Icma.az
close
up
RU
Yığmamızın baş məşqçisi: Malta ilə danışıq apardığımız bir vaxtda Rusiyadan təklif gəldi İdman və Biz

Yığmamızın baş məşqçisi: Malta ilə danışıq apardığımız bir vaxtda Rusiyadan təklif gəldi İdman və Biz

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Malta ilə danışıq apardığımız bir vaxtda Rusiya yığmasından təklif gəldi və sonda onlarla oynamağa razılaşdıq.

İdman.biz xəbər verir ki, bunu Report.az-a açıqlamasında Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov Rusiya millisi ilə keçirəcəkləri yoxlama matçları ilə bağlı danışarkən deyib.

Mütəxəssis Rusiya ilə razılaşmamışdan əvvəl Malta millisi ilə də danışıqlar aparıldığını bildirib:

“Rusiya ilə danışıqlar gedirdi. Əslində, iki variant var idi - biri Rusiya, digəri Malta yığması ilə oynamaq. Malta ilə danışıq apardığımız bir vaxtda Rusiya yığmasından təklif gəldi və sonda onlarla oynamağa razılaşdıq. Düzdür, komandanın beynəlxalq yarışlarda iştirakına qadağa qoyulub. Buna baxmayaraq, bilirsiniz ki, çox güclü rəqibdir. İstədim ki, fevralda başlayacaq Avropa çempionatından əvvəl belə bir rəqiblə oynayıb, zəif və ya güclü tərəflərimizi görək”.

O, Rusiyanın çox güclü rəqib olduğunu vurğulayıb:

“Onlar qadağalara görə əsasən Türkiyədə və başqa ölkələrdə oynayırlar. Səviyyə baxımından çox yaxşıdırlar. Bilirsiniz ki, millimizin üzvlərinin bəziləri də Rusiya klublarında çıxış edirlər. Bu səbəbdən çempionatı izləyirik. Onların çempionatının səviyyəsi çox yüksəlib. FIFA və UEFA qadağa qoymasaydı, builki Millətlər Liqasında A Liqasına vəsiqə qazana bilərdilər”.

Baş məşqçi Rusiya ilə daha iki matçın Bakıda keçirilməsinin planlaşdırıldığını söyləyib:

“Belə qərara gəldik ki, bu dəfə hər iki oyun Rusiyada keçirilsin, növbəti “pəncərə"də isə onlar Bakıya gəlsinlər. Növbəti matçların tarixi dəqiq bilinmir. Çünki biz ancaq müəyyən vaxtlarda yoldaşlıq görüşləri keçirə bilirik”.

Əsgərov heyətlə bağlı ciddi problemlər olmadığını deyib:

“Yalnız “Qalatasaray”da oynayan Nazlıcan Parlakın zədəsi ilə bağlı narahatlığımız var. Həkimlər onun zədəsini dəyərləndirirlər. Onu Rusiyaya aparıb-aparmayacağımız yaxın günlərdə bəlli olacaq. Qalan futbolçularla bağlı problem yoxdur. Ümidvaram ki, tam heyətlə Rusiyadakı matçlarda iştirak edəcəyik”.

Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət millisi noyabrın 28-də "Fişt" stadionunda və dekabrın 2-də "Soçi" klubunun məşq bazasında Rusiya millisi ilə yoldaşlıq görüşləri keçirəcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Noyabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see288

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see159

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see112

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see112

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see111

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see111

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see111

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Gizlin qalmış ən məşhur sirr: 3 yaşlı Medlinin izi 18 ildən sonra yenidən axtarılır

04 İyun 2025 07:46see109

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Zelenski onu Birləşmiş Qüvvələrin komandanı təyin etdi

04 İyun 2025 11:23see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri