamaq çox çətindir. Bu yaşa qədər başım nələr çəkib.

– “94”dən geri boylanıb illəri kitab kimi vərəqləyəndə ən çox hansı xatirənizdə əl saxlayırsınız?

– Mən o illərdə qarşıma çıxan yaxşı insanlara minnətdaram. Hərbi xidmətdə olanda anam rəhmətə getmişdi. Onu sonuncu dəfə görmək və dəfninə çatmaq üçün icazəsiz hərbi hissəni tərk etmişdim. Qayıdanda məni hərbi tribunala verdilər. Nigar Rəfibəyli və Rəsul Rza generaldan xahiş etdilər və məni tribunaldan xilas etdilər. Təsəvvür edin, xidmətlə birlikdə 9 il cəza çəkməli idim.

Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alanda Nazim Hikmətlə tanış oldum. İlk dəfə onun xahişi ilə mənə ev verdilər. Tale daha sonra məni alim, yazıçı Mir Cəlal Paşayevlə qarşılaşdırdı. O, öz oğlunun evini mənə bağışladı. 1964-cü ildən indiyə kimi o evdə yaşayıram. “Kimin sualı var?” poemama görə məhkəməm qurulanda məni akademik Həsən Əliyev qorudu.

Taleyim Heydər Əliyevlə çox bağlıdır. Daima mənə dəstək oldu, “Ədəbiyyat” qəzetinə baş redaktor təyin etdi. Hər nömrəni oxuyurdu, tövsiyələr verirdi. SSRİ dağılandan sonra Arif Paşayev məni Milli Aviasiya Akademiyasına apardı. Mən bu cür gözəl insanların hesabına yaşadım. Onlar məni qorudu.

Orduda xidmətimin bitdiyi gün Salyan kazarmasının qarşısında oturub axşama kimi ağladım. Anam 23 yaşım olanda rəhmətə getmişdi, kimin evinə gedəcəyimi bilmirdim. Moskvada oxuyanda gəlib-gedərkən məni qarşılayan yox idi. Evlənəndə də tək idim. Hərdən geri boylananda deyirəm, ilahi, mən necə sağ-salamat qalıb bu yaşa çatmışam?!

Həyat zahirən parıldıyır, amma mürəkkəbdir. İnsan hər gün yenidən doğulur. Nazim Hikmət deyirdi ki, “bu gün yaşadıq, buna da şükür”. Gərək hər günün qiymətini bilim, itirməyim.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 18 Fevral 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri