Yetkinlik yaşına çatmayan 20 məhkum sosial psixoloji yardım xidmətinə cəlb olunacaq
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində məhkumlarla növbəti görüş təşkil edib.
525.az-a Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, görüşdə yetkinlik yaşına çatmayan məhkumların azad edildikdən sonra sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının qorunması sahəsində qurumun gördüyü işlər qeyd olunub və şəxslərə göstərilən sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı və sosial-məişət xidmətləri haqqında məlumatlar verilib.
İştirakçıların diqqətinə çatdırılıb ki, həmin kateqoriyadan olanlara yardımlar könüllülük prinsipi və şəxsin razılığı əsasında həyata keçirilir. Cəzaçəkmədən azad olunan şəxslərin ailələrinə səfərlər təşkil olunur və qiymətləndirmənin nəticəsindən asılı olaraq onlar müvafiq xidmətlərlə əhatə olunurlar.
Sonra yetkinlik yaşına çatmayan 20 məhkumun anket sorğusu əsasında qiymətləndirməsi aparılıb. Azadlığa çıxdıqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 05 Mart 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















