Icma.az
close
up
RU
Yol həm sosialyönümlü layihədir, həm də iqtisadi layihədir TƏHLİL

Yol həm sosialyönümlü layihədir, həm də iqtisadi layihədir TƏHLİL

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət başçısının Sərəncamı ilə Hacıqabul–Bəhrəmtəpə–Mincivan Sabirabad avtomobil yolunun əsaslı təmirinə 2,1 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu islahatları, vaxtında qəbul etdiyi qərarları, qətiyyətli mövqeyi ölkəmizin inkişafında öz sözünü deyir. Verilən vədlər əməli fəaliyyətdə özünü göstərir. Dövlətimiz Ulu Öndər ideologiyası və Onun qoyduğu siyasi xətt üzrə uğurla idarə olunmaqda və inkişaf etməkdədir. Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində böyük nailiyyətlər əldə edib. Ölkənin iqtisadi inkişafının baza sütunlarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bütün mövcud problemləri, insanları narahat edən sosial məsələləri əhatə edərək ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, bölgələrin potensialının artmasına və əhalinin rifahının yüksəlməsinə geniş şərait yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə səfərləri çərçivəsində bir sıra sosial və iqtisadi xarakterli obyektlərin - xəstəxanaların, yeni yolların, mədəniyyət, xidmət mərkəzlərinin, yeni iş yerlərinin və s. istifadəyə verilməsi ölkəmizdə uğurlu siyasətin məntiqi nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən son illərdə ölkəmizdə yollarının yenidən qurulması, mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunub. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycanda yol infrastrukturunun inkişafı da dövlətin əsas prioritetlərindən birinə çevrilib. Belə ki, son illər Azərbaycanda, eləcə də paytaxt Bakıda yol infrastrukturunun genişləndirilməsı ilə bağlı mühüm tədbirlər reallaşır. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir.

UZUNLUĞU 3.4 MİN KM TƏŞKİL EDƏN 44 AVTOMOBİL YOLU LAYİHƏSİ İCRA EDİLİR

Son 21 ildə Azərbaycan Respublikasında yol infrastrukturunun inkişafı sahəsində əsas nailiyyətlərdən biri ümumilikdə 20,8 min km uzunluğunda (o cümlədən 6,6 min km respublika əhəmiyyətli, 11,6 min km yerli əhəmiyyətli və 2,6 min km isə Bakı şəhərində) yeni yolların tikilməsi, yenidən qurulması və təmir olunmasıdır. Bundan əlavə, ümumi istifadədə və Bakı şəhərində olan avtomobil yollarında ümumilikdə 335 ədəd körpü və yol ötürücüsü tikilmiş, 56 ədədi təmir edilmiş, 163 ədəd yeraltı və yerüstü piyada keçidi və 45 ədəd tunel tikilmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 3.4 min km təşkil edən 44 avtomobil yolu layihəsi icra edilir ki, onlardan ümumilikdə 0.3 min km (6 layihə tamamilə, 1 layihə isə qismən) tikilib başa çatdırılmışdır. Bakı şəhərində və ətraf ərazilərdə mobilliyin artırılması və nəqliyyat axınının daha səmərəli idarə olunması məqsədilə 4 parklanma zonası üzrə 18 min parklanma yeri yaradılmışdır. Görülmüş işlər nəqliyyat vasitələrinin nizamlı şəkildə parklanmasını təmin etməklə, yollarda nəqliyyat sıxlığının azalmasına, eyni zamanda piyadalar üçün daha təhlükəsiz və rahat mühitin formalaşmasına xidmət edir. Bundan əlavə, beynəlxalq nəqliyyat əlaqələrinin təmin olunması üçün həyata keçirilən M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu, M-2 Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolu, 6 M-3 Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu, Şəki–Oğuz–Qəbələ və Füzuli–Şuşa (Zəfər yolu) kimi avtomobil yolu layihələri yüksək keyfiyyətli və təhlükəsiz hərəkət imkanları təqdim etməklə, həm yerli, həm də beynəlxalq tranzit daşımalarının sürətini artırmağa və yükdaşımaların effektivliyini yüksəltməyə kömək etmişdir.
Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Dövlət başçımızın dediyi kimi: "Yol rahatlıqdır, inkişafdır. Yol olan yerdə inkişaf da var. Yol həm sosialyönümlü layihədir, həm də iqtisadi layihədir". Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Təbii ki, nəqliyyat-yol infrasturukturunun inkişafı və yenilənməsi hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır.

15 YAŞAYIŞ MƏNTƏQƏSİNİ BİRLƏŞDİRƏN AVTOMOBİL YOLU

Azərbaycan yol infrastrukturunun inkişaf səviyyəsinə görə beynəlxalq təşkilatların tərtib etdiyi hesabatlarda ön sırada qərarlaşır. Prezident İlham Əliyev "Sabirabad rayonunun Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında"
Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, altmış bir min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2,1 milyon (iki milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Ölkə regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları təsdiq edilərkən qarşıya qoyulan başlıca hədəflər arasında yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara çatdırılması xüsusi yer tutub. "Müasir infrastruktur və yol olmadan iqtisadi inkişaf mümkün deyil" - deyən Azərbaycan Prezidenti buna nail olmaq məqsədilə yol qurğularının, eləcə də ölkənin bütün regionlarını və yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması və tikintisi üzrə irimiqyaslı layihələr həyata keçirilməsinə diqqət ayırır. Prezident İlham Əliyev bölgələrə, demək olar ki, bütün səfərləri zamanı respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə yeni yolların çəkilməsi ilə bağlı konkret tapşırıqlar verir. Bunun nəticəsi olaraq Lənkəran-Lerik, Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq, Quba-İspik-Xınalıq, Şamaxı-Pirqulu, Tovuz-Əlibəyli, Şəmkir-Gədəbəy, İsmayıllı-Qəbələ, Xaldan-Mingəçevir, Ağdaş-Ləki, Quba-Qəçrəş-Qımılqazma, Qəbələ-Ağdaş, Oğuz-Qəbələ, Quba-Qusar, Şəki-Qax, Ağstafa-Poylu-Gürcüstan sərhədi, Yevlax-Bərdə və digər avtomobil yolları yenidən qurulmuş, ölkədaxili yol infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf etmişdir.

ARTAN TƏLƏBAT NƏQLİYYAT SİSTEMİNDƏ YENİ ÇAĞIRIŞLAR YARATDI

Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş Planında qlobal trendlər nəzərə alınaraq, şəhərin perspektiv inkişaf istiqamətləri məhz polisentrik yanaşma əsasında müəyyən edilmişdir. Son 21 ildə ölkə üzrə əhalinin orta illik artım tempi 1% təşkil etdiyi halda, Bakı şəhərində və ətraf ərazilərdə bu göstərici 1.3% olmuşdur. Həmin dövr üzrə Bakı şəhərində hər 1000 nəfərə düşən avtomobillərin sayı 132-dən 320-dək artmışdır. Əhali sayının sürətli artımı şəhərin infrastrukturuna və xidmət sahələrinə, xüsusilə nəqliyyat sektoruna əlavə təzyiq göstərir. Artan tələbat nəqliyyat sistemində yeni çağırışlar yaratmış, bunlara ictimai nəqliyyatın genişləndirilməsi, tıxacların azaldılması və ekoloji cəhətdən davamlı nəqliyyat həllərinin tətbiqi daxildir. Bununla belə, fərdi nəqliyyat vasitələrindən ictimai nəqliyyata və fərdi mobil nəqliyyat vasitələrinə keçid infrastrukturun inkişafından asılıdır. İnfrastrukturun təkmilləşdirilməsi məqsədilə 100 km-dən çox velosiped zolaqlarının inşası, sərnişinlərin ictimai nəqliyyat və digər nəqliyyat vasitələri ilə səyahət təcrübəsinin tam rəqəmsallaşdırılması planlaşdırılıb. Ölkədə nəqliyyat infrastrukturuna investisiyalar qoyulmasına və müxtəlif nəqliyyat növləri üzrə ayrı-ayrı layihələrin icra olunmasına baxmayaraq, nəqliyyat növlərinin koordinasiyalı fəaliyyəti ilə bağlı çatışmazlıqlar müşahidə olunurdu. Bakı şəhərinin 2040-cı ilədək olan Baş Planında nəqliyyat sisteminin inkişaf konsepsiyasına uyğun olaraq, Böyük Bakı Regionunun nəqliyyat infrastrukturunun inkişafı üzrə vahid konsepsiyanın hazırlanması, şəhərin əsas yollarındakı nəqliyyat yüklənməsinin aradan qaldırılması, şəhərətrafı ərazilərdən nəqliyyat axınlarının idarə edilməsi, şəhərətrafı ərazilərdə yerləşən yaşayış məntəqələri arasındakı yola sərf olunan vaxtın mümkün səviyyədə qısaldılması, nəqliyyat qovşaqlarının yaradılması məsələlərinin həll edilməsi hədəflənib.

NƏQLİYYAT İNFRASTRUKTURUNUN GÜCLƏNDİRİLMƏSİNƏ TÖHFƏ

Qeyd edək ki, ölkədə son illər ərzində yol-nəqliyyat infrastrukturu sahəsində əhəmiyyətli islahatlar həyata keçirilmişdir. Şəhər ərazisindəki yol şəbəkəsinin təkmilləşdirilməsi, yeni yol kəsişmələrinin və körpülərin tikilməsi, həmçinin tıxacların azaldılması məqsədilə müxtəlif layihələr icra edilmişdir. Bakıdakı əsas magistral yollarda təmir və bərpa işləri, habelə yol infrastrukturunun müasirləşdirilməsi yollarda nəqliyyat vasitələrinin artan sayına paralel olaraq aparılmaqdadır. Bakı şəhərində şəhərdaxili və şəhərətrafı sərnişin nəqliyyatını asanlaşdırmaq məqsədilə icra edilmiş Bakı dairəvi avtomobil yolu, Böyükşor–Pirşağı, Zığ–Hava Limanı, Hava Limanı–Mərdəkan–Zuğulba, Böyükşor şosesi, Mərdəkan şosesi, H.Əliyev prospekti, Babək prospekti və 8 Noyabr prospekti layihələri şəhər və ətraf ərazilər arasındakı əlaqələri sürətləndirərək nəqliyyat infrastrukturunun gücləndirilməsinə töhfə vermiş, sərnişinlərin rahat və təhlükəsiz hərəkətinə imkan yaratmışdır. Yol infrastrukturunun qorunması və normalara uyğun olaraq nəqliyyat vasitələrinin oxuna düşən yükə nəzarət məqsədilə magistral yollarda elektron tərəzilər quraşdırılmışdır.
Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətin məntiqi nəticəsidir. Ölkəmizin inkişafı istiqamətində həyata keçirilən layihələr öz nəticəsini verir. Respublikamızın bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması, ən yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyəti Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə möhkəmləndirmişdir.
Bu gün həqiqətən də Azərbaycanın hər bir bölgəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizdə bölgələrin sosial-iqtisadi inkişafı başlıca prioritetlərdən biri kimi müəyyənləşdirilib, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyır.
Bu gün ölkəmizdə avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə kompleks tədbirlər icra olunur. Bu baxımdan, yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri xüsusi əhəmiyyəti ilə seçilir. Görülən işlər ümumilikdə paytaxtımızın nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə töhfə verir.
Nəzakət ƏLƏDDİNQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 İyul 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see225

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see208

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see192

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see189

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see185

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see182

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see179

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see165

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see149

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see148

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see146

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see142

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see139

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see139

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see131

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see130

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri