Icma.az
close
up
RU
Yol böyüyün, su kiçiyin...

Yol böyüyün, su kiçiyin...

Icma.az bildirir, Bakupost portalına istinadən.


Keçən ilin bu vaxtları ömrümün ən böhranlı günləri idi. Düz üç ay Şirvan və Bakı xəstəxanalarının reanimasiya otağında ölümlə üz-üzə dayandım. Son dərəcə çətin keçən müalicədə əsas problem xəstəliyin səbəblərinin müəyyən edilə bilməməsi idi. Yarıyuxulu olsa da, hər şeyi anlayırdım: həkimlər səy göstərir, konsiliumlar təşkil edir, məsləhətləşir, çabalar sərgiləyirdilər. Bütün bunlar məndə həyata, ömürə inam yaradırdı. Ən böyük təsəllini isə yanıma gələn dost-tanışdan, onların aramsız telefon bağlantılarından, üzvü olduğum kollektivin, onun rəhbərliynin sözün əsl mənasında atalıq qayğısından, diqqət və ehtiramından alırdım. O günlərdə, həmin xəstəxana palatalarında fikirləşirdim: "İlahi, görəsən ölümlə əlbəyaxa olan insana qarşı bu dərəcədə canıyananlıq başqa hansı millətdə ola bilər?"

Həmin günlərdə dost-tanışdan mənə göstərilən hörmət-ehtiram, qayğı-diqqət sağalmağıma kömək edən dərman-müalicə ilə necə deyərlər, əllinin əlliyə oldu. Yenə yada salıram.

Uşaqlıq illərimizdə çətin idi. Təbabət inkişaf etməmişdi, texniki vasitələr yox idi, dərman tapılmırdı. Yaşlı adamlar öz evlərində çarpayıya uzanıb sadəcə olaraq ömrün bitəcəyi günü gözləyirdilər .Yadımdadır, yaxın, lap elə uzaq kəndlərdən xəstəni yoluxmağa gəlir, təskinlik verir, cavanlıq illərindən məzəli əhvalatlar danışıb öz keçmiş dostlarının, yaşıdlarının könlünü alırdılar. Günlər bir-birinə calanır, ölüm yubanırdı.

Biz bu kök üstündə böyüdük. Böyüyün böyük yerini, kiçiyin kiçik yerini görə-görə, öyrənə-öyrənə yaşa dolduq. Ailəmizdə tərbiyə verdiyimiz övladlarımıza da imkanımız daxilində ululardan qalan ənənəni təlqin etdik, başa saldıq.

Keçək mətləbə. Övladlardan sonra nəvələr gəlir, nəvələrin isə yaşadığı dövr bizimkilərə bənzəmir. Texnologiyalar əsridir. İnternet, sosial şəbəkələr, virtual aləm, dünyanı insan ovucuna gətirən mobil telefonlar... Heç şübhəsiz ki, gənclər bu texnologiya vasitələrində böyüklərin nəsihətinə, yaşlıların, alimlərin, ziyalıların məsləhətinə qulaq asmır, özləri bildikləri nələrəsə tamaşa edir, nələrdənsə ləzzət alır, bu münvalla zövq, səviyyə formalaşdırılar. Etiraf edək, biz illərin sınağından keçmiş, ömür boyu ululardan bizə miras qalan, fəxrimizə, iftixarımıza çevrilən müqəddəs adət-ənənələrdən uzaqlaşmaq təhlükəsi ilə üz-üzəyik. Dilimizdə tez-tez işlənən “böyük-kiçik yeri” yavaş-yavaş yox, sürətlə arxa plana keçir.

Yaşın ahıllıq dövrünü yaşayan fərd olaraq rastıma çıxanlardan, müşahidə etdiklərimdən təəssüf hissi keçirirəm. Axı niyə belə oldu? Biz avtobusda, metroda, digər nəqliyyat vasitələrində yaşlı adam gələndə gənclərin ona yer verdiyinə şahidlik etmişik. Qoca, şikəst insanlar yolu keçə bilməyəndə, bir qızın, yaxud oğlanın onun qoluna girib köməklik göstərdiyini azmı görmüşük? Cavanlar yaşlıların xidmətində olub, qulluq-tapşırıq ardınca gediblər, məclisdə aşağı başda əyləşiblər, az danışıb, böyüklərə qulaq asıb, onlardan nəsə götürməyə çalışıblar. Təkrar edirəm, niyə belə oldu? Gənc qıza sual verirlər: "Metroda, avtobusda yaşlı adama öz yerinizi verərsinizmi?" Qızın cavabı: "Yox vermərəm. Mən tələbəyəm, dərsdən çıxanda yorğun oluram, yerimi niyə kiməsə verim?"

Nəqliyyatda əlindəki telefonda oyun oynayıb ətrafına baxmayan cavan adamları göz önünə gətirir və onların yorğun olduğuna heç bir vəchlə inanmaq istəmirik. Taksidəki dörd nəfər sərnişindən biri yaşlı adamdır. Maşını saxlatdırıb aşağı düşmək istəyəndə sürücü ondan üçqat artıq gediş haqqı tələb edir. Mübahisə yersizdir. Yaşlı adam bərk ayaqda sürücüyə fiziki təsir edə bilməyəcək. Ən pisi odur ki, digər sərnişinlər də aldadılan, təhqir olunan adamın tərəfində dayanmırlar.

Ömrün ahıl çağlarında görüb-rastlaşdığım bu sayaq hadisələr tək mənə yox, mən yaşda olan insanların hamısında yüngül desək, təəssüf hissi yaradır.

İndi başqa bir mənzərəni göz önünə gətirək. Soyuq qış havasında yolun kənarında dayanan yaşlı qadın ayağı altına limon torbası qoyub müştəri gözləyir. Yanında bahalı maşın dayanır. Gənc oğlan maşından düşüb soruşur: "Anacan, torbada neçə limon var”" Qadın sayını deyir. Oğlan cibindən pul çıxarır, "Limonların hamısını götürürəm, amma bir xahişim var. Hava soyuqdur, otur maşına səni evə aparım". Qadın etiraz etmək istəyir, oğlan inad göstərir. Yaşlı insanı maşına əyləşdirib, dediyi ünvana aparır.

Bəli, bu da var. Hörmət-ehtiram, qayğı-diqqət, yaxşılıq-xeyirxahlıq hələ ürəkləri bütünlüklə tərk etməyib. İnsanpərvər, xoşniyyət, alicənab, kübar adamlar yurdumuzda istənilən qədərdir. Hər şeyi kənara qoyub 44 günlük Vətən Müharibəsində qələbə çalan, torpaqlarımız uğrunda şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızın parlaq həyatı əbədi hörmətə-ehtirama canlı nümunədir.

Ailə həyatı, təhsil illəri gənclərin, yeniyetmələrin tərbiyəsində, onların təkcə vətəndaş yox, əsl insan kimi yetişməsində müstəsna əhəmiyyət kəsb edir. Bütün bunlardan daha vacibi ölkəmizdə aparılan son dərəcə mükəmməl gənclər siyasətidir. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin tərkib hissəsidir. Dövlət gənclər siyasəti gənclərin öz bilik və bacvarıqlarını, təbii potensiaslını reallaşdırmaq üçün hərtərəfli şərait yaradılmasına təminat verir. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatdakı iştirakına, istedadlı gənclərin yaradıcılıq imkanlarının genişləndirilməsinə, gənclərin məşğulluğunun təmin olunmasına, gənc ailələrə dövlət yardımı göstərilir...

Bütün bu tədbirlər gənc nəslin tərbiyəsində müstəsna əhəmiyyət kəsb edir. Amma yaşlı nəslin, əmək və müharibə veteranlarının, şəhid ailələrinin, ziyalıların, yaradıcı adamların gənclərlə keçirilən görüşlərinə daha çox ehtiyac duyulur.

Ulular “Yol böyüyün, su kiçiyin” deyiblər. Məşhur məsəlin təfərrüatına varmağa ehtiyac duyulmur.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Fevral 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri