Yevlaxda sərnişin avtobusu TIRa çırpılıb, xəsarət alan var FOTO YENİLƏNİB
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Yevlax şəhəri ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
İdarədən APA-ya verilən məlumata görə, bu gün saat 10:50 radələrində Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 285-ci kilometrliyində, Yevlax şəhəri ərazisində “SCANIA” markalı, 90-JY-168 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı, 99-XA-830 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
Nəticədə, avtobusda olan sərnişinlərdən bir nəfər xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
***
11.44
Yevlaxda sərnişin avtobusu TIR-a çırpılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Gəncə-Bakı marşrutu üzrə hərəkət edən "Mercedes-Benz" markalı sərnişin avtobusunun TIR-la toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Onun xəsarəti yüngül olduğu üçün yerində tibbi yardım göstərilib.
Hər iki nəqliyyat vasitəsinə ziyan dəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 29 Noyabr 2024 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















